Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (31-10-2019, 11:09)
Lənkəran şəhəri:dinamik inkişaf,möhtəşəm quruculuq məkanı


 Bu gün respublikamızın şəhər və kəndlərində müşahidə edilən abadlıq-quruculuq işləri Lənkaran şəhərində də özünü qabarıq şəkildə büruzə verir. Mövcud potensialın səmərəli reallaşdırılması, əmək ehtiyatlarının və digər resursların konkret məqsədlərə yönəldilməsi, ən başlıcası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlarından irəli gələn vəzifələrin böyük əzm və bacarıqla həyata keçirilməsi Lənkəran şəhər icra hakimiyyətinin başçısı cənab Taleh Qaraşovun uğurlarını şərtləndirən əsas məqamlardır.Lənkəran şəhərində  son illər ərzində bir sıra sistemli,kompleks xarakterli layihələr hazırlanaraq uğurla reallaşdırılıb. Yaşayış məntəqələrinin təbii qaza,elektrik enerjisinə olan tələbatının ödənilməsi, küçə və məhəllədaxili işıqlandırma sistemlərinin qurulması,sosial təyinatlı obyektlərin tikintisi və bərpası,müasir avadanlıqla təchiz edilməsi ilə bağlı xeyli iş görülüb.Son illərdə ölkə başçısı tərəfindən ardıcıl və sistemli şəkildə aparılan məqsədyönlü islahatlar Azərbaycanın bütün regionlarında, o cümlədən Lənkəran şəhərində də iqtisadiyyatın dinamik surətdə inkişafı, insanların rifahının yaxşılaşması, sabitliyin möhkəmlənməsi, yoxsulluğun azaldılması, işsizliyin aradan qaldırılması ilə müşayiət olunub.Lənkəran şəhərində də  yeni daimi iş yerlərinin açılması istiqamətində işlər uğurla davam etdirilir.Lənkəran şəhər tikinti-quruculuq işlərinin intensiv getdiyi,iri sənaye potensialının mərkəzləşdiyi məkanlardan biridir. Sürətlə abadlaşan,cənab Taleh Qaraşovun rəhbərlik etdiyi Lənkəran şəhəri bu gün sanki yenidən qurulur.2019-ci ilin ötən dövri ərzində ərzində görülmüş işlərlə bağlı statistik məlumatlar onu göstərir ki, nəzərdə tutulan tədbirlər yerinə yetirilib və uğurlar hər bir sahədə əldə olunub. Bütün bunlar isə makroiqtisadi sabitliyin qorunmasına, məhsul istehsalının artmasına əsaslı zəmin yaradır.Şəhər rəhbərliyi 2019-ci ilin ötən ayları ərazisində təmir, tikinti və abadlıq  işlərinin  görülməsini  diqqət  mərkəzində  saxlamış, həyata keçirilən  işlərin  keyfiyyətinə  xüsusi  önəm  vermişdir vəsaitlərin və mal-materialların, iş və xidmətlərin uçota alınması üçün tədbirlər həyata keçirilir.
Maliyyə göstəriciləri yaxşılaşır
Azərbaycan Respublikasında həyata keçirilən maliyyə siyasəti və büdcə öhdəliklərinin yerinə yetirilməsi sahəsində ölkə başçısı tərəfindən qarşıya qoyulmuş vəzifələr, Lənkəran şəhəri üzrə bir qayda olaraq büdcənin mədaxil və məxaric bölmələrinin icrası sahəsində işlər qənaətbəxşdir.Lənkəran şəhəri maliyyə idarəsi dövlətin maliyyə siyasətinin rayonda uğurla həyata keçirmiş, nəzarət funksiyasını layiqincə yerinə yetirmiş, israfçılığa yol verilməməsi, maliyyə intizamına riayət edilməsi üçün gərəkən tədbirləri görmüş, dövlət vəsaitlərinin təyinatı üzrə və səmərəli xərclənməsi üçün yerli idarə, müəssisə və təşkilatlarda maarifləndirmə işləri aparmış, müəssisə rəhbərlərini və mühasibləri təlimatlandırmışdır.Başqa nəzarət formalarından fərqli olaraq maliyyə nəzarəti, ictimai təkrar istehsalın bütün sahəsinə şamil edilir və pul fondlarının bütün hərəkət prosesini əhatə edir.Maliyyə nəzarətinin təşkilinin konkret formaları və metodları iqtisadi kateqoriya kimi maliyyəyə obyektiv surətdə aid olan nəzarət xüsusiyyətlərinin praktiki təcəssümündən ibarətdir.  Lənkəran şəhər maliyyə idarəsi Qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət büdcəsinin Lənkəran şəhəri üzrə yerli xərclərinin icrasını təsdiq olunmuş rüblük bölgü əsasında təmin edir. Dövlətin maliyyə sistemi bütün nov pul fondlarını əhatə etdiyinə görə maliyyə nəzarəti də çoxsəviyyəli və hərtərəflidir.Əlbəttə, dövlət büdcəsindən ayrılan və yerli mənbələrdən daxilolmalardan formalaşan maliyyə vəsaitlərinin təyinatı üzrə və səmərəli istifadə edilməsi həyata keçirilən maliyyə siyasətinin dürüstlüyündən əhəmiyyətli dərəcədə asılıdır.Maliyyə mütəxəssisi İqbal Rəcəbovun rəhbərlik etdiyi  Lənkəran şəhər Maliyyə İdarəsi bu vəzifənin öhdəsindən layiqincə gəlir.İdarənin kollektivi 2019-ci ilin ötən dövri ərzində vəsaitlərin Vahid Büdcə Təsnifatına uyğun təyinatı üzrə istifadə edilməsinin, vəsaitin xərclər smetasında nəzərdə tutulmayan istiqamətlərə yönəldilməməsinin, debitor borcların vaxtında bağlanılmasının, maliyyə qanunun tələblərinə riayət edilməsinin təmin olunması üçün gərəkən bütün işləri görürlər.Bu hər şeydən əvvəl büdcədənkənar fondların tərtibi, baxılması, icrası, dövlət müəsiləri və maliyyə korporasiyalarının maliyyə fəaliyyətinə nəzarət deməkdir. İdarə tərəfindən görülən tədbirlər hesabına xeyli miqdarda səmərəsiz xərcin qarşısı alınmış, dövlət vəsaitlərinin qanunvericiliyin tələblərinə uyğun istifadəsi və ya müvafiq qaydada uçota götürülməsi təmin edilmişdir. Aparılan nəzarət tədbirləri zamanı idarənin mütəxəssisləri yoxlanılan müəssisə və təşkilatlara konstruktiv təklif və tövsiyələr təqdim edirlər.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024