Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (20-01-2015, 16:37)
Qarabağda döyüşlər: Ermənistan ordusu yenə itki verdi

Ermənistan tərəfi yanvarın 19-dan 20-nə keçən gecə təmas xəttinin bir neçə istiqamətində şiddətli atışmaların olduğu haqda xəbər yayıb

 

"Mediatv.az"  xəbər verir ki, virtualaz.org saytı xəbər verir ki, Qarabağdakı separatçı rejimin “müdafiə nazirliyi” Azərbaycan silahlı qüvvələrinin “8 diversiya-kəşfiyyat həmləsi etdiyini, lakin bu cəhdlərin qarşısının alındığını” iddia edir.
Eyni zamanda bildirilir ki, atışma zamanı erməni qüvvələrinin 1995-ci ildə anadan olmuş hərbi qulluqçusu Piliposyan Suren Xaçikoviç öldürülüb. İnsindetin təmas xəttinin hansı istiqamətində baş verdiyi göstərilmir.
Son zamanlar erməni tərəfi az qala hər gün Azərbaycan ordusunun “diversiya həmlələri” haqda xəbərlər yayır və hər dəfə bildirilir ki, qarşı tərəf itki verərək geri çəkilib. Həmçinin Erməni tərəfi itkilərini də qismən açıqlayır. Bundan əvvəl Qazax rayonu ilə həmsərhəd Voskepar kəndində Ermənistan ordusunun əsgəri öldürülmüşdü. Lakin Azərbaycan Müdafiə Nazirliyi bu məlumatları təkzib edir və bildirir ki, ordumuz təmas xəttində diversiya əməliyyatları həyata keçirmir, düşmənin atəşkəsi pozmasına cavab verir və təmas xəttində vəziyyəti nəzarət altında saxlayır.
Qeyd edək ki, dekabrın sonlarından başlayaraq Ermənistan qüvvələri təmas xəttində tez-tez itki verir və son 3-4 həftədə düşmənin rəsmən açıqlanan itkilərinin sayı azı 7 nəfərdir.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
13 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
11 11 2024
11 11 2024
11 11 2024
11 11 2024
11 11 2024