Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sağlamlıq (16-12-2019, 11:03)
İnsan sağlamlığının keşiyində durmaq kimi müqəddəs vəzifənin öhdəsindən yalnız sağlam ruhlu həkimlər layiqlə gələ bilərlər.

 

100-dən artıq tibb işçisinin çalışdığı 27 saylı şəhər poliklinikası paytaxtın Binəqədi rayonunun M.Rəsulzadə qəsəbəsində və 6-cı mikrorayon ərazisində yaşayan 27000 nəfər əhaliyə xidmət edir. Sakinlər poliklinikada gördükləri xidmətdən razıdırlar. Müəssisə barədə müsbət rəyin formalaşmasında əlbəttə ki, baş həkim Sevinc Yusifovanın xidmətləri böyükdür.
Sevinc həkimin dediklərindən: “Həkimlik peşəsi çox mürəkkəb bir peşədir. Bu peşənin incəliklərinə yiyələnmək üçün ən əsası savad olmalıdır. İnsan sağlamlığına xidmət etdiyimiz üçün bundan hər birimiz qürur hissi duyuruq. Bu gün səhiyyə sahəsinə qayğı və diqqət yetərincə göstərilir. Bəzi neqativ halları çıxsaq, tibb sahəsində nailiyyətlərimiz tükənməzdir. İnsan sağlamlığı üçün respublikamızda saysız-hesabsız tibb ocaqları fəaliyyət göstərir ki, bu binalarda da lazımi tibbi avadanlıqlar quraşdırılıbdır. Biz həkimlər əldə etdiyimiz uğurlardan heç bir zaman arxayınlaşmırıq. Çalışırıq ki, respublikamızın hər bir sakini sağlam və firavan bir həyat yaşasın. Xəstələrimizin hər birinin sağalıb normal həyata qayıtması biz tibb işçilərini - həkimləri həddən-ziyadə sevindirir. Sağlamlığın qeydinə qalmaq üçün tibbin qoyduğu qanunlara mütləq riayət etmək lazımdır. Əgər belə edəriksə, sağlam yaşayarıq”.
"İcbari tibbi sığortanın tətbiqindən insanlar və tibb müəssisələri nə gözləyə bilərlər?" - sualımıza da doktor Yusifova nikbin cavab verdi:  "İcbari tibbi sığorta haqda qanun layihəsi hələ 1999-cu ildə irəli sürülmüşdü. Həmin vaxt cəmiyyət buna hazır deyildi. Amma hesab edirəm ki, bu tədbirin faydasını xalqımız tezliklə hiss edəcək. Mən bir Azərbaycan vətəndaşı kimi, həkim kimi icbari sığortanın tətbiqini ürəkdən alqışlayıram. Düşünürəm ki, icbari sığortaya keçidlə əlaqədar əhali həmin əsasla göstəriləcək minimal tibbi xidmətlərlə qane olacaq".
Poliklinikada fəaliyyəti təqdir olunan həkimlərdən biri də kardioloq İradə Dostalıyevadır. Həmkarları ilə, tibb bacıları ilə, pasientləri ilə ayaqüstü söhbət edib doktor Dostaliyevanın haqqında bəzi məlumatları əldə etdik. Barəsində yüksək fikirlər söylədilər: İradə həkim öz qərar və hərəkətlərinə tam məsuliyyətlə yanaşır,  pasiyentə göstərdiyi tibbi yardımın keyfiyyətinə cavabdehlik daşıdığını unutmur.  Xəstələrə göstərdiyi yardımın keyfiyyətini artırmaq məqsədi ilə öz bilik və bacarıqlarını daimi təkmilləşdirir. İndiyədək vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə səhiyyənin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməmişdir. İradə həkim pasiyentin şərəf və ləyaqətinə, şəxsi sirr hüququna hörmət edir, ona səmimi münasibət göstərir...
Amma əlbəttə ki, barəsində söhbət açdığımız  həkimlərin uğurlarının birinci səbəbi onların istedadıdır. Sözsüz ki,  zəhmətkeşlikləri, yorulmazlıqları olmasaydı, məlum istedad qeyri-münbit torpağa atılmış sağlam toxum kimi cücərməzdi. İşlədikləri kollektivdə və ümumən tibb ictimaiyyətində onları elitar həkimlər sırasına gətirib çıxaran amillər içərisində bənzərsiz nikbinliklərini, həyata olan sevgilərini ayrıca qeyd etmək lazımdır. Onların bu məsuliyyəti təbii ki, xırda hissləri yaxına buraxmamaqdan, sağlam duyğulara daha çox fıkir vermələrindən irəli gəlir. Məhz belə sağlam ruhlu həkimlər insan sağlamlığının keşiyində durmaq kimi müqəddəs vəzifənin öhdəsindən layiqlə gələ bilərlər.
 шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024