Sosial / Redaktor seçimi (Bu gün, 11:24)
400 MANATI GERİ QAYTARMAQ GÜNAHI ÖRTÜRMÜ?”
Şikayətçi Günay Vahidovanın iddiaları bir daha göstərir ki, bəzi hallarda tibbi xidmət adı altında həyata keçirilən müdaxilələr nə hüquqi çərçivəyə, nə də tibbi etikaya sığır. 1958-ci il təvəllüdlü Vahidova Elmira Soltanməcid qızının başına gələnlər isə ciddi suallar doğurur və bu suallar cavabsız qala bilməz. Şikayətə əsasən, pasiyent ötən ilin 29 dekabr tarixində sol diz nahiyəsində ağrılarla bağlı Tusi Hospitalda fəaliyyət göstərən travmatoloq-ortoped Natiq Əhmədova müraciət edib. Lakin müayinə klinikada deyil, ev şəraitində aparılıb. Daha da narahatedici məqam odur ki, pasiyentin dizinə tətbiq olunan “gel”in mənşəyi, tərkibi və istehsalçısı barədə heç bir məlumat verilməyib. Tibbi praktikada şəffaflıq əsas prinsip olduğu halda, burada şəffaflığın yerini müəmmalı və sənədsiz müdaxilə alıb.
Mediatv.az-ı məlumatlandıran şikayətçinin sözlərinə görə bu müdaxilədən sonra xəstənin vəziyyəti daha da ağırlaşıb, ağrılar artıb və nəticədə pasiyent sərbəst hərəkət qabiliyyətini itirib. Ən diqqətçəkən detal isə göstərilən xidmət qarşılığında 400 AZN ödəniş alınması və buna baxmayaraq heç bir rəsmi qəbzin, tibbi protokolun, epikriz və ya digər sənədin təqdim edilməməsidir. Bu artıq təkcə etik məsələ deyil — hüquqi məsuliyyət doğuran ciddi pozuntu iddialarıdır.
Saytımızda “400 manata vurulan gel xəstəni şikəst etdi” başlıqlı material dərc olunduqdan sonra həkimin şikayətçidən aldığı pulu geri qaytarması isə vəziyyəti daha da şübhəli edir. Əgər hər şey qanuni və tibbi standartlara uyğun idisə, niyə ödəniş geri qaytarıldı? Bu addım vicdan məsələsi idimi, yoxsa məsuliyyətdən yayınmaq cəhdi?
Burada əsas məsələ pulun qaytarılması deyil. Əsas sual budur: insan sağlamlığı üzərində aparılan qeyri-şəffaf, sənədsiz və nəzarətsiz müdaxilələr necə olur ki, sistem tərəfindən vaxtında aşkar edilmir? Pulun geri verilməsi xəstənin sağlamlığını geri qaytarırmı? Şəffaf olmayan tibbi müdaxilə faktı hüquqi qiymət almayacaqsa, sabah eyni hadisənin başqa bir pasiyentin başına gəlməyəcəyinə kim zəmanət verir? Hüquqşünaslar bildirirlər ki, ödənişin geri qaytarılması şəxsi razılaşma sayılsa da, bu, mümkün tibbi səhlənkarlıq və ya qanunsuz tibbi fəaliyyət üzrə məsuliyyəti avtomatik aradan qaldırmır. Əksinə, sənədsiz tibbi müdaxilə və qeyri-rəsmi ödəniş iddiaları araşdırma tələb edən hallardır. Cəmiyyət üçün ən təhlükəli məqam isə belə hadisələrin cəzasızlıq hissi yaratmasıdır. Əgər tibbi xidmət adı ilə həyata keçirilən hər hansı əməliyyat sənədsiz, qeydiyyatsız və nəzarətsiz qala bilirsə, bu artıq tək bir xəstənin deyil, bütün sistemin problemidir. Bu hadisə bir daha göstərir ki, insan sağlamlığı üzərində aparılan hər bir müdaxilə şəffaf, sənədləşdirilmiş və hüquqi çərçivədə olmalıdır. Əks halda, 400 manatın geri qaytarılması sadəcə məsuliyyətdən yayınmaq üçün atılan gecikmiş addım kimi görünür — və bu, cəmiyyətin ədalət gözləntilərini qətiyyən təmin etmir.
Qarşı tərəfin cavab haqqını tanıyırıq.
Mediatv.az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
16 02 2026
16 02 2026
16 02 2026
16 02 2026
16 02 2026
16 02 2026
16 02 2026
16 02 2026
16 02 2026
16 02 2026
“AZTRANSLATİON CENTER” MMC-də ŞƏXSİ-QƏRƏZLİK, ƏMƏK HÜQUQLARININ POZULMASI -KOLLEKTİVDƏ İKİTİRƏLİK???
15 02 2026
15 02 2026
15 02 2026
15 02 2026
15 02 2026
15 02 2026
15 02 2026
15 02 2026
15 02 2026
15 02 2026
15 02 2026
15 02 2026
15 02 2026
15 02 2026
15 02 2026
15 02 2026
15 02 2026
15 02 2026
15 02 2026
15 02 2026
























