Karusel (Bu gün, 08:48)
“Azəriqaz”da ölkə qanunları BELƏ POZULUR... - İşçilər müraciət etdi...
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı özünün sosial şəbəkə hesabında SOCAR "Azəriqaz" İB işçilərinin müraciətini ictimailəşdirib. "DİA-AZ" NHMT sədrinə istinadən həmin müraciəti təqdim edir."Azəriqaz" İstehsalat Birliyinin rəhbərliyinə ünvanlanmış müraciətdə deyilir:
Hörmətli rəhbərlik, Sizdən xahiş edirik ki, rayon və şəhər qaz istismar sahələrində çalışan əməkdaşların əmək şəraiti ilə bağlı yaranmış aşağıdakı məsələlərə ciddi şəkildə baxılsın.
Hazırda qaz sayğaclarının göstəricilərinin oxunması, təbii qaza görə yaranmış debitor borcların yığılması, qaz sayğaclarının əvəzlənməsi və digər ağır işlərdə çalışan çilingər və texniki işçilər ayın son 10 günü ərzində, habelə istirahət və bayram günləri olmasına baxmayaraq, mütəmadi şəkildə işə cəlb edilirlər.
Təəssüf ki, həmin günlərdə görülən işlərə görə əməkdaşlara əlavə əməkhaqqı, gün və ya saat hesablanmır və bu da əmək qanunvericiliyinin tələblərinə ziddir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, xahiş edirik:
• İşçilərin istirahət və bayram günlərində işə cəlb edilməsi yalnız qanunvericiliyə uyğun şəkildə rəsmiləşdirilsin;
• Həmin günlər üçün əlavə əməkhaqqı və ya istirahət günü təmin edilsin;
• Əməkdaşların hüquqlarının qorunması istiqamətində müvafiq tədbirlər görülsün.
Ümid edirik ki, müraciətimiz diqqətlə araşdırılacaq və qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir.
Qeyd edilir ki, ümumilikdə “Azəriqaz” İB üzrə qaz avadanlıqlarının bərpası və təmiri üzrə 2 568 nəfər çilingər fəaliyyət göstərir və onların 2026-cı ilin yanvar ayı üzrə orta aylıq əməkhaqqısı təxminən ✅550–600 AZN təşkil etmişdir.
Bununla yanaşı, 104 Növbə Xidmətində çalışan usta-çilingər heyətinin orta aylıq əməkhaqqısı ✅1 500–1 800 AZN olmuşdur ki, bu da digər eyni ixtisaslı işçilərlə müqayisədə ciddi əməkhaqqı fərqi yaratmışdır.
Eyni zamanda, “yeni əməliyyat modeli və təkmilləşdirmə” adı altında həyata keçirilən struktur dəyişiklikləri zamanı, rayonlar da daxil olmaqla şəhər qaz istismar sahələrində fəhlə kateqoriyasına aid yerli telefon rabitəçiləri (rabitəçi) ştatları ləğv edilmiş, onların əvəzinə isə 460 usta ştatı yaradılmışdır.
Nəticədə, həmin 460 usta ştatı üzrə yalnız 2026-cı ilin yanvar ayı ərzində ümumilikdə 760 000 AZN əməkhaqqı hesablanmışdır ki, bu da müəssisə üzrə əməkhaqqı balansında ciddi disproporsiya yaratmışdır..."
"DİA-AZ" qeyd edir ki, NHMT sədri bu müraciətə reaksiyasını bu formada ifadə edib: "Cənab sahə üzrə məsul şəxslər. İşçilərin yazdıqları reallığı əks etdirirsə, bu halda siz ölkənin Əmək Məcəlləsinin aşağıda qeyd olunan maddələrini pozmuş olursunuz.
ARƏM Maddə 165. İş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının ödənilməsi
1. İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir:
-əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla;
-əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.
2. Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər.
3. İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir.
ARƏM Maddə 164.2. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər. ✅ İşçinin arzusu ilə, sizin yox !
ARƏM Maddə 16. Əmək münasibətlərində ayrı-seçkilik yolverilməzdir
Və bu halda
ARƏM maddə 310 ( Bu Məcəllə ilə müəyyən olunmuş hüquqları pozmağa görə məsuliyyət) əsasən cəzalanmalısınız..."
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
15 02 2026
15 02 2026
15 02 2026
15 02 2026
15 02 2026
15 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
13 02 2026

























