Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (Bu gün, 12:35)
Market artırması səkini zəbt edib: piyadalar yol tapmır

 
Sabunçu rayon Bakıxanov qəsəbəsi Nazim İsmayılov 5 ünvanında  yerləşən "Möcüzə" Market sahibinin apardığı özbaşına artırma işləri ictimai narazılığa səbəb olub.Mediatv.az-a xəbər verir ki, sahibkar qanunvericiliyin tələblərini və şəhərsalma normalarını saya salmadan səkini zəbt edərək ticarət sahəsini genişləndirib. Nəticədə piyadalar üçün nəzərdə tutulan keçid daraldılıb, bəzi yerlərdə isə tamamilə bağlanıb.
Sakinlərin sözlərinə görə, xüsusilə yaşlılar, uşaqlar və əlilliyi olan şəxslər bu ərazidən keçməkdə ciddi çətinlik çəkir. Piyadalar avtomobil yoluna çıxmağa məcbur qalır ki, bu da qəza riskini artırır. “Səki bizim təhlükəsizliyimiz üçündür. Marketin qazancı piyadanın həyatından üstün tutulmamalıdır”, – deyə sakinlər bildirir.
Məsələnin ən narahatedici tərəfi isə aidiyyəti qurumların susqunluğudur. Görünən odur ki, nə yerli icra strukturları, nə də nəzarət orqanları bu açıq-aşkar qanun pozuntusuna  reaksiya vermir. Halbuki mövcud qaydalara əsasən, səkilərin zəbt edilməsi və icazəsiz artırma işləri qadağandır.
Şəhər ictimai məkan deməkdir, şəxsi biznes sahəsi yox. Səkinin bazara çevrilməsi nə müasir şəhər anlayışına, nə də vətəndaş hüquqlarına sığır.Səlahiyyət sahibi olan orqanların –Sabunçu  Rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Nəzarət Dövlət Agentliyinin,Şəhərsalma və Arxitektura Komitəsinin vəzifəli şəxsləri görəsən hara baxır? Aidiyyəti qurumlar dərhal hərəkətə keçməli, qanunsuz artırma sökülməli və səkilər piyadalara qaytarılmalıdır. Əks halda, bu cür özbaşınalıqlar şəhərin hər yerində “normaya” çevriləcək.
Qarşı tərəfin cavab haqqını tanıyırıq.
   Mediatv.az

 
шаблоны для dle 11.2

Xəbər lenti
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025