Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (24-10-2019, 13:52)
Yardımlı rayonu: İqtisadi artım,dinamik inkişaf

 

Bu gün respublikamızın şəhər və kəndlərində müşahidə edilən abadlıq-quruculuq işləri Yardımlı rayonunda da özünü qabarıq şəkildə büruzə verir. Mövcud potensialın səmərəli reallaşdırılması, əmək ehtiyatlarının və digər resursların konkret məqsədlərə yönəldilməsi, ən başlıcası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlarından irəli gələn vəzifələrin böyük əzm və bacarıqla həyata keçirilməsi Yardımlı rayon icra hakimiyyətinin başçısı cənab Ayaz Əsgərovun uğurlarını şərtləndirən əsas məqamlardır.Yardımlı rayonunda son illər ərzində bir sıra sistemli,kompleks xarakterli layihələr hazırlanaraq uğurla reallaşdırılıb. Yaşayış məntəqələrinin təbii qaza,elektrik enerjisinə olan tələbatının ödənilməsi, küçə və məhəllədaxili işıqlandırma sistemlərinin qurulması,sosial təyinatlı obyektlərin tikintisi və bərpası,müasir avadanlıqla təchiz edilməsi ilə bağlı xeyli iş görülüb.Son illərdə ölkə başçısı tərəfindən ardıcıl və sistemli şəkildə aparılan məqsədyönlü islahatlar Azərbaycanın bütün regionlarında, o cümlədən Yardımlı rayonunda da iqtisadiyyatın dinamik surətdə inkişafı, insanların rifahının yaxşılaşması, sabitliyin möhkəmlənməsi, yoxsulluğun azaldılması, işsizliyin aradan qaldırılması ilə müşayiət olunub.Yardımlı rayonunda da yeni daimi iş yerlərinin açılması istiqamətində işlər uğurla davam etdirilir.Yardımlı rayon tikinti-quruculuq işlərinin intensiv getdiyi,iri sənaye potensialının mərkəzləşdiyi məkanlardan biridir. Sürətlə abadlaşan,cənab Ayaz Əsgərovun rəhbərlik etdiyi Yardımlı rayonu bu gün sanki yenidən qurulur.2019-ci ilin ötən dövri ərzində ərzində görülmüş işlərlə bağlı statistik məlumatlar onu göstərir ki, nəzərdə tutulan tədbirlər yerinə yetirilib və uğurlar hər bir sahədə əldə olunub. Bütün bunlar isə makroiqtisadi sabitliyin qorunmasına, məhsul istehsalının artmasına əsaslı zəmin yaradır.Rayon rəhbərliyi 2019-ci ilin ötən ayları ərazisində təmir, tikinti və abadlıq  işlərinin  görülməsini  diqqət  mərkəzində  saxlamış, həyata keçirilən  işlərin  keyfiyyətinə  xüsusi  önəm  vermişdir vəsaitlərin və mal-materialların, iş və xidmətlərin uçota alınması üçün tədbirlər həyata keçirilir.
Maliyyə göstəriciləri yaxşılaşır
Azərbaycan Respublikasında həyata keçirilən maliyyə siyasəti və büdcə öhdəliklərinin yerinə yetirilməsi sahəsində ölkə başçısı tərəfindən qarşıya qoyulmuş vəzifələr, Yardımlı rayonu üzrə bir qayda olaraq büdcənin mədaxil və məxaric bölmələrinin icrası sahəsində işlər qənaətbəxşdir.Yardımlı rayon maliyyə idarəsi dövlətin maliyyə siyasətinin rayonda uğurla həyata keçirmiş, nəzarət funksiyasını layiqincə yerinə yetirmiş, israfçılığa yol verilməməsi, maliyyə intizamına riayət edilməsi üçün gərəkən tədbirləri görmüş, dövlət vəsaitlərinin təyinatı üzrə və səmərəli xərclənməsi üçün yerli idarə, müəssisə və təşkilatlarda maarifləndirmə işləri aparmış, müəssisə rəhbərlərini və mühasibləri təlimatlandırmışdır.Başqa nəzarət formalarından fərqli olaraq maliyyə nəzarəti, ictimai təkrar istehsalın bütün sahəsinə şamil edilir və pul fondlarının bütün hərəkət prosesini əhatə edir.Maliyyə nəzarətinin təşkilinin konkret formaları və metodları iqtisadi kateqoriya kimi maliyyəyə obyektiv surətdə aid olan nəzarət xüsusiyyətlərinin praktiki təcəssümündən ibarətdir. Dövlətin maliyyə sistemi bütün nov pul fondlarını əhatə etdiyinə görə maliyyə nəzarəti də çoxsəviyyəli və hərtərəflidir.Əlbəttə, dövlət büdcəsindən ayrılan və yerli mənbələrdən daxilolmalardan formalaşan maliyyə vəsaitlərinin təyinatı üzrə və səmərəli istifadə edilməsi həyata keçirilən maliyyə siyasətinin dürüstlüyündən əhəmiyyətli dərəcədə asılıdır. Yardımlı rayon Maliyyə İdarəsi bu vəzifənin öhdəsindən layiqincə gəlir.İdarənin kollektivi 2019-ci ilin ötən dövri ərzində vəsaitlərin Vahid Büdcə Təsnifatına uyğun təyinatı üzrə istifadə edilməsinin, vəsaitin xərclər smetasında nəzərdə tutulmayan istiqamətlərə yönəldilməməsinin, debitor borcların vaxtında bağlanılmasının, maliyyə qanunun tələblərinə riayət edilməsinin təmin olunması üçün gərəkən bütün işləri görürlər.Bu hər şeydən əvvəl büdcədənkənar fondların tərtibi, baxılması, icrası, dövlət müəsiləri və maliyyə korporasiyalarının maliyyə fəaliyyətinə nəzarət deməkdir. İdarə tərəfindən görülən tədbirlər hesabına xeyli miqdarda səmərəsiz xərcin qarşısı alınmış, dövlət vəsaitlərinin qanunvericiliyin tələblərinə uyğun istifadəsi və ya müvafiq qaydada uçota götürülməsi təmin edilmişdir. Aparılan nəzarət tədbirləri zamanı idarənin mütəxəssisləri yoxlanılan müəssisə və təşkilatlara konstruktiv təklif və tövsiyələr təqdim edirlər.

Əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosialyönümlü iqtisadi siyasət və çevik islahatlar nəticəsində əldə olunan nailiyyətlər ölkəmizdə sosial dövlət modelinin uğurla reallaşdırılmasının fundamental əsaslarını formalaşdırıb. Azərbaycanda sosial müdafiə sistemi beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən qurulub və iqtisadi artımla sosial xərclərin artımının balanslaşdırılmasının daimi olaraq diqqət mərkəzində saxlanılması vətəndaşların yaşayış səviyyəsinin müasir mexanizmlər əsasında yüksəldilməsini təmin etməkdədir. Bu müsbət tendensiya Yardımlı sakinlərinin sosial rifahında da özünü göstərir.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yardımlı rayon Şöbəsində proqnoz tapşırıqlara vaxtında əməl olunmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin «Dövlətimizin siyasəti-iqtisadiyyatı inkişaf etdirməklə yanaşı, ilk növbədə sosial problemləri həll etməkdən ibarətdir» - sözlərini deviz götürən Şöbənin kollektivi vətəndaşların müraciətlərinə çox həssas yanaşır, onları maraqlandıran məsələlərlə pensiyanın yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, stajla bağlı, digər məsələlərlə bağlı sorğularını cavablandırır, həllinə nail olurlar.Aztəminatlı təbəqələrin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, pensiya və müavinətlərin əhaliyə vaxtında çatdırılması, sosial yardıma ehtiyacı olan insanların müəyyənləşdirilməsi gündəlik nəzarətdə saxlanılan məsələlərdən olmuşdur.

шаблоны для dle 11.2

Xəbər lenti
14 07 2025
13 07 2025
13 07 2025
13 07 2025
13 07 2025
13 07 2025
13 07 2025
13 07 2025
13 07 2025
13 07 2025
13 07 2025
13 07 2025
12 07 2025
12 07 2025
12 07 2025
12 07 2025
12 07 2025
12 07 2025
12 07 2025
12 07 2025
12 07 2025
12 07 2025
12 07 2025
12 07 2025
12 07 2025
12 07 2025
12 07 2025
11 07 2025
11 07 2025
11 07 2025