Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sağlamlıq (8-05-2019, 18:33)
MEK professor Tofiq Quliyevin kitab kolleksiyasının təqdimatını keçirib

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) iqtisad elmləri doktoru, professor, Əməkdar elm xadimi Tofiq Quliyevin kitab kolleksiyasının təqdimatını keçirib. MEK-in Fondların mühafizəsi bölməsinin əməkdaşı Aytən Xudiyeva alimin həyatı və fəaliyyəti, kitabxanaya təqdim edilmiş və fondlarda saxlanılan kitab kolleksiyası haqqında təqdimat edib. A.Xudiyeva bildirib ki, kolleksiya kitabxanaya professor T.Quliyev tərəfindən təqdim edilib. Kitabların 12-si Azərbaycanda, 9-u Rusiyada, 7-si İranda, 2-si isə Türkiyədə nəşr olunub. Professorun kitabları MEK tərəfindən mübadilə yolu ilə Türkiyə, Fransa, İtaliya, Almaniya və s. ölkələrin kitabxanalarına, Amerikanın Konqres, Harvard Universiteti kitabxanalarına, bu ölkələrin elm-təhsil müəssisələrinə göndərilib. Təqdimatçı qeyd edib ki, MEK tərəfindən T.Quliyev haqqında Vikipediyada səhifə yaradılıb, onun həyat və yaradıcılığı ilə bağlı faktlar səhifədə yerləşdirilib. Tədbirdə çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin dosentləri Əlirza Məmmədov, Sevinc Bayramova alimin yaradıcılığından, çap olunmuş əsərlərindən, pedaqoji və elmi fəaliyyətindən danışıblar. Sonda professorun qızı, iqtisad elmləri doktoru, dosent Şəfa Quliyeva tədbirin təşkilinə, iştirakçılara, eləcə də təqdimata görə MEK-ə təşəkkürünü bildirib, atasının gördüyü işlərdən bəhs edib.шаблоны для dle 11.2

Xəbər lenti
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024