Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (21-10-2015, 13:28)
Ödənişsiz efirlə bağlı RƏSMİ MÖVQE

 

-Hazırda neçə nəfərin  namizədliyi qeydə alınıb?Azərbaycanda baş tutacaq parlament seçkilərinə sayılı günlər qalıb. Mediatv.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Şahin Əsədli Hafta.az-a müsahibə verərək seçkilərlə bağlı son duruma aydınlıq gətirib.

-Bu saata olan məlumata görə, 1246  şəxsin namizədliyi qeydə alınıb. Amma bu son rəqəm deyil, parlamentə iddiaçıların sayı  gün ərzində dəyişə bilər.  Seçkiyə 10 gün qalana qədər namizədlər Mərkəzi Seçki Komissiyasına müraciət edərək seçkidə iştirakdan imtina edə bilərlər.  Fərdi, müstəqil namizədlərlə yanaşı partiya və bir sıra  blokların namizədi də seçkilərdə iştirak edəcək.

-Bildiyimiz kimi İctimai Televiziyanın ödənişli əsaslarla müəyyən etdiyi efir qiyməti cəmiyyət arasında birmənalı qarşılanmayıb. Əksər namizədlər və ekspertlər qiymətlərin həddən artıq baha olduğunu bildirib. MSK-nın bu qiymətlərə münasibəti necədir?

-Mərkəzi Seçki Komissiyası bütün namizədlər üçün bərabər seçki şəraitinin yaradılması üçün tədbirlər görüb. Biz üzərimizə düşən öhdəliyi layiqincə yerinə yetirməkdəyik. MSK-ya namizədin hansı partiya və qurumu təmsil etməsinin önəmi yoxdur, biz bütün namizədlərə bərabər yanaşırıq. Deputatlığa iddiaçıların təbliğat və təşviqatları üçün  müvafiq addımlar atmışıq.  İctimai Televiziyaya gəldikdə isə bu onların təklif etdiyi tariflərdi,  biz qurum olaraq buna qarışa bilmərik.

Hazırda neçə mətbu orqan MSK-ya müraciət edərək namizədlərin təbliğatını aparmağa hazır olduğunu bildirib?

-45 Kütləvi informasiy vasitəsi Mərkəzi Seçki Komissiyasına müraciətdən sonra namizədlərin təbliğatını aparmaqdadır. KİV orqanları özlərinin daxili qaydalarına əsasən müəyyən etdikləri qiymətlərlə namizədlərin təbliğatını aparır. Biz qurum olaraq bütün kütləvi informasiya vasitələrinin seçki qanunvericiliyinə əsasən təbliğat və təşviqat aparmalarını tövsiyə edirik.

-Namizədlər üçün yeganə ödənişsiz efir məkanı olan İctimai Televiziya  deputatlığa iddialılar üçün bu il ödənişsiz efir vaxtı ayırmayıb,  bunun səbəbləri nədir?

-Seçki qanunvericiliyinə əsasən, ölkə üzrə 60-dan çox namizədi qeydə alınmış siyasi partiya və blokların üzvləri seçki kampaniyasında iştirak edərək ödənişsiz efir vaxtından istifadə edə bilər. Bu ilki seçkilərdə qeyd olunan həddi hakim  Yeni Azərbaycan Partiyası aşıb və onlara İctimai Televiziyada ödənişsiz efir vaxtı təklif olunub. YAP isə seçkidə iştirak edən birtərəf namizədlər və siyasi partiyalarla bərəbər şəkildə təbliğat kampaniyası aparmaq üçün bu şansdan imtina elədi.

-Mərkəzi Seçki Komissiyasına şikayətlər ən çox hansı dairədən daxil olur, hansısa namizəd və qurumla məhkəmə predmeti ola biləcək probleminiz varmı?

 

- MSK quruma daxil olan bütün informasiyaları, şikayət və təklifləri operativ araşdırır. Anlaşılmzlıq, məhkəmə predmeti ola biləcək məsələlərlə bağlı məlumatlar tam dəqiqləşdiridikdən sonra ictimaiyyətə açıqlanır. Hazırda heç bir qurum və  namizədlə ciddi problemimiz yoxdur.

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024