Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (25-09-2015, 12:46)
Ermənistanla sərhəd boyu yeni toqquşmalar: Müdafiə Nazirliyi bəyanat verdi


Azərbaycan-Ermənistan sərhədi boyu atışmalar yenidən intensivləşib.

Mediatv.az-ın xəbər verdiyi kimi, bir gün əvvəl Ermənistan ordusunun mövqlərindən açılan atəş nəticəsində Qazax rayonunun bir sakini ağır yaralanıb.

Ermənistan Müdafiə Nazirliyi isə bildirir ki, Azərbaycan ordusunun sərhədyanı yaşayış məntəqələrinə endirdiyi zərbələr nəticəsində 3 mülki şəxs həlak olub, 4-ü yaralanıb. Ölənlərdən ikisinin 94 və 82 yaşlı iki qadın olduğu iddia edilir.

Sərhəddə yaranmış vəziyyətlə bağlı bu gün Azərbaycan Müdafiə Nazirliyi xüsusi bəyanatla çıxış edib. Müdafiə Nazirliyinin rəsmi saytına istinadən bəyanatın mətnini təqdim edir:

*  *  *

"Ermənistanın bəzi elekton kütləvi informasiya vasitələri cəbhədəki vəziyyət, guya düşmən tərəfindən hansısa postumuzun dağıdılması və Silahlı Qüvvələrimizin itki verməsi ilə bağlı növbəti dəfə yalan məlumat yayıblar.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bəyan edir ki, bu kimi xəbərlərin heç bir əsası yoxdur və dezinformasiya xarakteri daşıyır.

Heç şübhəsiz ki, siyasi və hərbi iflasa uğramış Ermənistan hakimiyyətindəki kriminal rejim tərəfindən təkrarlanan bu kimi informasiyalar ilk növbədə cəbhədəki uğursuzluğa, canlı qüvvə sarıdan verdikləri itkilərə görə erməni ictimaiyyəti qarşısında bəraət qazanmaq, eyni zamanda həmsərhəd kəndlərdə Azərbaycanın mülki vətəndaşlarına qarşı törətdikləri cinayətləri gizlətmək məqsədi daşıyır.

Silahlı Qüvvələrimizin bölmələri Ermənistanla dövlət sərhədi boyu yerləşən daha üstün və əlverişli yüksəkliklərdəki mövqelərdən düşmənin istənilən hərbi obyektini darmadağın etmək, təmas xəttinin dərinliyində olan yaşayış məntəqələrini, kommunikasiya xətlərini tam nəzarətdə saxlamaq imkanına malikdir.

Erməni tərəfinin, xüsusilə erməni mülki əhalisinin nəzərinə bir daha çatdırmağı vacib sayırıq ki, Azərbaycan əsgəri yalnız mülki əhaliyə atəş açmamaq barədə əmr alıb. Digər hallarda hərəkət edən istənilən hərbi obyekt komandanlığın icazəsi gözlənilmədən məhv ediləcək.

Bu səbəbdən də istənilən hərbi məqsədli vasitələrin mülki əhalinin olduğu yaşayış məntəqələrində yerləşdirilməsinə, qarşıdurma nəticəsində dinc sakinlərə vurulan ziyana görə məsuliyyət öz əhalisini məqsədyönlü surətdə girov saxlayan Ermənistan hakimiyyətinin üzərinə düşür".

* * *

Bu gün Ermənistan Müdafiə Nazirliyi də bəyanatla çıxış edib. Bəyanatda Azərbaycan tərəfi “vəziyyəti kəskinləşdirməyə yönələn addımlardan çəkinməyə” çağırılır.

Bildirilir ki, sərhəddə vəziyyəti “stabilləşdirmək” üçün Ermənistan ordusu “adekvat tədbirlər” görəcək. Düşmən ölkənin Müdafiə Nazirliyi bu zaman azərbaycanlı mülki əhalinin də hədəf ola biləcəyini elan edib.

Virtualaz.org

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024