Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (8-12-2015, 15:46)
"Ərazilər boyu atışmalar gedir" - Nazirlikdən Qarabağda müharibə xəbərdarlığı

"Təbii ki, müharibə gedir. Müharibə heç vaxt bitməyib, son vaxtlar isə atəşin intensivliyi artıb". 

Mediatv.az xəbər verir ki, bu barədə cəbhədəki son vəziyyəti “Yeni Müsavat”a şərh edən Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi polkovnik Vaqif Dərgahlı bildirib.  

Onun sözlərinə görə, son döyüşlər bütün düşmənlə təmas xətti boyu davam edib və minaatanlardan istifadə olunub:  

“Goranboy istiqamətindən tutmuş, Füzuli istiqamətinə kimi bütün işğal olunmuş ərazilər boyunca atışmalar gedir. Son günlər erməni tərəfi 60, 82 mm-lik minaatanlardan atəş açır. Biz də 60, 82, hətta 120 mm-likdən (minaatanlardan – red.) cavab zərbələri endiririk.  Kadrlardan ola bilsin ki, vəziyyət aydın görünmür. Ancaq 120 mm-lik minaatanların radiusu sığınacaqlarda, səngərlərdə 20 metr radiusda məhvetmə qabiliyyətinə malikdir. Açıq sahədə isə 50 metr və hətta daha artıq məsafədə itkilər ola bilər. Biz atəş açdığımızı gizlətmirik, çünki düşmən atır, biz də cavab veririk.  Hətta ermənilərin atəşinə artıqlaması ilə cavab veririk, düşmənin canlı qüvvəsi və avtomobil texnikasını da hədəfə alırıq. Eyni zamanda bu zərbələr zamanı pilotsuz uçan aparatlardan da istifadə edirik, məqsəd hər addımda düşməni məhv etməkdir”.  

Nazirlik rəsmisi düşmən ölkə ilə sərhəddə vəziyyətin nisbətən fərqli olduğunu vurğuladı:

“Ermənistan tərəfdən minaatanlardan atmırlar, dövlət sərhədi boyu ancaq atıcı silahlardan istifadə olunur”.  

V.Dərgahlı bildirdi ki, düşmən tərəf noyabr ayına kimi 100-dən artıq itki verib, amma onlar faktları gizlədir:“Səngərdəki mülkilər, Dağlıq Qarabağdakı əsgərləri və Yaxın Şərqin qaynar nöqtələrindən, xüsusən də Suriyadan gəlmiş erməni döyüşçülər, muzdlulardan da məhv edilənlər var.  Amma bu haqda rəsmi məlumat verilmir. Şənbə günü isə erməni polkovniki məhv edildi. Düşmən daim gərginlik yaradır, təxribatlar törədir və cavabını da alır”

Nazirlik təmsilçisi qeyd etdi ki, düşmən ölkədə yaşanan gərginlik üzündən qoşunların təmas xəttində gərginliyin artması gözlənilən idi. Ona görə də ordumuz düşmənin təxribatlarını dəf etmək üçün tam hazırlıqlı vəziyyətə gətirilib.

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024