Sosial (13-11-2015, 09:11)
DƏMİRYOLÇULARIN SAĞLAMLIĞI KEŞİYİNDƏ-özəl
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan nəqliyyat sektorunun inkişaf strategiyası möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən şərəflə davam etdirilir.
Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycanın nəqliyyat qurumları beynəlxalq və regional layihələrin həyata keçməsi prosesində aparıcı rol oynayırlar. İqtisadiyyatımızın şah damarı sayılan ölkə polad magistralında həyata keçirilən islahatlar, reallaşdırılan irihəcmli layihələr bu sahədə çalışan fədakar insanların gücü, zəhməti sayəsində başa gəlir. Çox hörmətli millət vəkili Cavid Qurbanovun rəhbərlik etdiyi “Azərbaycan Dəmir Yolları” Səhmdar Cəmiyyəti bu insanların sosial müdafiəsinin gücləndirilməsi, onların mənalı istirahətlərinin təşkili sahəsində daim təxirəsalınmaz tədbirlər görür. Dəmiryol tibb müəssisələri də bu sahənin adamlarının sağlamlığına xidmət etmək vəzifəsinin öhdəsindən layiqincə gəlməyə çalışırlar. Belə müəssisələr aqrasında sayılıb-seçilənlərdən biri də Bakı şəhərindəki 2 saylı Dəmiryol poliklinikasıdır. Poliklinika uzun illərdir ki, fəaliyyət göstərir. Əvvəllər burada dəmiryolçulara, onların ailə üzvlərinə, sakinlərə nümunəvi xidmət göstərmək üçün lazımi şəraitin olmaması kollektivi ciddi narahat edirdi. Təcrübəli tibb işçisi Həmzə Həsənov poliklinikaya baş həkim təyin edildikdən sonra burada ilk olaraq təmir işləri aparıldı. Əhaliyə yüksək səviyyədə xidmət göstərmək üçün poliklinikada hər cür şərait yaradıldı. Köhnə tibbi aparatlar yeniləri ilə əvəz olundu. Sağlam mühit yaradıldı. Son illərdə isə şöbələr EKQ, USM, EEQ aparatları ilə təchiz olunub, laboratoriya üçün müasir avadanlıqlar alınıb. Yeni rentgen aparatı quraşdırılıb. Poliklinikanın maddi-texniki bazası möhkəmləndirilib, müasir tələblərə cavab verir, əmək intizamına ciddi əməl olunur. Doktor Həsənov deyir: “Hər bir dəmiryolçunun həyatı məndən ötrü əzizdir. Uzun illərdir bu şərəfli peşə sahibləri ilə bir yerdə işləyirəm. Mənim dostlarımın, yaxın adamlarımın əksəriyyəti dəmiryolçulardır. Bununla belə peşəsindən asılı olmayaraq poliklinikamıza üz tutan heç kəsi naümid qoymamışıq...” Bizimlə söhbətində baş həkim dəmiryol tibb müəssisələrinin Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi perspektivi barədə dolaşan fikirlərə də münasibət bildirdi. Doktor Həsənov deyir: “Hər bir dəmiryolçunun həyatı məndən ötrü əzizdir. Uzun illərdir bu şərəfli peşə sahibləri ilə bir yerdə işləyirəm. Mənim dostlarımın, yaxın adamlarımın əksəriyyəti dəmiryolçulardır. Bununla belə peşəsindən asılı olmayaraq poliklinikamıza üz tutan heç kəsi naümid qoymamışıq. O ki aqldı dəmiryol tibb müəssisələrinin Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi məsələsinə, xatırladım ki, bir ay əvvəl dəmiryolçuların peşə bayramı ərəfəsində Gəncə dəmiryolçuları ilə görüşlər keçirən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov şəhərdə bir neçə obyektə baş çəkib. O, həmçinin “Azərbaycan Dəmir Yolları”nın tibb xidmətinin balansında olan səhiyyə ocaqlarına gedib, xəstəxanalarda tibb personalı ilə görüşərək mövcud durumla tanış olub. Cavid Qurbanov QSC-nin tibb xidmətinin balansında olan xəstəxana və poliklinikalarda xidmət səviyyəsinin aşağı olması ilə əlaqədar, onların Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi məsələsinə aydınlıq gətirib. Sədr bildirib ki, Cəmiyyətin balansında olan səhiyyə müəssisələri “Azərbaycan Dəmir Yolları” QSC-nin tabeliyində qalacaq. O bu məsələnin Səhiyyə Nazirliyi ilə razılaşdırıldığını qeyd edib. Cəmiyyət sədri "Azərbaycan Dəmir Yolları”nın tabeliyində fəaliyyət göstərən səhiyyə ocaqlarının gələcək illərdə mərhələli şəkildə təmir olunaraq dəmiryolçuların istifadəsinə veriləcəyini də vurğulayıb”. Əhalinin xidmətində dayanıb saysız-hesabsız gərgin, lakin şərəfli günlər yaşayan Həmzə həkimin əməyi, rəhbərlik etdiyi müəssisənin fəaliyyəti xalqımız, dövlətimizn tərəfində daima yüksək qiymətləndirilib. Baş həkim deyir: “İnsan əməyinə verilən yüksək qiymət onun məsuliyyət hissini artırır. Keçdiyim ömür yolunu nəzərə alıb, zəhmətimi qiymətləndirən hər bir kəsə öz minnətdarlığımı bildirirəm. Özüm və başçılıq etdiyim kollektiv bundan sonra da dəmiryolçuların sağlamlığı naminə öz qüvvə və bacarığını əsrigəməyəcəyik”. Redaksiya olaraq biz də Həmzə Həsənova və rəhbərlik etdiyi kollektivə dəmiryolçuların sağlamlığı keşiyində durmaq yolunda uğurlar arzulayırıq. İnanırıq ki, onlar bundan sonra da şövqlə çaılışacaq, daha yüksək qiymətə layiq xidmət göstərəcəklər.
Mediatv.az
