Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Redaktor seçimi (Dünən, 21:52)
“TƏBİB-də kölgə güc mərkəzi? Xəstəxana direktorları kimlərin “süzgəcindən” keçirilib”

 
TƏBİB-in keçmiş rəhbəri Vüqar Qurbanov işdən azad olunduqdan sonra qurumun fəaliyyətinə dair ictimai müzakirələr daha da intensivləşib. İctimaiyyətin və medianın diqqət mərkəzində olan əsas məsələlərdən biri isə səhiyyə müəssisələrində kadr təyinatlarının hansı prinsiplərlə həyata keçirilməsi və bu prosesdə qeyri-rəsmi təsir mexanizmlərinin olub-olmamasıdır. Redaksiyamıza daxil olan məlumatlara görə, son illər ərzində bir sıra iri şəhər və rayon xəstəxanalarının direktorları, eləcə də müxtəlif tibb müəssisələrinin rəhbər vəzifələrinə təyinatlar zamanı Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədovun "təqdimatı və ya razılığı" əsas rol oynayıb. Bu iddialar rəsmi şəkildə təsdiqlənməsə də, səhiyyə sektorunda uzun müddətdir müzakirə olunan “mərkəzləşdirilmiş kadr təsiri” mövzusunu yenidən gündəmə gətirir.
Mediatv.az xəbər verir ki, səhiyyə kimi strateji sahədə rəhbər təyinatlarının şəffaf prosedurlar və peşəkarlıq meyarları əsasında aparılması vacib hesab olunur. Əgər kadr seçimi müəyyən bir şəxsin “süzgəcindən” keçmə prinsipi ilə həyata keçirilirsə, bu, idarəetmənin peşəkarlıq deyil, şəxsləşmiş modelə yönəldiyini göstərən təhlükəli tendensiya kimi qiymətləndirilə bilər.Səhiyyə kimi strateji sahədə direktor təyinatları ciddi meyarlara əsaslanmalıdır: peşəkar təcrübə, idarəçilik bacarığı, şəffaf seçim mexanizmi. Belə modeldə direktor faktiki olaraq onu təyin edən instituta deyil, onu təqdim edən qeyri-rəsmi təsir sahibinə bağlı olur. Bu isə sistemli korrupsiya və idarəetmə monopoliyası risklərini artırır. Əldə olunan məlumatlar göstərir ki, söhbət tək-tək epizodlardan getmir. Direktorların əksəriyyəti eyni təsir dairəsi vasitəsilə formalaşdırılıbsa, bu artıq sistemli strukturlaşma deməkdir.Araşdırmalar göstərər ki,TƏBİB-də daha geniş  islahatlara ehtiyac vardır. Rəhbər təyinatları həqiqətən də qeyri-rəsmi təsir dairələri ilə formalaşıbsa, bu, bütün səhiyyə sistemində peşəkarlıq prinsipinin zədələnməsi deməkdir.


10 FZ 100 dövlət qeydiyyat nişanı, 400 minlik qalmaqal və vəzifə yüksəlişi

2023-cü ildə mediada yayılan məlumatlar Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədovun fəaliyyəti ilə bağlı ciddi iddiaları gündəmə gətirmişdi. Həmin məlumatlarda onun yaxın qohumlarını müxtəlif vəzifələrə yerləşdirməsi, hətta təcrübəsi və tibbi təhsili olmayan şəxslərin işə götürülməsi iddia olunurdu.Dövlət tibb müəssisəsi şəxsi ailə strukturu deyil və orada işə qəbul meyarları qanun və normativ aktlarla tənzimlənir.Mediada yayılan digər məlumatlarda direktorun bahalı avtomobillər alması, yüksək dəyərli mənzillərə sahib olması və ailə üzvlərinin adına müxtəlif obyektlərin açılması barədə iddialar yer almışdı.
 
Sosial şəbəkələrdə və tibbi çevrələrdə müzakirə olunan məsələlərdən biri də  Fazil Alməmmədovun 10-FZ-100 dövlət qeydiyyat nişanlı bahalı avtomobildir. İddialara görə, nömrədəki “FZ” hərfləri rəhbərin adının  Fazil — baş hərfləri ilə üst-üstə düşür. Bu uyğunluq təsadüf kimi təqdim oluna bilər. Lakin dövlət tibb müəssisəsinin rəhbərinin yüksək dəyərli avtomobil və “şəxsi identifikasiya” xarakteri daşıdığı iddia edilən nömrə ilə gündəmə gəlməsi ictimai rəy baxımından əlavə suallar yaradır.
Mediada yer alan digər  xəbərlərə görə, ötən il Adil Vilayət oğlu Məmmədzadə tərəfindən Fazil Alməmmədova qarşı 400 min manatlıq borc iddiası ilə məhkəmə müraciəti olunmuşdu. İddialara əsasən, məsələ sonradan “başqa müstəvidə” həll edilib.Daha diqqətçəkən məqam isə budur: 2025-ci ildə Adil Vilayət oğlu Məmmədzadəun həmin mərkəzdə direktor müavini təyin edildiyi bildirilir.Bütün bu iddialar — qohumların işə yerləşdirilməsi, bahalı həyat tərzi, iri borc qalmaqalı və sonradan vəzifə təyinatı — bir yerdə qiymətləndirildikdə artıq ayrı-ayrı təsadüfi hadisələr kimi görünmür.

Tibb sistemində “oliqarx” imici: Fazil Alməmmədov ətrafında formalaşan reputasiya nəyi göstərir?
 

Tibbi çevrələrdə bəzi rəhbər şəxslərin qeyri-rəsmi şəkildə “oliqarx” kimi tanınması təsadüfi reputasiya deyil — bu, adətən uzun illər ərzində formalaşan təsir dairəsi, geniş əlaqələr şəbəkəsi və qərarvermə proseslərində dominant rol iddiaları ilə bağlı olur. Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədovun da tibbi heyət arasında belə xarakterizə olunması, səhiyyə sistemində idarəetmə balansına dair sualları daha da artırır.Əgər müxtəlif xəstəxana rəhbərlərinin təyinatında müəyyən bir şəxsin təqdimatı və ya razılığı mühüm rol oynayırsa, bu, həmin şəxsin formal səlahiyyətlərdən daha geniş təsir imkanına sahib olduğu təəssüratı yaradır. Nəticədə, tibb işçiləri arasında “mərkəzi fiqur” obrazı yaranır.Fazil Alməmmədovun tibbi heyət arasında “oliqarx” kimi tanınması iddiaları — doğru və ya şişirdilmiş olmasından asılı olmayaraq — səhiyyə idarəçiliyində şəffaflıq, balans və institusional idarəetmə barədə ciddi suallar doğurur. Ən sağlam çıxış yolu isə rəsmi açıqlıq, maliyyə hesabatlarının şəffaflığı və kadr siyasətində açıq mexanizmlərin tətbiqidir.

 Qarşı tərəfin cavab haqqını tanıyırıq.
  Mediatv.azшаблоны для dle 11.2

Xəbər lenti
18 02 2026
18 02 2026
18 02 2026
18 02 2026
18 02 2026
18 02 2026
18 02 2026
18 02 2026
18 02 2026
18 02 2026
18 02 2026
18 02 2026
18 02 2026
18 02 2026
18 02 2026
18 02 2026
18 02 2026
18 02 2026
18 02 2026
18 02 2026
18 02 2026
18 02 2026
18 02 2026
18 02 2026
17 02 2026
17 02 2026
17 02 2026
17 02 2026
17 02 2026
17 02 2026