Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sağlamlıq (18-01-2017, 12:11)
“Virusun Azərbaycana keçməsinin qarşısı alınıb” – RƏSMİ

apa-4746-18-01-17-11-15

Azərbaycanda həyata keçirilmiş kompleks qabaqlayıcı tədbirlər 2016-cı ildə Avropa regionunun əksər ölkələrində, xüsusən həmsərhəd ərazilərdə ağır gedişli, yüksək ölüm faizi ilə nəticələnən A(H1N1) virusu epidemiyasının ölkəmizə keçməsinin qarşısını alıb.

Mediatv.az:   APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direketor müavini Afaq Əliyeva bildirib ki, hər il olduğu kimi 2016-2017- ci ilin payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik tədbirlərin, həmçinin epidemioloji monitorinqin gücləndirilməsi istiqamətində işlər aparılıb.

Onun sözlərinə görə, virusoloji laboratoriyada aparılan müayinələr xəstələnmənin epidemioloji hədd daxilində olduğunu göstərir: “Son illərdə epidemiya və pandemiyaların baş verməsi təhlükəsinin qarşısının alınması istiqamətində yoluxucu xəstəliklərin monitorinqi aktual məsələyə çevrilib. Bununla əlaqədar infeksion xəstəliklər üzərində Elektron Müşahidə Sistemi tətbiq olunub və o, daima yenilənir və təkmilləşdirilir. Sistem vasitəsi ilə ölkəmizdə qeydə alınan hər bir infeksiya hadisəsi barədə on-layn rejimində məlumat alınır, operativ tədbirlər həyata keçirilir, epidemioloji vəziyyət, o cümlədən rayon səviyyəsində təhlil edilir. Bu elektron proqram Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Avropada ən müasir sistem kimi qiymətləndirilib və onun vasitəsi ilə müvafiq məlumatların birbaşa ÜST-ə göndərilməsinə də imkan yaradılıb”.

A. Əliyeva son 10 gün ərzində respirator viruslu xəstələrin müraciətlərinin sayının 2 dəfə azaldığını, ağır keçən xəstələrin sayında da azalma olduğunu bildirib.

 

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024