Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 20:39)
 Generalın müsadirədən yayındırılan milyonluq əmlakları – ZƏRƏRÇƏKMİŞLƏR TƏLƏB EDİR

 Səbail Rayon Məhkəməsində sabiq MTN generalı, hazırda həbsdə olan Mövlam Şıxəliyevin adı keçən məhkəmə araşdırmaları keçirilir. Baxılan işdə zərərçəkmişlər sabiq generalın həyat yoldaşı Aybəniz Şıxəliyevanın adına rəsmiləşdirilmiş 2 restoranın – Bakıdakı “Praqa”, Xaçmazdakı “Çobanbulaq” ailəvi istirahət mərkəzinin, Bakının mərkəzində yerləşən daşınmaz əmlakların və bahalı avtomobilin müsadirəsini tələb edirlər.
Araşdırma zamanı məlum olub ki, üzərinə həbs qoyulmuş əmlaklar sırasında “Sahil” metrostansiyası yaxınlığında – Bülbül prospekti 7 ünvanında yerləşən iki geniş mənzil də var. 35 saylı mənzil 198.06 kvadrat metr, 36 saylı mənzil isə 193.43 kvadrat metrdir. Hər iki mənzil 4 otaqlıdır və paytaxtın ən bahalı ərazilərindən birində yerləşir. Eyni binada ötən ilin yayında hərraca çıxarılan 137.9 kvadrat metr sahəsi olan mənzilin ilkin satış qiyməti 704 min 985 manat olub. Bu isə 1 kvadrat metrin təxminən 5 min 100 manata təklif edildiyini göstərir. Bu hesaba əsasən, Şıxəliyevlərin adına olmuş 2 mənzilin bazar dəyəri təxminən 2 milyon manata yaxın qiymətləndirilə bilər.
Sənədlərə görə, sözügedən mənzillər 2018-ci ildə Aybəniz Şıxəliyevaya bacısı oğlu Ağabala Şıxıyev tərəfindən bağışlanıb. Həmin dövrdə Mövlam Şıxəliyev artıq 3 il idi ki, vəzifədən çıxarılmış və istintaqa cəlb edilmişdi, lakin həbs edilməmişdi. 2021-ci ildə isə Mövlam Şıxəliyev həbs olundu və Bakı Hərbi Məhkəməsinin hökmü ilə barəsində ittihamedici hökm çıxarıldı. Eyni zamanda zərərçəkmişlərin mülki iddiaları təmin edildi. Maraqlı məqam isə bundan sonra baş verir.
Məhkəmə hökmündən apellyasiya şikayəti verildiyi dövrdə Aybəniz Şıxəliyeva həmin 2 mənzili yenidən bacısı oğlu Ağabala Şıxıyevə qaytarır. Halbuki həmin əmlakların üzərinə həbs qoyulmuş və onlar potensial müsadirə predmeti sayılırdı.
Bu addım təsadüfi idi, yoxsa planlı hüquqi manevr? Üzərinə həbs qoyulmuş əmlakın üçüncü şəxsə verilməsi hansı hüquqi əsasla baş tutub? Notariat və dövlət reyestri mərhələsində bu əməliyyata necə icazə verilib? Əgər əmlak müsadirə predmeti idisə, onun geri qaytarılması hüquqi baxımdan etibarlıdırmı? Bu əməliyyat mümkün müsadirədən yayınma cəhdi kimi qiymətləndirilə bilərmi?
Əgər sübuta yetirilərsə ki, bu əmlak ötürülməsi zərərçəkmişlərin hüquqlarının təmin olunmasının qarşısını almaq məqsədi daşıyıb, o halda həmin müqavilələrin etibarsız hesab edilməsi və əmlakın yenidən müsadirə predmetinə çevrilməsi mümkündür. Artıq məsələ bir ailənin daxilində əmlakın kimə məxsus olması ilə bağlı deyil. Söhbət mümkün qanunsuz əldə edilmiş aktivlərinin taleyindən gedir. Səbail Rayon Məhkəməsində davam edən araşdırmalar göstərir ki, bu iş hələ uzun müddət ictimai müzakirə mövzusu olacaq. Əmlakların kimə və hansı əsasla məxsus olduğu, bağışlama və geri qaytarma əməliyyatlarının hüquqi qüvvəsi, habelə müsadirə perspektivi qarşıdakı mərhələlərdə daha da aydınlaşacaq.
Bu istiqamətdə araşdırmalar davam edir.
Xatırladaq ki, Mövlam Şıxəliyev, eləcə də MTN-in İstintaq İdarəsinin şöbə rəisləri Vüsal Əliyev, Yasin Məmmədov və Sahib Ələkbərov 2021-ci ildə həbs olunublar. Onlara qarşı irəli sürülən ittihamlardan biri mütəşəkkil cinayətkar dəstə yaratmaqla iş adamlarına və sahibkarlara qarşı cinayət əməlləri törətmək olub. İstintaqın qənaətinə görə, general Şıxəliyevin rəhbərlik etdiyi mütəşəkkil cinayətkar dəstədə 3 polkovnik rütbəli şöbə rəisi fəaliyyət göstərib. Onlar dövlətin gücündən istifadə etməklə 36 Azərbaycan vətəndaşından ümumilikdə 20 milyon manata yaxın rüşvət və əmlak əldə ediblər. Mövlam Şıxəliyevin həbsindən sonra onun və ailə üzvlərinin əmlakları üzərinə həbs qoyulub. Zərərçəkənlər əmlakların alınması üçün sərf olunan vəsaitləri Mövlam Şıxəliyevin cinayət yolu ilə əldə etdiyini, həmin vəsaitləri leqallaşdırmaq və iz azdırmaq üçün əmlakları ailə üzvlərinin adına rəsmiləşdirildiyini iddia edirlər.
Səbail rayonu, Nizami küçəsi, ev 78 ünvanında yerləşən qeyri-yaşayış sahəsi – 482 min manat;
Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 39 ünvanında yerləşən 198,1 kv.m sahəsi olan daşınmaz əmlak – 770 min 609 manat;
Səbail rayonu, Bülbül prospekti, ev 7 ünvanında yerləşən 35 kv.m sahəsi olan zirzəmi – 35 min 500 manat;
Nizami rayonu, Qara Qarayev prospekti, 39A ünvanında yerləşən daşınmaz əmlak – 974 min 600 manat;
Nəsimi rayonu, Nizami küçəsi, ev 78, mənzil 6 ünvanında yerləşən daşınmaz əmlak – 214 min manat;
Binəqədi rayonu, 7-ci mikrorayon, ev 9/25, mənzil 63 ünvanında yerləşən daşınmaz əmlak – 31 min 500 manat;
Binəqədi rayonu, Goradil kəndi, 690A ünvanında yerləşən daşınmaz əmlak – 39 min 528 manat.
Aybəniz Şıxəliyevanın adına olan əmlaklar isə bunlardır:
Ağdaş şəhəri, 20 Yanvar küçəsi, ev 7A ünvanında yerləşən daşınmaz əmlak – 26 min 240 manat;
Ağdaş şəhəri, H. Hacıyev küçəsi, ev 26 ünvanında yerləşən 197 kv.m sahəsi olan əmlak – 17 min manat;
Binəqədi rayonu, Novxanı kəndi, 686K ünvanında yerləşən daşınmaz əmlak – 37 min 600 manat;
Nəsimi rayonu, Nizami küçəsi, ev 93, mənzil 21 ünvanında yerləşən daşınmaz əmlak – 400 min manat;
Nərimanov rayonu, M. Əlizadə küçəsi, ev 134A ünvanında yerləşən 403,3 kv.m sahəsi olan daşınmaz əmlak – 1 milyon 452 min manat;
Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 10 ünvanında yerləşən 137,7 kv.m sahəsi olan daşınmaz əmlak – 535 min 653 manat;
Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 40 ünvanında yerləşən 137,7 kv.m sahəsi olan daşınmaz əmlak – 738 min 711 manat.
Bundan başqa, M.Şıxəliyevin qızı Samirə Əliyevanın adına da aşağıdakı əmlaklar var:
Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 72 – 167,3 kv.m, 650 min 719 manat;
Binəqədi rayonu, Novxanı kəndi, 686 ünvanı – 214,3 kv.m, 257 min 172 manat;
Binəqədi rayonu, Novxanı kəndi, 685V ünvanı – 1087,7 kv.m, 1 milyon 305 min 240 manat.
Onun oğlu Elgün Şıxəliyev də ata mirasından öz payını alıb:
Səbail rayonu, Nizami küçəsi, ev 96, mənzil 37 – 360 min manat; Səbail rayonu,
Bülbül prospekti, ev 7 ünvanında yerləşən daşınmaz əmlak – 714 min 985 manat.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şıxəliyev 12 il, Yasin Məmmədov 10 il 6 ay, Vüsal Əliyev 11 il 2 ay, Sahib Ələkbərov isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmlə Mövlam Şıxəliyevin əmlakları müsadirə edilsə də, həyat yoldaşı Aybəniz Şıxəliyevanın və övladlarının əmlakları özlərinə qaytarılıb. Zərərçəkmişlər hökmün müsadirə hissəsinin ədalətsiz olduğunu bildirirlər. Onların iddiasına görə, Aybəniz Şıxəliyevanın adına rəsmiləşdirilmiş əmlaklar faktiki olaraq Mövlam Şıxəliyevin cinayət yolu ilə əldə etdiyi vəsaitlər hesabına alınıb.
Zərərçəkmişlər tələb edirlər ki, Aybəniz Şıxəliyevanın adına rəsmiləşdirilmiş əmlaklar da müsadirə olunsun və onlara dəymiş ziyan tam ödənilsin.
Musavat.comшаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
17 02 2026
17 02 2026
17 02 2026
17 02 2026
17 02 2026
17 02 2026
17 02 2026
17 02 2026
17 02 2026
17 02 2026
17 02 2026
17 02 2026
17 02 2026
17 02 2026
17 02 2026
17 02 2026
17 02 2026
17 02 2026
17 02 2026
17 02 2026
17 02 2026
16 02 2026
16 02 2026
16 02 2026
16 02 2026
16 02 2026
16 02 2026
16 02 2026
16 02 2026
16 02 2026