Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm / Karusel (5-03-2014, 22:05)
Aqiyə Naxçıvanlı hansı məmurdan kömək istəyib?

 

Məlum olduğu kimi, bir müddət öncə Azərbaycan Müəllimlər İnstitutunun filiallarında  yoxlamalar aparıldı və ortaya cinayət xarakterli çox ciddi faktlar çıxdı. Məlum oldu ki, AMİ-nin filiallarında müxtəlif zamanlarda ayrı-ayrı şəxslərə saxta diplomlar verilib. Bununla bağlı prokurorluqda artıq cinayət işi qaldırılıb və istinaq aparılır. Çox güman ki, istintaq baş verənlərin əsl günahkarlarını ortaya çıxaracaq.

Bu arada isə Savaş.orga bəlli olub ki, adı qalmaqallarda hallandırılan, filiallarının fəaliyyəti dayandırılan Azərbaycan  Müəllimlər İnstitutunun rektoru, millət vəkili Aqiyə Naxçıvanlı baş verənlərdən əməlli-başlı təlaşlanıb. Düdür, o baş verənlərlə bağlı ölkə mətbuatına verdiyi açıqlamada günahı bir növ üzərindən ataraq, saxta diplomların verilməsində filial rəhbərlərini və Təhsil Nazirliyindəki adını çəkmədiyi yüksək vəzifəli şəxsləri ittiham edib. Amma bütün bunların inandırıcı olmadığı gün kimi aydındı. Əvvəla, ona görə ki, Aqiyə xanımın suçladığı həmin filial rəhbərləri məhz ona tabe olublar və onların müstəqil şəkildə  diplom alveri etməsi ağlabatan görünmür. Digər tərəfədən isə aydındır  ki, bu işdə doğurdan da Təhsil Nazirliyinin əməkdaşlarının da böyük rolu olub, zatən bunsuz mümkün də deyil. Hər  halda saxta diplomlar məhz nazirlikdə təsdiqlənməliydi… Amma heç bu fakt da Aqiyə Naxçıvanlını məsuliyyətdən azad edə bilməz. Axı, rektorun özünün də iddia etdiyi kimi Təhsil Nazirliyinin hansısa əməkdaşları bu prosesdə olublarsa belə, bu AMİ rektorunun “aydan arı, sudan duru” olması anlamına gələ bilməz.

Aydın məsələdir ki, bütün bunları Aqiyyə xanımın özü də yaxşı anlayır. Sadəcə olaraq, o həmin açıqlamayla  ictimai təzyiqi öz üzərindən  bir qədər  yayındırmağa çalışdı. Amma istintaq bu açıqlamaya aldanacaq qədər qeyri-proffesional deyil axı. Elə bu səbəbdən də rektor-deputat sudan quru çıxmaq üçün bütün imkanlarını səfərbər edib. Onun hətta hakimiyyətdəki çox yüksək bir mənsəb sahibinə mesaj göndərərək ondan kömək istədiyi də vurğulanır. Həmin məmurun kimliyi və ümumiyyətlə bu mövzu ilə bağlı daha geniş araşdırmamızı isə yaxın günlərdə təqdim edəcəyik. 

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024