Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (7-10-2015, 15:45)
Siyavuş Novruzov: "YAP ödənişsiz efirdən imtina etməyib"

Hakim Yeni Azərbaycan Partiyası ödənişsiz efir vaxtından imtina edilməsi ilə bağlı xəbərlərə yenidən aydınlıq gətirib.

 

Mediatv.az xəbər verir ki, YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov azvision.az-a açıqlamasında deyib ki, bu barədə hələlik partiyanın rəhbər sturkturu rəsmi qərar qəbul etməyib. 

Onun sözlərinə görə, qanunvericilikdə qeyd olunur ki, siyasi partiyanın 60-dan artıq dairədən namizədi qeydə alınarsa, ödənişsiz efir vaxtı əldə edə bilər və partiya şəkilində vahid təbliğat apara bilər: 

“Yeni Azərbaycan Partiyasının 116 dairədən irəli sürdüyü namizədlər müvafiq Dairə Seçki Komissiyaları tərəfindən qeydə alınıb. Yəni, partiya olaraq bizim hüququmuz var ki, ödənişsiz efir vaxtından istifadə edək. Ancaq, Yeni Azərbaycan Partiyası alternativliyin təmin olunmasını istəyir. Təəssüflər olsun ki, digər siyasi partiyalar kifayət qədər namizəd irəli sürə bilmir və verdikləri namizədlərin indiyə qədər olan qeydə alınma sayı göstərir ki, bizə hər hansı bir alternativ partiya olmayacaq. Belə olan tərzdə, ötən seçkilərdəki təcrübəni də nəzərə alsaq, partiyanın rəhbər strukturu ödənişsiz efir vaxtından imtina barədə qərar qəbul edir. Ancaq, bu günə qədər bu qərarı rəsmi qəbul etməmişik. Əgər partiya bununla bağlı qərar qəbul etsə, Mərkəzi Seçki Komissiyasına öz müraciətimizi göndərəcəyik”. 

S. Novruzov qeyd edib ki, YAP ödənişsiz efir vaxtından imtina etmə ilə rəsmi qərar versə, bunu deputatlığa namizədlərin qeydə alınması prosesi yekunlaşdıqdan sonra açıqlayacaq. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024