Region (10-11-2019, 22:58)
Quruculuq və inkişaf ünvanı-Cəlilabad
Bu gün respublikamızın şəhər və kəndlərində müşahidə edilən abadlıq-quruculuq işləri Cəlilabad rayonunda da özünü qabarıq şəkildə büruzə verir. Mövcud potensialın səmərəli reallaşdırılması, əmək ehtiyatlarının və digər resursların konkret məqsədlərə yönəldilməsi, ən başlıcası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlarından irəli gələn vəzifələrin böyük əzm və bacarıqla həyata keçirilməsi rayon icra hakimiyyətinin başçısı cənab Namiq Zeynalovun uğurlarını şərtləndirən əsas məqamlardır.Cəlilabad rayonunda son illər ərzində bir sıra sistemli,kompleks xarakterli layihələr hazırlanaraq uğurla reallaşdırılıb. Yaşayış məntəqələrinin təbii qaza,elektrik enerjisinə olan tələbatının ödənilməsi, küçə və məhəllədaxili işıqlandırma sistemlərinin qurulması,sosial təyinatlı obyektlərin tikintisi və bərpası,müasir avadanlıqla təchiz edilməsi ilə bağlı xeyli iş görülüb.Son illərdə ölkə başçısı tərəfindən ardıcıl və sistemli şəkildə aparılan məqsədyönlü islahatlar Azərbaycanın bütün regionlarında, o cümlədən Cəlilabad rayonunda da iqtisadiyyatın dinamik surətdə inkişafı, insanların rifahının yaxşılaşması, sabitliyin möhkəmlənməsi, yoxsulluğun azaldılması, işsizliyin aradan qaldırılması ilə müşayiət olunub.Cəlilabad rayonunda da yeni daimi iş yerlərinin açılması istiqamətində işlər uğurla davam etdirilir.Cəlilabad rayon tikinti-quruculuq işlərinin intensiv getdiyi,iri sənaye potensialının mərkəzləşdiyi məkanlardan biridir. Sürətlə abadlaşan,cənab Namiq Zeynalovun rəhbərlik etdiyi Cəlilabad rayonu bu gün sanki yenidən qurulur.2019-ci ilin ötən dövri ərzində ərzində görülmüş işlərlə bağlı statistik məlumatlar onu göstərir ki, nəzərdə tutulan tədbirlər yerinə yetirilib və uğurlar hər bir sahədə əldə olunub. Bütün bunlar isə makroiqtisadi sabitliyin qorunmasına, məhsul istehsalının artmasına əsaslı zəmin yaradır.Rayon rəhbərliyi 2019-ci ilin ötən ayları ərazisində təmir, tikinti və abadlıq işlərinin görülməsini diqqət mərkəzində saxlamış, həyata keçirilən işlərin keyfiyyətinə xüsusi önəm vermişdir vəsaitlərin və mal-materialların, iş və xidmətlərin uçota alınması üçün tədbirlər həyata keçirilir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Cəlilabad rayonunun aqrar bölməsi 2019-cu ilin ötən aylarını uğurla başa vurmuşdur.Belə ki,rayonda kənd təsərrüfatının bütün sahələrinin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılmışdır.Dövlət tərəfindən fermerlər üçün bir sıra güzəştlər müəyyən edilmişdir. Fermer və sahibkarlar güzəştli şərtlərlə kredit, toxum, lizinq yolu ilə satılan gübrə, texnika, damazlıq mal-qara almaq imkanları yaradılmışdır.Eyni zamanda əkin sahəsinin becərilməsində istifadə olunan yanacağın və motor yağlarının dəyərinin ödənilməsi, kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılması üçün dövlətimiz tərəfindən onlara subsidiyalar verilmişdir.Ölkə Prezidenti tərəfindən Azərbaycana valyuta axınının təmin edilməsi məqsədilə ixracyönümlü məhsulların istehsalının xüsusi əhəmiyyət daşıdığını, ixracyönümlü məhsulların inkişaf etdirilməsi,rayon kənd təsərrüfatı idarəsi qarşısında mühüm vəzifə kimi qoyulmuşdur. 2019-cu ilin ötən aylarında Cəlilabad rayonunda kənd təsərrüfatı məhsullarının əkininin genişləndirilməsi ücün bütün imkanlar təhlil olunaraq şirkətlərlə, aidiyyatı xidmət təşkilatları ilə birgə əlaqəli iş qurulmuşdur. Müqavilələr bağlanmış zavodlar tərəfindən kənd təsərrüfatı məhsullarının təchizat və təminat məsələləri yüksək səviyyədə həll olunmuşdur.Sərmayələr əsasən səneyinin inkişafına, tikinti, emal müəssisələri, kənd təsərrüfatının inkişaf etdirilməsi kimi layihələrə cəlb edilmişdir.2019-cu ilin ötən ayları ərzində rayon üzrə ümumi məhsul istehsalının həcmi 2018-ci ilin müvafiq dövrünə nisbətən artmışdır.
Azərbaycan Dövlət müstəqilliyinin bərpasından sonra ümumi təhsilin inkişafına dövlət qayğısı güclənmiş, onu mütərəqqi dünya təcrübəsi zəminində məqsəd, məzmun və mahiyyət baxımından yenidən qurulması halda şagird nailiyyətinin qiymətləndirilməsində müasir texnologiyaların tətbiqi tədbirlərin həyata keçirilməsinə başlanmışdır. Ümumtəhsil məktəb şagirdlərinə dərsliklərin pulsuz verilməsi, bölgələrdə təlim-tərbiyə şəraitinin yaxşılaşdırılmasına, növbəliyin əsaslı şəkildə azaldılmasına xidmət edən yeni məktəb binalarının inşası, maddi və mənəvi cəhətdən köhnəlmiş məktəblərin əsaslı təmiri və onların müasir avadanlıqlarla, o cümlədən informasiya kommunikasiya texnologiyaları ilə təchizi, pedaqoji və rəhbər pedaqoji kadrların seçilib yerləşdirilməsində ciddi qayda dəyişikliklərinin edilməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsində sağlam rəqabətin yaranması və onların əmək haqqının artırılması ilə nəticələnən diaqnostik qiymətləndirmələrin keçirilməsi, dərslərin müddətinin uzadılması, istedadlı şagirdlərin olimpiada hərəkatının gücləndirilməsi, dövlət ümumtəhsil məktəblərində uşaqların məktəbəhazırlıq təhsilinin təşkili, tam orta təhsil səviyyəsində təhsilin təmayülləşməsinin tətbiqi və ümumi təhsilin keyfiyyətinə birbaşa təsir göstərən əhəmiyyətli tədbirlərdəndir.Sosial-iqtisadi həyatın müasirləşdirilməsində təhsilin rolu təkcə təhsilalanın qazandığı bilik və bacarıqların iqtisadi amilə çevrilməsi ilə məhdudlaşmır. Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsilalanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır, onu biliyi və etik davranışı sayəsində örnək ola biləcək həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirir.Cəlilabad rayon məktəblərində təlim-tərbiyə günün tələbləri səviyyəsində qurulmuşdur. Şagirdlərin ana dili, Azərbaycan tarixi və Azərbaycan coğrafiyasını dərindən öyrənmələrinə diqqət gücləndirilmişdir.Bu məqsədlə yazılı sorğular, test yoxlamaları,müxtəlif müsabiqə, o cümlədən inşa müsabiqəsi və olimpiadalar,bilik yarışları bilavasitə şagirdlərin iştirakı ilə aktual sayılan mövzulardan praktik konfranslar,ekskursiyalar təşkil olunmuşdur.Fənlərin tədrisini gücləndirmək məqsədilə müxtəlif səpgili tədbirlər keçirilmişdir.Yetişməkdə olan gənc nəsilin vətənpərvərlik, dövlətçilik ruhunda tərbiyə olunması Təhsil Şöbəsi və ümümtəhsil məktəblərinin ümdə vəzifələridir və bu istiqamətdə işlər aparılır.Məktəblilər arasında Milli qəhrəmanlarımız, doğma torpaqlarımızla bağlı inşalar yazılır, gənclər və yeniyetmə arasında idman yarışları və intellektual müsabiqələr keçirilir. Qaliblər fəxri fərmanlar və qiymətli hədiyyələrlə təltif olunurlar. Şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsini gücləndirmək məqsədilə məktəblilərin hərbi hissələrdə hərbçilərlə görüşləri təşkil olunmuşdur.Rayonun təhsil sahəsində çalışan pedaqoji işçilər 2019-2020-ci tədis lndə yeni tələblər səviyyəsində işləyəcək, şagirdlərin təlim-tərbiyəsinə, onların gələcək inkişafına yeni meyarlarla yanaşacaq, milli təhsilimizin gələcək uğurları üçün qüvvə və bacarıqlarını əsirgəməyəcək
lər.
Suvarmada müasir metodlar tətbiq olunur
Cəlilabad rayonunun torpaq sahibləri əkin sahələrinin suvarılmasında Cəlilabad rayon Suvarma Sistemləri İdarəsinin xidmətindən istifadə edirlər. Bu baxımdan su ehtiyatlarının qorunması, səmərli istifadəsi çox vacibdir.Nəzərə almaq lazımdır ki, kənd təsərrüfatının inkişafı dövlət başçısı tərəfindən prioritet elan olunub. Həmçinin kənd təsərrüfatının inkişafı ilə əlaqədar strateji yol xəritəsi qəbul edilib. Azərbaycanda əhalinin 38% kənd təsərrüfatında çalışır.Ölkədə kənd təsərrüfatı məhsulları əsas etibarı ilə suvarılan torpaqlarda istehsal edildiyi üçün suvarma və meliorasiya sistemlərinin səmərəliliyi məsələsi suvarılan torpaqların istifadəsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Həmçinin ölkədə su ehtiyatlarının məhdudluğu və torpaqların qorunması üçün yüksək minerallıqlı qrunt sularının tənzimlənməsi üçün suvarmaların drenaj fonunda aparılması da nəzərə alınarsa, qeyd edilən məsələ xüsusi aktuallığa malikdir.Beynəlxalq təcrübə göstərir ki, suvarma əkinçiliyində səmərəliliyin əldə edilməsi üzrə prioritetlər ölkənin iqtisadi inkişaf səviyyəsindən,o cümlədən suvarma və meliorasiya sistemlərinin fiziki vəziyyətindən, istismarının təşkilindən, qanunvericiliyin inkişafından, dövlətin və özəl sektorun institusional və maliyyə imkanlarından, elmin inkişaf dərəcəsindən, yüksək ixtisaslı kadr potensialının mövcud olmasından və digər faktorlardan asılıdır.Bazar iqtisadiyyatının formalaşması və inkişafı dövründəAzərbaycanda suvarma və meliorasiya sistemlərinin səmərəliliyinin qiymətləndirilməsi və onun inkişaf etdirilməsi üzrə adekvat modellərin işlənməsi və onların praktikada tətbiq edilməsi vacibdir.Cəlilabad rayonunda suvarma suyu ilə təminatla bağlı aparılan işlər buna nümunə ola bilər. Bu idarə fəaliyyətini günün tələbləri səviyyəsində qurur, su təsərrüfatının səlis işləməsi üçün mövcud imkanlardan səmərəli istifadə edir, meliorasiya fondlarının qorunmasını və istismarını təmin edirlər.Cari ilin ötən ayları ərzində tələb olunan qədər suvarma kanalları, kollektor –dren sistemi lildən təmizlənmiş,eləcədə suvarma kanallarında kollektor-drenlərdə hidrotexniki qurğular və aqreqatlar əsaslı və cari təmir edilmişdir. Adı çəkilən idarənin həyata keçirdiyi tədbirlər rayonun su təminatının və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına və bununla da kənd təsərrüfatı məhsullarının əhəmiyyətli dərəcədə artmasına şərait yaratmışdır.Cəlilabad rayonundakı drenlər hal-hazırda çox yaxşı vəziyyətdədir. Bunun nəticəsi olaraq son 3 ildə rayon ərazisində vətəndaşların əkdiyi torpaq sahələrində məhsuldarlıq bir neçə dəfə artmışdır.