Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (21-11-2018, 09:59)
BSU-da Müasir Azərbaycanda Dostoyevski yaradıcılığı mövzusunda konfrans keçirilib

  Noyabrın 20-də Bakı Slavyan Universitetində Rusiya İnformasiya Mədəniyyət Mərkəzinin (Rossotrudniçestvo), BSU-nun filologiya və xarici dil müəllimliyi fakültəsinin, Rus ədəbiyyatı tarixi kafedrasının, Rusiya mədəniyyət və tədris mərkəzi nəzdində “Moskva auditoriyası”nın və Azərbaycanda Rusdilli Təhsil Müəssisələri Müəllimlərinin Assosiasiyasının təşkilatçılığı ilə görkəmli rus yazıçısı F.M. Dostoyevskiyə həsr olunmuş “Müasir Azərbaycanda Dostoyevski yaradıcılığı” adlı konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov F.Dostoyevski yaradıcılığının humanizmin zirvəsinin təşkil etdiyini, yazıçının ömrü boyu bəşəriyyətin xöşbəxtliyi üçün yollar aradığını deyib. R. Novruzov F.Dostoyevskinin “İdiot” romanında Knyaz Mışkin obrazı ilə İsa peyğəmbəri təcəssüm etdirməyə çalışdığını bildirib. O, böyük yazıçının pessimizmə qapıldığı anların da olduğunu, Knyaz Mışkinin faciəsini təsvir etməklə bəşəriyyətin heç bir zaman öz idealına qovuşa bilməyəcəyini sərgiləməyə səy göstərdiyini qeyd edib.
BSU-nun Rus ədəbiyyatı tarixi kafedrasının dosenti Nəsib Cəbrayılov çıxışında professor, əməkdar elm xadimi Məmməd Qocayevin “Dostoyevski ətrafında düşüncələr ” əsərini təfərrüatı ilə təhlil edib. O bildirib ki, “Dostoyevski ətrafında düşüncələr” əsərində Azərbaycan, eləcə də dünya ədəbiyyatında əsas mövzulardan olan insan problemi, ədəbi-tarixi proseslər, o cümlədən adət-ənənələr, milli dəyərlər öz əksini tapıb.
Azərbaycan rusdilli Təhsil Müəssisələri Müəllimlərinin Assosiasiyasının sədri L.T.Yakunina öz çıxışında F.Dostoyevski yaradıcılığında insan probleminə toxunub.
Bakı Slavyan Universitetinin dosenti Kəmalə Umudova F.Dostoyevski və L.Tolstoy yaradıcılığını müqayisəli şəkildə təhlil edərək hər iki yazıçının humanizm və insanpərvərlik məsələsində eyni mövqedə dayandığını diqqətə çatdırıb.
BSU-nun dosenti Mahrux Tağıyeva “F.Dostoyevskinin yaradıcılığı Azərbaycanda: tədqiqatlar və tərcümələr” mövzusunda çıxış edərək yazıçının əsərlərinin dilimizə tərcüməsi ilə bağlı problemlərdən danışıb
Sonra Qərb Universiteti nəzdində kollecin müəllimi, BSU-nun doktorantı Fərqanə İsayeva “Dostoyevski Puşkin haqqında”, BSU-nun dissertantı Gülnarə Əliyeva isə “Dostoyevski və Hüseyn Cavid yaradıcılığında humanizm problemləri” mövzusunda çıxış ediblər.
BSU-nun Mətbuat Xidməti
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024