Sağlamlıq (18-04-2016, 13:46)
Böyrək daşınızı əridən tərəvəz
Balqabaq B qrup vitaminli tərəvəz kimi öz xeyirli effekti ilə seçilir. Adətən yaz ayına balqabaq çox qalmır. Ancaq bəzən bazarlarda tapmaq olur. Qışdan çıxmış orqanizm üçün qanartırıcı, immunartırıcı kimi istifadə etmək olar. Həmçinin mədə-bağırsaq, həzm, qaraciyər problemlərinə kömək edir.
Mediatv.az xəbər verir ki, bu resept həm böyrək, həm də öd daşlarının əriməsin də kömək edir. Sizə təqdim edəcəyimiz reseptə diqqət edin:
Bir uzunsov narıncı rəngli balqabaq, üstü zolaqlı götürülür. Baş hissədən qapaq kimi kəsilir, içindəki tumlar çıxarılır, yerinə 1 st. xalis bal əlavə edilir. 3 gün soyuq yerdə saxlanılır. Bu müddətdə bal balqabağın suyu ilə əriyərək maye halına düşür. Bu 3 gün ərzində elə saxlanılmalıdır ki, əyri durmasın. Əyri durarsa, balla qarışan şirə axıb dağılar.
Sonra içindəki mayeni şüşə qaba töküb soyuducunun aşağı gözündə saxlanılır. Bitənə kimi hər gün böyüklərə 1x.q, kiçiklərə 1ç.q qəbul edilir.
Suyu sorulmuş balqabağı ya bişirib yeyə, ya da xırda doğrayıb üzərinə rafinə olunmamış duru zeytun yağı tökərək bir neçə ay saxladıqdan sonra balqabaq yağı kimi masajlara, yaxud üz dərisi üçün istifadə edilə bilər. Hətta gün də 1 çay qaşığı qaraciyər problemi üçün daxilə qəbul edilə bilər. Üz dərisinə də masaj edə bilərsiniz.
Atv.az