Xatırladaq ki, mediada dəfələrlə ADSEA rəhbərliyində ailə-quda münasibətlərinə əsaslanan idarəçilik modeli barədə yazılar dərc olunub. Agentliyin sədri Zaur Mikayılov, aparat rəhbəri Fuad Quliyev və müşavir statusu daşısa da faktiki qərarverici şəxslərdən biri kimi göstərdiyi deyilən Əsəd Şirinovdur
Karusel (Bu gün, 10:19)
Qudaları ilə gündəm olan agentlik sədrinin kadrı bu qərarı ilə diqqət çəkdi
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi-nin tabeliyində fəaliyyət göstərən Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən növbəti satınalma proseduru yekunlaşmaq üzrədir.32gun.az xəbər verir ki, söhbət Culfa rayonu ərazisində yerləşən Yaycı-2 nasos stansiyasından Dizə kəndinə çəkilmiş təzyiqli boru xəttinin əsaslı təmiri işlərinin satın alınmasından gedir.

Məlumata görə, satınalma üzrə “PUVA İnşaat Tesisat Sanayi ve Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı qalib olub. Tərəflər arasında 635.012,74 AZN məbləğində müqavilənin bağlanacağı gözlənilir. Şirkətin qanuni təmsilçisi Nərimzadə Şadiman Mehman oğludur.
32gun.az-ın DVX-nin açıq mənbələrdən əldə etdiyi məlumata görə, qalib elan olunan şirkətin dövlət büdcəsinə vergi borcu mövcuddur. Belə ki, şirkətin vergi borcu 45.586,02 AZN təşkil edir
Qeyd edək ki, 2024-cü ilin iyun ayında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov əmr imzalayıb. Əmrə əsasən, Zakir Quliyev Regional Su Meliorasiya Xidmətinin rəisi təyin edilib.
Qeyd edək ki, dövlət satınalmaları haqqında qanunvericiliyə əsasən, tender prosedurlarında iştirak edən şirkətlərin dövlət qarşısında öhdəliklərinin yerinə yetirilməsi əsas şərtlərdən biri hesab olunur.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
15 02 2026
15 02 2026
15 02 2026
15 02 2026
15 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
14 02 2026
13 02 2026
13 02 2026

























