Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (11-05-2016, 21:29)
7 saylı poliklinikanı özəl obyektə kim çevirib?

İddialara görə, buradakı ödənişlərin dövlətə heç bir aidiyyatı yoxdur 


Xətai rayonu, Məzahir Rüstəmov küçəsi 1 ünvanında yerələşən 7 saylı şəhər poliklinikası ətraf ərazidə yaşayan vətəndaşlara pulsuz tibbi xidmət göstərməli olan dövlət səhiyyə müəssisəsidir. Lakin burada adi tibb bacısından tutmuş baş həkimədək bütün tibbi personalın xidmətlərindən yaralanmaq üçün ciblərini eşələməlisən. 

Faktiki olaraq pula işləyən tibbi personal xəstələrin müayinədən keçirilməsi və müalicəsi üçün yetərli maraq göstərmir. Bu gün baş həkimin yarıtmaz fəaliyyəti üzündən poliklinika rayon sakinlərinin gözündən demək olar ki, düşüb. Hesab edin ki, hələ söhbət keyfiyyətli tibbi xidmətdən getmir. Gundelik-baku.com-a verilən məlumata görə, həkimlərinin özlərinin peşəkarlığı ilə bağlı bir sıra problemlərinin olması barədə dəfələrlə aidiyyatı üzrə şikayətlər verilib. Həmçinin qeyd edilib ki, poliklinikada kifayət qədər müasir tibbi avadanlıqların olmasına baxmayaraq bəzi həkimlər onlardan istifadə etməkdə çətinlik çəkir. 

Bu isə hər şeydən öncə sadə vətəndaşların sağlamlığı üçün təhlükə deməkdir. Bildirilir ki, poliklinikanın baş həkimi işçilərin maaşlarından mütəmadi olaraq müxtəlif adlar altında Səhiyyə Nazirliyində və Bakı Baş Səhiyyə İdarəsində müxtəlif vəzifəli şəxslərə hesabatların guya qəbul edilməsi müqabilində verilməsi üçün müəyyən məbləğin tutulmasına göstəriş verib. Bundan əlavə poliklinikanın elektrik, qaz, istilik təchizatının yaxşılaşdırılması həkim otaqlarının təmiri və tibbi avadanlıqlarının dəyişdirilərək yenisi ilə əvəz edilməsi üçün də maaşdan məbləğlər tutulduğu qeyd olunur. Bütün bu neqativləri cidd-cəhd ilə sirr kimi saxlamağa çalışan poliklinika rəhbərliyini anlamaq çətin deyil. Baş həkim həm də poliklinikada xəstələrin "hörmət" prosedurlarına da xüsusi lisenziya verib. 

Belə ki, hər hansı bir səbəb üzündən bura üz tutan vətəndaşlar məcburiyyət qarşısında həkimlərin, xüsusən sahə həkimlərinin cibinə "ödəniş" etməkdədirlər. Əlbəttə, bu "ödəniş"lərin dövlətin adına heç bir aidiyyatı yoxdur.Baxmayaraq ki, ara-sıra bu səbəbdən narazılıqlar baş qaldırır, ümumilikdə yuxarı səhiyyə idarələrində hər şeyin öz qaydasında, axarı ilə davam etdiyini yəqin edirlər. Poliklinikada bundan əlavə həkimlərin peşəkarlığı ilə bağlı kifayət qədər problemlər mövcuddur. 

7 saylı poliklinika ilə bağlı şikayətlərə əhəmiyyət verməyən icra başçısı baş həkimi hər vasitə ilə müdafiə edir. Onu da qeyd edək ki, hələ bir neçə ilə öncə baş həkim Şəlalə Səfərova çox ciddi qalmaqala səbəb olmuş əməlinə görə hətta Xətai Rayon Prokurorluğunda sorğu-suala çəkilmişdi. Belə ki, iddialara görə faktiki təmirdə olan poliklinikanın işçiləri məzuniyyətdə olduğu halda, ərazi üzrə müraciət edən şəxslərə heç bir lazımi müayinə aparılmadan sağlamlaıq arayışları verilmişdi. Əlbəttə, həmin arayışlar heç də havayı verilməmişdi. Bildirildiyinə görə bu sahədə poliklinikada əməlli-başlı "biznes" qurmuş baş həkim işdən kənarlaşdırılaraq məsuliyyət cəlb olunacaqdı.

Lakin son məqamda icra başçısı Razim Məmmədovun himayəsi bu təhlükəni sovuşdurub. Poliklinikanın baş həkimin qanunsuz əməllərindən bəhs edən şikayətlər isə hər dəfə baxılmamış arxivə atılıb. Belə hallar ilk növbədə vətəndaşları narazı salır, ölkədə nümunəvi səhiyyə xidməti formalaşdırılması üçün atılan gərəkli addımların effektini heçə endirir. Yəqin ki, Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəhbərliyi bu məqamları ciddi nəzərə alacaq

Qarşı tərəfi də dinləməyə hazırıq.

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024