Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sağlamlıq (30-09-2016, 09:47)
Böyrəklərdə oksalat duzları: nə etməli?

 

Böyrəklərdə oksalat duzları:

 

Oksalat (etakdiol) turşusu ən sadə dikarbon turşusu olub təbabətdə təsadüf olunur. Etakdiol güclü turşu olub anion və protionu dissosasiya edir. Oksalat turşusunun anionu kalsium kationu ilə birləşərək az həll olan duz-kalsium, oksalat-monohidrat və dehidrat əmələ gəlir.
Mediatv.az immunitet.az-a istinadən bildirir ki, oksalat turşusunun qanda səviyyəsinin artması (oksalemiya) endogen və ekzogen faktorlardan asılıdır. Ekzogen oksalemiya əksər hallarda alimentar mənşəli olub tərkibində oksaloforlar çox olan qida qəbulu zamanı baş verir. Bu qidalara aiddir:
- kakao
- şokolad
- ispanaq
- çay
- istiot və s.
Kalsium və maqnezium oksalatlar, oksalat daşlarının mənbəyi olurlar. Kalsium oksalatın sidikdə həll olması sudakı həll olmasından artıqdır. Buna səbəb oksalatın kristalizasiyasının bəzi maddələr tərəfindən ingibisiya olunmasıdır. Bu maddələrə aşağıdakılar aiddir:
- turş polisaxaridlər
- kiçik molekullu polipeptidlr
- sidik cövhəri
- maqnezium
- pirofosfatlar
- difosfdatlar
- sitratlar
- üzvi turşular.
Oksalat metobolizmasının pozulmasının 2 tipi mövcuddur. Birinci tipdə oksalat turşusunun katalizatoru olan fosfatazalı fermentin aktivliytinin azalması nəticəsində baş verir.
İkinci tip oksaluriya serenin metabolizminin ferment deffekti nəticəsində baş verir. Bu zaman kalsium-oksalatın kristallaşması uron turşrsu, xondrotinsulfat və heparinsulfat təsirindən baş verir.
Askorbin turşusunun sidikdə oksalatların artmasında rolu böyükdür, çünki 17-40% dərman kimi qəbul edilən askorbin turşusu orqanizmdən oksalat formasında xarıc olur.
Oksalat turşusunun sintezi A, B, D vitaminlərinin, xüsusən B6 maqneziumun qıtlığı zamanı artır.
Oksalatların əmələ gəlmə mənbələri aşağıdakı kimidir:
1/3 - endogen mexanizmlər əsasında
1/3 - askorbin turşusunun metobolizmi nəticəsində
1/3 - oksalatın bağırsaqdan qana sorulması nəticəsində.
Sağlam insan gün ərzində 40 mq oksalat ifraz edir. Hiperoksaluriya zamanı oksalatların sidikdə miqdarı gün ərzində 90-315 mmol-a qədər artır.
Bağırsaqların fəaliyyətinin pozulması, ileit, hepatit, xolisistit yaradır. Nazik bağırsağın hissəvi rezeksiyası sidikdə oksalatların artmasına səbəb olur. Boyrəklərdə oksalat daşlarının əmələ gəlməsində oksalat mübadiləsinin pozulmasının rolu böyükdür.
шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024