Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (5-03-2014, 11:36)
Millət vəkili Ombudsmanın təkliflərini dəstəkləyib

 

 

Millət vəkili Qənirə Paşayeva parlamentdə Ombudsmanın psixonevroloji müəsisələr və psixiatriya xəstəxanaları ilə bağlı təkliflərini dəstəkləyib və bu sahəyə xüsusi diqqət ayrılmalıdır deyib. 

 

 

 “Mediatv,az”a daxil olan məlumata görə, millət vəkili Qənirə Paşayeva bildirib ki, psixiatriya xəstəxanalarında(ruhi-əsəb dispanserlərində) tibb personalına verilən əmək haqqının məbləğinin az olması tibbi yardımın səviyyəsinə mənfi təsirini göstərir. Bu müəsisələrdə işin daha çətin olduğunu deyən millət vəkili  Qənirə Paşayeva həkimlərin hər birinə düşən xəstələrin sayınının həddən artıq olmasının, orta tibb personalının və sanitarların şatışmazlığının bu sahədə tibbi yardımın səviyyəsinin azalmasına da öz təsirini göstərməsi və bir sıra öz həllini gözləyən problemlərlə bağlı Ombudsman Elmira Süleymanovanın hesabatında səslənən fikirlərə toxunaraq onun ruhi-əsəb xəstəxanalarındakı vəziyyətin müstəqil qaydada dərindən öyrənilməsinin və ehtiyacı olanlara psixiatriya yardımı üzrə təxirəsalınmaz tədbirlərin dövlət proqramı şəklində hazırlanaraq həyata keçirilməsi, habelə respublika üzrə bütün psixonevroloji mərkəzlərin Səhiyyə Nazirliyinin birbaşa tabeliyinə verilməsi, bu sahədə ixtisaslaşmış kadrlara daha böyük diqqət göstərilməsi ilə bağlı təkliflərini dəstəkləyərək bildirib ki, ancaq bu halda bu istiqamətdə əsaslı dönüş yaratmaq mümkündür. Bəzi psixonevroloji müəsisələrdə psixoloqların, habelə psixoterapevtlərin, hüquqşünasların, sosial işçilərin çatışmaması, əmək reabilitasiya tədbirlərindən istifadə edilməməsi həmin xəstələrin bərpa olunmasında və cəmiyyətə inteqrasiyasında bəzi problemlər yaradır deyən millət vəkili bu istiqamədə qısa zamanda böyük diqqət ayrılmasının və bir sıra məsələlərin öz həllini tapmasının vacibliyini vurğulayıb və müvafiq qurumları bu məsələyə həssas yanaşmağa çağırıb.

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024