Region (2-12-2019, 13:05)
Quruculuq və inkişaf ünvanı-Hacıqabul rayonu
Bu gün respublikamızın şəhər və kəndlərində müşahidə edilən abadlıq-quruculuq işləri Hacıqabul rayonunda da özünü qabarıq şəkildə büruzə verir. Mövcud potensialın səmərəli reallaşdırılması, əmək ehtiyatlarının və digər resursların konkret məqsədlərə yönəldilməsi, ən başlıcası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlarından irəli gələn vəzifələrin böyük əzm və bacarıqla həyata keçirilməsi rayon icra aparatının uğurlarını şərtləndirən əsas məqamlardır.Hacıqabul rayonunda son illər ərzində bir sıra sistemli,kompleks xarakterli layihələr hazırlanaraq uğurla reallaşdırılıb. Yaşayış məntəqələrinin təbii qaza,elektrik enerjisinə olan tələbatının ödənilməsi, küçə və məhəllədaxili işıqlandırma sistemlərinin qurulması,sosial təyinatlı obyektlərin tikintisi və bərpası,müasir avadanlıqla təchiz edilməsi ilə bağlı xeyli iş görülüb.Son illərdə ölkə başçısı tərəfindən ardıcıl və sistemli şəkildə aparılan məqsədyönlü islahatlar Azərbaycanın bütün regionlarında, o cümlədən Hacıqabul rayonunda da iqtisadiyyatın dinamik surətdə inkişafı, insanların rifahının yaxşılaşması, sabitliyin möhkəmlənməsi, yoxsulluğun azaldılması, işsizliyin aradan qaldırılması ilə müşayiət olunub.Hacıqabul rayonunda da yeni daimi iş yerlərinin açılması istiqamətində işlər uğurla davam etdirilir.Hacıqabul rayon tikinti-quruculuq işlərinin intensiv getdiyi,iri sənaye potensialının mərkəzləşdiyi məkanlardan biridir. Sürətlə abadlaşan Hacıqabul rayonu bu gün sanki yenidən qurulur.2019-ci ilin ötən dövri ərzində ərzində görülmüş işlərlə bağlı statistik məlumatlar onu göstərir ki, nəzərdə tutulan tədbirlər yerinə yetirilib və uğurlar hər bir sahədə əldə olunub. Bütün bunlar isə makroiqtisadi sabitliyin qorunmasına, məhsul istehsalının artmasına əsaslı zəmin yaradır. 2019-ci ilin ötən ayları ərazisində təmir, tikinti və abadlıq işlərinin görülməsini diqqət mərkəzində saxlanılmış, həyata keçirilən işlərin keyfiyyətinə xüsusi önəm verilmişdir vəsaitlərin və mal-materialların, iş və xidmətlərin uçota alınması üçün tədbirlər həyata keçirilir.
Əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılır.
Azərbatcan Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosialyönümlü iqtisadi siyasət və çevik islahatlar nəticəsində əldə olunan nailiyyətlər ölkəmizdə sosial dövlət modelinin uğurla reallaşdırılmasının fundamental əsaslarını formalaşdırıb. Azərbaycanda sosial müdafiə sistemi beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən qurulub və iqtisadi artımla sosial xərclərin artımının balanslaşdırılmasının daimi olaraq diqqət mərkəzində saxlanılması vətəndaşların yaşayış səviyyəsinin müasir mexanizmlər əsasında yüksəldilməsini təmin etməkdədir. Bu müsbət tendensiya Hacıqabul sakinlərinin sosial rifahında da özünü göstərir.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hacıqabul rayon Şöbəsində proqnoz tapşırıqlara vaxtında əməl olunmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin «Dövlətimizin siyasəti-iqtisadiyyatı inkişaf etdirməklə yanaşı, ilk növbədə sosial problemləri həll etməkdən ibarətdir» - sözlərini deviz götürən Şöbənin kollektivi vətəndaşların müraciətlərinə çox həssas yanaşır, onları maraqlandıran məsələlərlə pensiyanın yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, stajla bağlı, digər məsələlərlə bağlı sorğularını cavablandırır, həllinə nail olurlar.Aztəminatlı təbəqələrin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, pensiya və müavinətlərin əhaliyə vaxtında çatdırılması, sosial yardıma ehtiyacı olan insanların müəyyənləşdirilməsi gündəlik nəzarətdə saxlanılan məsələlərdən olmuşdur.Rayon icra hakimiyyəti müharibə veteranlarına, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə, qaçqın və məcburi köçkünlərə daim qayğı ilə yanaşır, onların problemlərinin həll olunmasına öz köməkliyini əsirgəmir.
Kənd təsərrüfatı inkişaf edir
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Hacıqabul rayonunun aqrar bölməsi 2019-cu ilin ötən aylarını uğurla başa vurmuşdur.Belə ki,rayonda kənd təsərrüfatının bütün sahələrinin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılmışdır.Dövlət tərəfindən fermerlər üçün bir sıra güzəştlər müəyyən edilmişdir. Fermer və sahibkarlar güzəştli şərtlərlə kredit, toxum, lizinq yolu ilə satılan gübrə, texnika, damazlıq mal-qara almaq imkanları yaradılmışdır.Eyni zamanda əkin sahəsinin becərilməsində istifadə olunan yanacağın və motor yağlarının dəyərinin ödənilməsi, kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılması üçün dövlətimiz tərəfindən onlara subsidiyalar verilmişdir.Ölkə Prezidenti tərəfindən Azərbaycana valyuta axınının təmin edilməsi məqsədilə ixracyönümlü məhsulların istehsalının xüsusi əhəmiyyət daşıdığını, ixracyönümlü məhsulların inkişaf etdirilməsi,rayon kənd təsərrüfatı idarəsi qarşısında mühüm vəzifə kimi qoyulmuşdur. 2019-cu ilin ötən aylarında Hacıqabul rayonunda kənd təsərrüfatı məhsullarının əkininin genişləndirilməsi ücün bütün imkanlar təhlil olunaraq şirkətlərlə, aidiyyatı xidmət təşkilatları ilə birgə əlaqəli iş qurulmuşdur. Müqavilələr bağlanmış zavodlar tərəfindən kənd təsərrüfatı məhsullarının təchizat və təminat məsələləri yüksək səviyyədə həll olunmuşdur.Sərmayələr əsasən səneyinin inkişafına, tikinti, emal müəssisələri, kənd təsərrüfatının inkişaf etdirilməsi kimi layihələrə cəlb edilmişdir.2019-cu ilin ötən ayları ərzində rayon üzrə ümumi məhsul istehsalının həcmi 2018-ci ilin müvafiq dövrünə nisbətən artmışdır.
Hacıqabullılar vətənin müdafiəsinə hazırdırlar
Hacıqabul rayonunda gənclərin hərbi vətənpərvərlik tərbiyəsi strateji əhəmiyyətə malik məsələ kimi diqqət mərkəzində saxlanılır. Rayon İcra Hakimiyyəti başçısı aparatı 2019-ci ilin ötən ayları ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsi ilə daimi yaxından əlaqə saxlamışdır.Səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, hərbi xidmətə hazırlanması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması sahəsində görülən işlər qənaətbəxşdir.Gənclərin hərbi xidmətə yola salınması həmişə təntənəli mərasimlə keçirilir. Əvvəlcə dövlət himni səsləndirilir. Tədbirdə çıxış edən ziyalılar, müharibə veteranları və valideynlər Vətənə sədaqət borcunu ödəməyə gedən gəncləri təbrik edir, onlara xoş istək və arzularını çatdırır, Ali Baş Komandanın hər bir əmrini canla-başla, sözsüz yerinə yetirmələrini tövsiyə edirlər. SHXÇDX Hacıqabul rayon Şöbənin rəisi bu fikirdədir ki, ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması cənab Prezidentin öz vədinə sadiq olduğunu təsdiq edir.Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradıldığı gündən gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, çağırışçıların həqiqi hərbi xidmətə yola salınması, ordumuzun vətənpərvər, sağlam gənclərlə təmin edilməsi istiqamətində Ali Baş Komandanın qarşıya qoyduğu vəzifələri layiqincə yerinə yetirdiyini qeyd edən şöbə rəisi ölkəmizdə ordu quruculuğuna, hərbçilərə və onların ailə üzvlərinə göstərilən diqqət və qayğı, ordumuzun ən müasir silah-sursatla təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin xalqımızda vətənpərvərlik hissini daha da artırdığını diqqətə çatdırıb. Onun sözlərinə görə, dörd günlük müharibədə İlham Əliyevin Ali Baş Komandanlığı altında müzəffər Azərbaycan Ordusu yağıya nəyə qadir olduğunu göstərdi. Azərbaycan Ordusu düşmənə döyüş tapşırıqlarını ən qısa müddətdə və dəqiq şəkildə, qarşıya qoyulan vəzifəyə uyğun formada həyata keçirmək; Ən müasir silahlardan məharətlə, peşəkarlıqla istifadə etmək, yerli şəraitə və relyefə uyğun silah növü seçmək; Düşməni qəflətən yaxalayaraq çaxnaşmaya salmaq, silah-sursatını ataraq müqavimətsiz qaçmağa məcbur etmək; İllər boyu bərkidilmiş, havadan və qurudan müdafiə sədləri yaradılmış əlçatmaz mövqeləri qısa müddətdə almaq; Alınmış mövqelərdə qısa zaman kəsiyində möhkəmlənmək, geriyə qayıtmağa cəhd edən düşmənin bütün həmlələrini dəf edərək yerində oturtmaq; Hərbi əməliyyatların gedişində dinc əhaliyə xətər toxundurmamaq dərsi keşdi.
Şəhər icra nümayəndəliyi vətandaşların probleminə diqqətlə yanaşırHacıqabul Rayon İcra Hakimiyyətinin Hacıqabul şəhər ərazi inzibati vahidi üzrə nümayəndəliyi öz fəaliyyətini günün tələbləri səviyyəsində qurur. 2019 -ci ilin ötən ayları ərzində nümayəndəlik tərəfindən, ilk növbədə ev təsərrüfatlarının uçotu aparılan işlər nəticəsində ərazidə olan ev təsərrüfatlarının dəqiq sayı, yaşayış binaları və fərdi evlərin texniki vəziyyəti, burada yaşayanlar barədə ətraflı məlumatlar toplanmışdır. Bundan əlavə, şəhər ərazisindəki idarə, müəssisə və təşkilatlarla tanışlıq işləri aparılmış, müxtəlif tədbirlər keçirilmişdir.Sosial-iqtisadi inkişafın Dövlət Proqramı»nda rayon üzrə, o cümlədən Hacıqabul şəhəri üzrə müəyyən olunmuş tədbirlər uğurla reallaşdırılmış, bu məqsədlə ayrılan vəsaitdən təyinatı üzrə və səmərəli istifadə olunmuşdur.Hacıqabul şəhərində geniş tikinti-quruculuq və abadlıq işləri aparılmış, yaşıllıqlar salınmış, infrastrukturun yaxşılaşdırılması, əhalinin problemlərinin həlli, təbii qaz və içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində xeyli iş görülmüşdür.Hacıqabul şəhər inzibati ərazi dairəsində tikinti və abadlıq işləri uğurla davam etdirilmişdir.Ötən dövrin müzakirəsi zamanı problemlərdən də danışılmış, onların aradan qaldırılması yolları göstərilmiş, qarşıda duran vəzifələrdən bəhs olunmuşdur. Bildirilmişdir ki, 2020-ci ildə Hacıqabul şəhərində tikinti-quruculuq işləri davam etdiriləcək, yaşayış binaları əsaslı təmir olunacaq, prospekt və küçələrdə yenidənqurma və abadlıq işləri aparılacaq, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanmış işlər uğurla davam etdiriləcək
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024