Sağlamlıq (21-02-2018, 10:11)
Xərçəng şişlərinin özünüməhvetmə mexanizmi aşkarlanıb
ABŞ-da Notr-Dam Universitetinin alimləri hüceyrələrin nekrozunda iştirak edən RİPK1 zülal fermentinin bədxassəli şişlərin çoxalmasının və metaztazların qarşısını almağa qadir olduğunu müəyyənləşdirib.
Tədqiqatçılar bu birləşmədən son dərəcə təhlükəli olan xərçəng formalarının müalicəsində istifadə etməyi planlaşdırdıqlarını bildiriblər.
Mediatv.az xəbər verir ki, bu barədə “MedicalXpress” pres-relizində deyilir.
Tədqiqatlar göstərib ki, RIPK1 hüceyrələrdə mitxondriyaların – enerji metabolizmini təmin edən orqanellərin sayının azalmasına vasitəçilik edir. Bu, turşu stressinin inkişafına yol açır, zülalların, lipidlərin və DNT-ni zədələyən fəal oksigen formalarının miqdarı artır.
Belə şəraitdə hüceyrələr apoptaz prosesində özünü məhv etməyə başlayır.
Orqanların və bədən boşluqlarının səthini örtən epitel hüceyrələr onlar üçün “meşə” rolunu oynayan hüceyrələrarası zülal şəbəkəsindən ayrılan zaman hüceyrə ölümü induksiya oluna bilər.
Bu proses metaztazın qarşısını alsa da, bədxassəli şişlər tədricən ona qarşı davamlılıq əldə edə bilər. Tədqiqatçıların fikrincə, RIPK1 bu problemin çarəsini tapacaq.
Nekroz – hüceyrənin patoloji ölüm formasına deyilir. Nekroz zamanı yoluxma, istilik və ya digər fiziki təsirlər altında hüceyrə parçalanır və onun qalıqları hüceyrələrarası məkana tökülür.
Apoptoz zamanı hüceyrənin ölümü genetik proqram əsasında baş verir, onun qalıqları iltihaba səbəb olmadan toxumadan kənarlaşır.