Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sağlamlıq (2-03-2016, 20:11)
Təbii bitki yağlarının faydaları

 

bitmap-img6


Şaç baxımı üçün yağ - Tərkibi: acı badam, buğda, qoz, şam ağacı, dəfnə yarpağı, fındıq, kokos, gənəgərçək, gicitkən toxumu, jojoba, bənövşə, çobanyastığı, küncüt, şirin badam və zeytun yağı

 

Mediatv.az:  Tərkibindəki Bənövşə yağı: saçların tökülməsinə qarşıdır və quru saçların nəmləndiri. 
Küncüt yağı: saçların qırılmasının qarşısını almaqda faydalıdır.
Şirin badam yağı: saçları bəsləyərək, saç tökülməsinin qarşısını alır.
Zeytun yağı: saç diblərini gücləndirir, cildi canlandırır.
Buğda yağı: həssas və zədələnmiş (boya və günəşdən zərər görmüş) saçlara faydalıdır.
Qoz yağı: saç diblərini və saçları qidalandırır.
Şam ağacı yağı: Saçları qüvvətləndirir, saç tökulməsinin qarşısını alır, kəpəyin aradan qalxmasına təsir edir.
Dəfnə yağı: Saç diblərinə müalicəvi təsiri göstərir, həmçinin saçların uzanmasına təsir edir.
Kokos yağı və gicitkən toxumu yağı: Saç tökülməsində faydalıdır.
Gənəgərçək yağı: Saçlara qüvvət və parlaqlıq verir. 
Jojoba yağı: Saçların uzanmasına və güclənməsinə, həmçinin kəpəyə qarşı faydalıdır.
İstifadəsi: Həftədə 2-3 dəfə uyğun miqdarda yağ barmaq ucları ilə saç diblərinə sürtülür. 1 saatdan sonra saçlar yuyulur.
Fındıq yağı: Damar sərtliyi və ürək xəstəliklərinə qarşı faydalıdır. Vücudun aktivliyini artırır, cinsi zəifliyə qarşı təsirlidir. Ayaqlardakı damar çatlamalarına (Varis) və saçqıran xəstəliyində faydalıdır. Sonsuzluq səbəblərini azaldır. Doğumdan əvvəl və sonra dərinin elastikliyini təmin etmək və dəri çatlaqlarının qarşısını almaq məqsədilə masaj edilərək sürtülür.
Toxuma və dərinin yaşlanmasına qarşı faydalıdır. Xərçəngin qarşısını ala bilir. Tərkibində yüksək kalsium olduğuna görə uşaqların sümük və dişlərinin möhkəmlənməsinə kömək edir, aybaşı kəsilməsindən (menopoz) sonra sümük əriməsini (osteropoz) yavaşladır. Yüksək E vitamini sayəsində qan azlığına qarşı təsirlidir.
İstifadəsi: Gündə 3-4 çay qaşığı içilir. Masaj edilərək istifadə edilir.
Dəfnə toxumu yağı: Baş ağrısı, nəfəs çatışmamazlığı və öskürək üçün istifadə olunur. Boğaz iltihabı (Angina), qrip infeksiyalarını, vücud qazlarını azaltmağa kömək edir. Mikrob öldürücüdür. Xaricən göbələklərdə və revmatizma ağırılarında istifadə olunur. Saçlar üçün çox faydalıdır.
İstifadəsi: Gündə 2 dəfə 1 fincan suya 2 -3 damcı əlavə edilərək istifadə edilir. Bədənə masaj edilir
Avakado yağı: Dəri nəmləndirici, yumşaldıcı kimi xüsusiyyəti var. Əzələ ağrısı və selullitə qarşı faydalıdır. Böyrək daşının əriməsinə kömək edir.
İstifadəsi: 1 fincan suya 4 damcı əlavə edilərək gündə 2 dəfə içilir. Dəriyə masaj edilərək istifadə olunur.
Xardal yağı: İştah açıcı xüsusiyyətə malikdir. Revmatizma və duzlanma ağrılarında masaj yağı olaraq istifadə olunur. Tək başına istifadə etmək olmaz, küncüd yağı ilə qarışdırılmalıdır.
İstifadəsi: Gündə 3-5 damcı 1 fincan suya əlavə edilərək içilir. Dəriyə masaj edilir.
Razyana yağı: Mədə köpünü, həzm problemlərini aradan qaldırır, vücüd qazlarını azaldır, ana südünü artırır. Yara sağaldıcı xüsusiyyətə malikdir. Dərini qidalandırır və dəridə olan problemlərin azalmasına kömək edir. (Ana südü ilə südəmər uşağa keçərək uşaqdakı qazı (köp) aradan qaldırır.
İstifadəsi: 1 fincan suya 5 damcı əlavə edilərək içilir. Yara üzərinə sürtülərək istifadə olunur.(sun.az)
шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024