Onların səriştəsizliyinin və bacarıqsızlığının nəticələri özünü hələ uzun illər göstərəcək. Çünki Milli Təhlükəsizlik Nazirliyinin kadr potensialına ciddi zərbə dəyib. Yeni nəsil yetişdirmək üçün xeyli vaxt lazımdır”.
Mediatv.az xəbər verir ki, bunu “Turan”a müsahibəsində təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu deyib.
MTN işi ətrafında gedən son prosesləri şərh edən Ə.Oruclu yeni təyinatlara da münasibət bildirib: “MTN-ə qaytarılmış yüksək rütbəli zabitləri yaxşı tanıyıram. Hamısı peşəkarlardır. Doğrudur, peşəkarların hələ hamısını qaytarmayıblar. Eldar Mahmudovun MTN-ə gəlişi ilə Əks-Kəşfiyyat və Kəşfiyyat idarələrinin rəisləri işdən azad olunmuş, sonra da həbs edilmişdilər. Onların hər ikisi peşəkar zabit idi. Mahmudovun əsassız olaraq işdən azad etdiyi birinci peşəkar zabit Əks-Kəşfiyyat İdarəsinin rəisi Seyfulla Qasımov idi. Bundan az sonra Seyfulla Qasımov vəfat etdi. SSRİ KQB-si məktəbini keçmiş digər peşəkar zabit, Kəşfiyyat İdarəsinin rəisi Eldar Məmmədəliyev isə silah gəzdirdiyi üçün ittiham və həbs edildi. Bu cür ittihamı - Kəşfiyyat İdarəsi rəisinin qanunsuz silah gəzdirməsi ittihamını uydurmaq isə ağlagəlməz dərəcədə absurd idi. Belə peşəkar kadrların yerinə isə xüsusi xidmət orqanları haqda təsəvvür olmayan və başqa məqsədlərə xidmət edən təsadüfi adamlar vəzifəyə gətirildi”.
Ə.Oruclu müsahibəsində E.Mahmudovun daha bir qurbanı - Əsir, girov, itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sailov haqda da danışıb.