Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sağlamlıq (26-02-2016, 17:50)
Balqabaq çəyirdəyinin bilmədiyiniz 8 faydası

Balqabaq çəyirdəyinin bilmədiyiniz 8 faydası

 

Mediatv.az: 

1.Sink baxımından olduqca zəngin bir qaynaq olan balqabaq  çəyirdəyi, Dünya Sağlamlıq Təşkilatının təklif  etdiyi qidalar arasında vardır. 1 ovuc balqabaq çəyirdəyi gündəlik sink ehtiyacının təxminən 20% -ni qarşılayır. Sinkin ən əhəmiyyətli faydası isə nizamlı alındığı təqdirdə immunitet sistemini gücləndirməsidir.

Qeyd: Balqabaq tumu yağlı  olduğundan kilo aldırma xüsusiyyəti var. Bunun üçün  həftədə ən çox 3-4 dəfə bir ovuc qədər yemək lazımdır.

2. Balqabaq çəyirdəyinin tərkibində  olan sink və digər faydalı  komponentlər eyni zamanda hüceyrə böyüməsi və bölünməsinə kömək olur. Dəri sağlamlığına təsir edəcəyi kimi dəridəki yaraların daha tez sağalmasını  təmin edər .

3. 1 ovuc balqabaq çəyirdəyində təxminən 5 qram zülal vardır. Bu səbəblə balqabaq çəyirdəyi  digər zülal dəyəri yüksək qidalar kimi sizi uzun müddət tox tuta bilər və əlavə olaraq enerji də təmin edər.

4. 50 qram balqabaq çəyirdəyi gündəlik maqnezium ehtiyacının 40% -ni tək başına qarşılayar. Maqnezium isə ürək ritminin qorunması və ümumi ürək sağlamlığına olduqca faydalıdı. Tərkibindəki yağların ürək dostu olduğunu da xatırlatsaq istehlak etməkdə fayda var deyə bilərik. Ancaq əgər ürək xəstəliyiniz varsa  həkiminizə məsləhətləşin.

5. Balqabaq çəyirdəyi  Omega 3 yağ turşuları baxımından ən sağlam qaynaqdır. Bədənimiz tək başına Omega 3 asitini ifraz etmədiyi  üçün ehtiyacımız olan turşuları ancaq istehlak etdiyimiz qidalardan ala bilərik. Balqabaq toxumu də bunlardan biridir.

6. Balqabaq çəyirdəyi tərkibində  ən çox dəmir olan qidalrdandır. Dəmir oksigenin qan yolu ilə bütün bədənə çatdırılmasını təmin edən qırmızı qan hüceyrəsi istehsalında istifadə edildiyi üçün əhəmiyyətli minerallar siyahısının ilk sıralarında gəlməkdədir. Dəmir əskikliyində isə qansızlıq, halsızlıq kimi xəstəliklərə yol açmaqla yanaşı saç, dırnaq və dəri problemlərinə də səbəb ola bilər.

7. Balqabaq çəyirdəyi və balqabaq çəyirdəyi  yağının klimaks   dövründə isti basması, tərləmə, oynaq ağrıları kimi əlamətləri azaldır. Balqabaq çəyirdəyi  yağı eyni zamanda klimaksdan sonra  xolesterol səviyyəsinin yüksəlməsinə köməkçi olmaqdadır.

8. Təbii bir amin turşusu olan “tryptophan” ehtiva edən balqabaq çəyirdəyi  yuxu keyfiyyətinizi yüksəldə bilər. Xoşbəxtlik hormonu olaraq da bilinən serotonin, eyni zamanda yuxu keyfiyyətini də artırır. Yatmadan 2-3 saat əvvəl 1 ovuc balqabaq çəyirdəyi  yeyərək yuxu keyfiyyətini yüksəldən serotonin səviyyəsini artıra bilərsiniz.(qadinklubu.com)

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024