Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (18-02-2014, 12:52)
Şexyin qadağa xəbəri ilə bağlı - Açıqlama

 

Qafqaz Müsəlmanları Idarəsi (QMI) bəzi media vasitələrində Şeyxülislam Hacı Allahşükür Paşazadənin səlahiyyətlərinin əlindən alına biləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. 

 

QMI-nın mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova “Azadlıq”a açıqlamasında bildirib ki, son zamanlar bəzi KIV-lərdə QMI haqqında absurd xarakterli və həqiqətə uyğun olmayan məlumatlar gedir: “Son vaxtlar Qafqaz Müsəlmanları Idarəsinin fəaliyyətinə dair bəzi mətbuat orqanlarında dərc olunan informasiyalar sadəcə absurddur. 

R.Dadaşova A.Paşazadənin QMI əməkdaşlarına mətbuata açıqlama vermək qadağası qoyması haqda yayılan xəbərləri də əsassız adlandırıb. Onun sözlərinə görə, görünür, bu kampaniyanın aparılması kimlərinsə marağındadır. Ona görə də fantaziyalarını işə salıb, istədiklərini mediada yazırlar. 

R.Dadaşova onu da əlavə edib ki, QMI daxilində sabitlik höküm sürür və əməkdaşlarımız vahid komanda şəklində öz fəaliyyətləri ilə məşğul olurlar: “Bir müddət əvvəl Qafqaz Müsəlmanları Idarəsi ilə Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsi arasında intriqa yaratmaq istədilər. Indi də başqa şəkildə cəmiyyəti aldatmaq istəyirlər. Özləri də bilirlər ki, QMI-nin idarəçiliyində, əməkdaşları ilə münasibətdə heç bir problem yoxdur. QMI-nin daxilində qibtə olunacaq səviyyədə monolitlik var. Qurumda nifaq salmaq istəyənlərə cavabım bircə ondan ibarətdir ki, boşuna əziyyət çəkməsinlər. Idarə ilə bağlı belə məlumatlar yaymaqla onlar heç nəyə nail olmayacaq”. 

Şeyxin qardaşı, deputat Cavanşir Paşazadə yayılan məlumata münasibət bildirib. O, publika.az-a bunları deyib: “Boş-boş söhbətlərdir. Buna şərh də vermək olmaz. Reallığa uyğun da deyil və heç müzakirə də etmək istəməzdim. Ümumiyyətlə, buna cavabım nə ola bilər, anlamıram. Bir məmləkətdə xalqın inancını alıb, başqa bir təşkilata, yaxud başqasına necə vermək olar?!”.

Xatırladaq ki, “Yeni Müsavat” qəzetində gedən yazıda bildirilib ki, QMI sədrinin müavinləri fəallaşıb, ərəblərdən pul alması iddiaları Şeyxi çətin duruma qoyub. Qafqaz Müsəlmanları Idarəsində isə münasibətlər kəskinləşib. Söhbət gedir ki, A.Paşazadəni QMI-dən bayıra atmasalar da bir çox səlahiyyətləri əlindən alınacaq. Onun bir çox səlahiyyətləri Islam Universitetinin rektoru Hacı Sabir Həsənliyə veriləcək. Eyni zamanda yazıda QMI ilə Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsi arasında vəziyyətin gərginləşdiyi də qeyd olunur.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024