Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 12:06)
Müavinləri həbs olunan Süleyman Mikayılovun icra başçısı olduğu Qaradağda 701 min manat görün hara xərclənib - 6 ayda

 32gun.az bu dəfə Süleyman Mikayılovun icra başçısı olduğu Qaradağ Rayon İcra Hakimiyyətinin və onun tabeliyindəki qurumların 2025-ci il ərzində bağladığı tender müqavilələrini araşdırıb. Açıq mənbələrdə yer alan məlumatlara görə, icra hakimiyyəti üzrə ilk tender 05 iyun 2025-ci il tarixindən başlayıb.

Araşdırma zamanı hansı qurumun, hansı şirkətlə və nə qədər məbləğə müqavilə bağladığı aydın görünür.

Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi il ərzində bir neçə şirkətlə tender müqavilələri bağlayıb.

Bu qurumun əməkdaşlıq etdiyi şirkətlər və məbləğlər:

“KUMEX” MMC
Küçə və parklarda abadlıq işlərinin layihələndirilməsi
7.670 AZN

“SAN PROF” MMC
Dezinseksiya və deratizasiya işləri
19.539,8 AZN

“ƏLİ-TEKSTİL” MMC
Yumşaq inventarın satın alınması
69.825,32 AZN

Camal Fərhad oğlu Aslanlı (fiziki şəxs)
İKT avadanlıqları üçün kartriclər, tonerlər, printer ehtiyat hissələri və tonerlərin doldurulması
8.090 AZN

“HUSEYNLI PARTNERS ARCHITECTURE AND CONSTRUCTION” MMC
Yolların əsaslı təmirinin layihələndirilməsi
7.858,8 AZN

“PROQRESS İNŞAAT EN” MMC
Qaradağ rayonunda küçə və parklarda abadlıq işləri
588.710,17 AZN

Araşdırma zamanı məlum olub ki, Qaradağ Rayon İcra Hakimiyyəti ayrıca olaraq bir şirkətlə də tender müqaviləsi bağlayıb:

“EUROSTAR GROUP OF COMPANIES” MMC
Müxtəlif növ cari tələbat mallarının satın alınması
24.009,99 AZN

Hesablamalara əsasən Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi üzərindən bağlanan tenderlərin ümumi məbləği – 701.694,09 AZN, birbaşa Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən bağlanan tender – 24.009,99 AZN-dir.

Ümumi məbləğ isə 725.704,08 AZN təşkil edir.

32gun.az-ın araşdırması göstərir ki, Qaradağ Rayon İcra Hakimiyyətində tenderlərin əsas yükü bir qurumun – Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin üzərinə düşür. Müqavilələrin böyük hissəsi abadlıq və inventar xərclərinə yönəlib və yüz minlərlə manatlıq vəsait bir neçə şirkət arasında bölüşdürülüb.

Xatırladaq ki, ötən ay Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının müavini Nadir Muradov və daha iki vəzifəli şəxs barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Onlar rüşvət alma maddələri ilə ittiham olunurlar. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat keçirdiyi Qaradağ RİH-ə isə uzun illərdir Süleyman Mikayılov rəhbərlik edir. Süleyman Mikayılov 2010-cu ildən Qaradağ rayonunun icra başçısıdır və 20 ildən artıqdır ki, icra hakimiyyəti orqanlarında rəhbər vəzifələrdə çalışır.

Qaradağ Rayon İcra Hakimiyyətinə 2010-cu ildən Süleyman Mikayılov rəhbərlik edir. 1962-ci il təvəllüdlü Mikayılov 1984-cü ildə Bədən Tərbiyəsi İnstitutunu, 2004-cü ildə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Uzun illər gömrük və vergi orqanlarında çalışıb, daha sonra Yardımlı və Lənkəran rayonlarına rəhbərlik edib. O, 20 ildən çoxdur icra başçısı vəzifəsində çalışır və eyni zamanda Azərbaycan Boks Federasiyasının vitse-prezidentidir.

шаблоны для dle 11.2

Xəbər lenti
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025