Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 13:58)
AMEA-nın Memarlıq və İncəsənət İnstitutu dövlətin pulun belə incələyir - "SİNAM" MMC seçimi və cavabsız suallar

 Dövlət büdcəsi nə kiminsə dədə-babasından qalma xəzinə deyil, nə də hansısa yardım fondu deyil ki, ölkə ictimaiyyəti və aidiyyatı dövlət orqanları tərəfindən bir o qədər də, maraqlı görünməsin...


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Memarlıq və İncəsənət İnstitutu "SİNAM" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə müqavilə bağlayıb. 02.02.2026-ci il tarixdə dövlət satınalmalarının vahid internet portalında yerləşdirilmiş məlumata görə tərəflər arasında texniki xidmətlə bağlı 16.992 AZN məbləğində müqavilə bağlanıb...

Niyə məhz "SİNAM" MMC?!

İnstitutdakı oxucularımızın Yenixeber.org-a ötürdüyü məlumata görə, Memarlıq və İncəsənət İnstitutu ilə "SİNAM" MMC arasındakı bu əməkdaşlığın özünəməxsus səbəbləri var...Məlumata görə bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil)(?) Başqa sözlə Memarlıq və İncəsənət İnstitutu yuxarıda qeyd etdiyimiz iş üzrə tender elan etmədən, bir mənbədən olmaqla "SİNAM" MMC ilə müqavilə bağlayıb.

Bu ilginc faktor olmaqla bərabər, məlum qanunla qadağan da deyil. Amma,...müvafiq əsaslandırmalarla!

Bu arada qeyd edək ki, Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlarla əlaqəli satınalmalar istisna olmaqla, bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.

Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda; satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda; təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə; satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

Göründüyü kimi, "Dövlət satınalmaları haqqında" Qanunda bir mənbədən satınalamaları zəruri edən şərtlər aydın şəkildə sadalanır...

İndi isə sual olunur: Memarlıq və İncəsənət İnstitutunun texniki xidmətlə bağlı müvafiq satınalma müsabiqəsi etmədən, birbaşa "SİNAM" MMC ilə müqavilə bağlaması hansı səbəblərdən qaynaqlanır???

Bu prosesdə dövlətin pulunu xərcləyən tərəf kimi, Memarlıq və İncəsənət İnstitutu tərəfdən hansı məsul şəxslər iştirak edib, rəhbərlik kimə məxsus olub?

"SİNAM" MMC-nə niyə üstünlük verilib? Və s...

Alim adını uca tutan insan

AMEA-nın Memarlıq və İncəsənət İnstitutu dövlətin pulun belə incələyir:"SİNAM" MMC seçimi və cavabsız suallar

Ərtegin Salamzadə

Biz Yenixeber.org olaraq bu və digər suallara cavab almaqdan ötrü Memarlıq və İncəsənət İnstitutunun direktoru cənab Ərtegin Salamzadəyə online sorğu ünvanladıq. Təəssüf ki, sorğumuz hələ də, cavabsız qalmaqdadır(?)

Bu səbəbdən də, hələ ki, redaksiyamıza ötürülmüş ilginc məlumatları ictiamiləşdirə bilmirik...

Cənab direktora xatırlatma

Əvvəla, Memarlıq və İncəsənət İnstitutunun direktoru cənab Ərtegin Salamzadəyə xatırlatmaqda fayda var ki, hər bir Azərbaycan insanı vergiləri sayəsində formalaşan büdcə vəsaitinin necə xərcləndiyini bilməlidir. Bu onun haqqı və hüququdur...

Dövlət büdcəsi nə kiminsə dədə-babasından qalma xəzinə deyil, nə də hansısa yardım fondu deyil ki, ölkə ictimaiyyəti və aidiyyatı dövlət orqanları tərəfindən bir o qədər də, maraqlı görünməsin... Dövlətin pulun heç bir məmur könülü istədiyi kimi xərcləyə bilməz, xərcləməməlidir!

Təəssüf ki, hələ də, bəzi səlahiyyət sahibləri medianın sorğusuna cavab verməyin vəzifə borclarından biri olduğunu ya bilmir, ya da bilmək istəmirlər. Həm də onu bilmək istəmirlər ki, heç bir vəzifə sahibi bir gün “qapısının döyülmədən açılacağından” sığortalanmayıb.(Yenixeber.org)

Yazıda adları hallanan tərəflərin cavab haqqını tanıyırıq.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 02 2026
18 02 2026
18 02 2026
18 02 2026
18 02 2026
18 02 2026
18 02 2026
18 02 2026
18 02 2026
18 02 2026
18 02 2026
18 02 2026
18 02 2026
18 02 2026
17 02 2026
17 02 2026
17 02 2026
17 02 2026
17 02 2026
17 02 2026
17 02 2026
17 02 2026
17 02 2026
17 02 2026
17 02 2026
17 02 2026
17 02 2026
17 02 2026
17 02 2026
17 02 2026