Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (8-08-2015, 13:33)
“Azadlıq 2015“ namizədlər siyahısını avqustun 12-də açıqlayacaq

Dairələr blokdakı 8 partiya arasında bərabər bölünməyib 

 

Ölkəmizdə keçiriləcək parlament seçkilərinə 3 aydan da az vaxt qalıb. Artıq bir çox partiya və qurumlar seçki ilə bağlı planlarını müəyyən etməkdədir. Seçkiyə aktiv hazırlaşan qurumlardan biri də “Azadlıq - 2015" seçki blokudur.
Blokun təmsilçisi və əsas namizədlərindən olan KXCP sədri Mirmahmud Mirəlioğlu moderator.az - a açıqlama verərək yaxın günlərdə seçkidə iştirak edəcək bütün namizədlərin adlarını açıqlayacaqlarını bildirib: ”Blok olaraq artıq görülən işlərin son mərhələsinə gəlib çatmışıq. Yaxın günlərdə, daha dəqiqi desəm, 12 avqust tarixində seçkiyə qatılacaq namizədlərimizin adını açıqlayacağıq. Biz artıq onların kimliyini müəyyən etmişik, sadəcə olaraq, bəzi detallar hazırda müzakirə olunmaqdadır. Namizədlərimizin şanslarını da yaxşı hesab edirəm"
Qeyd edək ki, “Azadlıq 2015" seçki blokunda 8 partiya təmsil olunur. Blokun deputatlığa namizədlər siyahısında 8 partiyanın hansının neçə nəfər namizədinin olduğu siyahı açıqlananda dəqiqləşəcək. Ancaq blokun üzvü olan AXP və Azadlıq Partiyasının sədrlərinin ”Yeni Müsavat"a açıqlamalarında o bəlli oldu ki, dairələr partiyalar arasında bərabər bölünməyib. 
Neçə dairədən namizəd irəli sürmək hər partiyanın özünün öhdəsinə buraxılıb. Partiyalar namizədlərini təqdim ediblər və blokun rəhbərliyi müzakirə edərək qərar verib.
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirdi ki, 125 dairənin 8 partiya arasında bərabər bölünməsi kimi bir zərurət yoxdur. 
Blokdakı partiyalardan ən çox KXCP namizəd irəli sürüb. AXP isə təxminən 10-ya yaxın namizəd irəli sürüb: “Bizim taktikamız ondan ibarətdir ki, harada real seçki kampaniyası aparmaq imkanı varsa, resurslar orada cəmləşməlidir. 
Blok təxminən 80 dairədə namizədlər müəyyənləşdirib. Bu, ilkin siyahıdır. Qanunvericilikdə 60 seçki dairəsindən namizəd irəli sürüb qeydiyyatdan keçirmək anlayışı var ki, bunun reallaşması seçki kampaniyasında müəyyən imkanlar yaradır. Bizim məqsədimiz odur ki, ən azı 60-dan yuxarı dairədən namizədimiz olsun”. 
Azadlıq Partiyasının sədri Əhməd Orucun sözlərinə görə, bəzi dairələrdə blokun üzvü olan partiyalardan bir neçəsinin namizədləri olur ki, bu problemi namizədlər yerlərdə özləri-öz aralarında razılaşma ilə yoluna qoyurlar: "Ən şanslı kimdirsə onun üzərində dayanılır. Yerlərdə razılaşma əldə edilməyən dairələrlə bağlı məsələ blokun rəhbərliyində müzakirə edilir. Bu zaman da razılaşma əldə etmək mümkün olmayacağı halda praymeriz keçirməklə hansı namizədin blok tərəfindən namizədlər siyahısına daxil edilməsi müəyyənləşir. Bununla da mümkün olmadığı halda blok bir dairədən iki namizədi dəstəkləməli olacaq. Hazırda bəzi dairələrdə belə bir durum var. Hər kəs öz namizədinin üzərində israr edirsə, biz buna görə bloku dağıdası deyilik. Belə dairələrin sayı bir neçədir və blok məcburdur ki, oradan iki namizədlə çıxış etsin. Bakı şəhərinə aid bəzi dairələrlə bağlı bu durum var".
Əhməd Oruc bildirdi ki, Azadlıq Partiyası 12 dairədən namizəd irəli sürüb. Blok həmin namizədləri özünün vahid siyahısına daxil edib. Azadlıq Partiyasının da irəli sürdüyü namizədlər sırasında yuxarıda qeyd olunan problemlə qarşılaşanlar var. 
Şəxsən özünün haradan namizəd olacağına gəlincə, Əhməd Oruc dedi ki, namizədliyi ya 18 saylı Nərimanov-Nizami seçki dairəsindən, ya Qazaxdan irəli sürüləcək.
Mediatv.az
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024