Region (18-10-2015, 18:17)
Bakıya qaçan erməni: "Dağlıq Qarabağda silah alveri, narkotrafik, qaçaqmalçılıq, soyğunçuluq çiçəklənir"
Azərbaycandan siyasi sığınacaq istəyən Ermənistanın “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vahan Martirosyan ANS-in suallarını cavablandırıb.
Mediatv.az həmin müsahibəni təqdim edir:
- Gəl, sadəcə səmimi söhbət aparaq. Təbliğat, təşviqat rədd olsun. 25 ildən sonra görüşmüş, iki insan kimi danışaq. Mənə sadəcə maraqlıdır ki, Ermənistanda nələr baş verir? Həqiqətənmi orada vəziyyət acınacaqlıdır? Mənə konkret faktlar lazımdı. Məsələn deyək ki, sizdə çörək hansı qiymətə satılır?
-Çörək, hardasa 1 dollara yaxındır. Hər ay olmasa da, 2 aydan bir gündəlik məhsullar, çörək, qənd və s. qəpik-qəpik bahalaşır.
-Ətin kilosu neçəyədir?
- Ətin kilosu hardasa 10 dollara satılır. Mənim nənəm Sovet vaxtı rəhbər vəzifələrdə olsa da cəmi 100 dollar yaşa görə təqaüd alır. Bütün qonşular isə ona oliqarx kimi baxır (gülür). Ona görə ki, bizdə təqaüd nə kommunal xidmətlərin ödənilməsinə çatır, nə də ki, ətə. Nənəmi ona görə xatırlatdım ki, o ayda bir dəfə və ya ən çoxu 2 dəfə ət almağa imkanı çatır həmin təqaüdlə. Orta aylıq təqaüdə gəlincə, insanlar təkcə ona ümid olsa, elə birinci və ya ikinci gündən acından qırılarlar. Rusiyada çalışanlar, qohumlar oradan ailələlərinə pul köçürür - Ermənistandakı ailələlərin 90 faizində azı bir nəfər
-Hər halda, heç kim küçənin ortasında acından ölmür axı, onlar necəsə dolanırlar.
- Necə yəni dolanırlar, onlar hər gün yuxudan dururlar. Belə bir povest var “Çörək problemi”. Ermənistanda yaşayan ailələrin 90 faizi bu çörək problemi ilə üzləşir. Gündəlik çörək problemi, necə yəni acından ölmürlər. Ermənistandakı vəziyyəti ümumilikdə İrəvanla, İrəvanın təkcə mərkəzi ilə müqayisədə qiymətləndirmək lazım deyil. Şəhərdən 100 metr kənara çıxsan, demək olar kı, Frans Kafkanın hekayələrindən birinə düşəcəksiz. Orada səfalət baş alıb, insanlar aclıqdan əziyyət çəkir. İrəvandan tam uzaqlaşsa, məsələn Leninakanda olsaz hər beş evdən birində bir adamın yaşadığını görərsiz. Belə insan necə yaşayır. O, əlinə düşən hər şeyi satır, qapıları, pəncərələri satıb özlərinə çörək alırlar.
-Bəs orta aylıq maaş nə qədərdir?
- 100, çoxu 150 dollar.
-Sən bura - Azərbaycana gəldin. Təbii ki, sən bu dəqiqə Ermənistanda milli qəhrəman sayılmırsan, bunu özün yaxşı bilirsən. Məndə olan məlumata görə, sənin ananı maşınla vurublar, o xəstəxanaya düşüb. Həmçinin bir qadın qohumunun bütün bank hesablarını bağladıqlarını eşitmişəm. Faktiki olaraq iqtisadi blokadaya salınıb. Səncə gəlişin bütün bunlara dəyərdi. Sən özün bura gəldin, bütün qohumlarını isə orda qoydun. Sənin missiyan nədən ibarətdir, yəni nəyə nail olmağa çalışırsan?
-Bizim sizinlə - Azərbaycan xalqı ilə bir ümumi problemimiz var. Bu, Sarkisyanın cinayətkar rejimidir. Bizdə Ermənistanda - sadə camaat arasında ksenafobiya, millətçilik deyilən şey yoxdur. Burada da dediklərimə rast gəlməmişəm. Yeganə problem Sarkisyanın rejimidir. Sizin üçün bu başlıca olaraq həlli süni olaraq uzadılan Dağlıq Qarabağ münaqişəsində təzahür edir. Sadə xalq necə deyərlər bundan əziyyət çəkir, onlar Sarkisyanın dəstəsi isə bu münaqişə hesabına ciblərini doldurur. Elə bir orta-statistik erməniyə rast gəlməzsiz ki, o əlini ürəyinin üzərinə qoyub, Dağlıq Qarabağın ona və onun ailəsinə bir damla xoşbəxtlik gətirdiyini desin. Mənim bura gəlişim və gələcəkdə burada - Azərbaycanda atacağım addımlarım yalnız Sarkisyan rejimini devirmək məqsədinə xidmət edəcək.
-Deyək ki, istədiyinizə nail olduz. Rejim devrildi, Sarkisyan artıq yoxdur. Siz hesab edirsiz ki, Ermənistana qayıdacaqsız və insanlar sizi normal qarşılayacaqlar?
-Bəli mən bunu belə bilirəm və bunda əminəm. Xalqım hər zaman məni dəstəkləyib. Ona görə ki, siz real miqrasiya statistikası ilə tanış olsaz görərsiz ki, Sarkisyan rejim yönümlü kütləvi informasiya vasitələrinin Ermənistanda satqın adlandırdığı Şahraz Navuşun bir vaxtlar dediyi kimi, (səhv etmirəmsə 2 il əvvəl deyib ki) “mənim ölkəmdə ağ soyqırım baş verir”.
-Səbəb nədədir, niyə Ermənistanı tərk edirlər?
-Bizim erməni prezident, yox qoyun düzəliş edim - bizim qeyri-legitim prezident, həmçinin baş nazir, iqtisadiyyat naziri, tez-tez mətbuat qarşısına çıxaraq, guya iqtisadi artıma aid fantastik rəqəmlər gətirirlər. Həmin rəqəmləri oxuyan zaman hansı narkotik vasitənin təsiri altında olduqlarını deyə bilmərəm, amma kənar təsirlərindən görünən odur ki, çox ağır uyuşdurucudur. Hansı iqtisadi artımdan söhbət gedə bilər ki, ölkə faktiki olaraq defolt astanasındadır. Ölkədən xaricə faktiki olaraq məhsul ixracatı yoxdur. Millət yarı acdır. Dövlət səviyyəsində reket, talan, dövlət strukturlarında total korrupsiya baş alıb. Miqrasiyanın statistik göstəricilərini məhz bu faktorlarla izah olunur. Üstəlik ölkədən gedənlərin sayı həndəsi ardıcıllıqla artır
-Bax sən Bakıya gəldin, təbii ki, müəyyən beynəlxalq təşkilatlar səninlə maraqlanmalı idi. Ona görə ki, Ermənistandan bura gəlib, siyasi bəyanatların verilməsi o qədər də tez-tez baş vermir. Səninlə belə görüşlər keçirilib?
-Bəli olub. Təəsüflər olsun ki, məndə belə təəsürat yaranıb ki, Azərbaycandakı beynəlxalq təşkilatları heç də sülhməramlı təşəbbüslər maraqlandırmır. Məndən öyrənməyə çalışırdılar ki, mənə Azərbaycanda hər hansı təzyiq göstərirlər ya-yox, Azərbaycanda üzləşdiyim yeganə sıxıntı - nərdə uduzmağım olub. Bəli bu yeganə bir sıxıntı olub və bu hər gün davam edir. O, məni hər dəfə məğlub edir.
-Başqa heç nə soruşmurdular, təkcə təzyiqlər barədə soruşurdular?
-Soruşurdular, xeyr - heç bir təzyiqin olmadığını deyəndə, mənim görüşdüyüm insanların üzündən məyusluq sezilirdi. Bu (suallar) bəzən ifrat dərəcəyə çatırdı. Soruşurlar ki, Dağlıq Qarabağ məsələsini qaldıracaqsız? Deyirdim əlbəttə. Soruşurdular hansı kontekstdə? Dedim bax bu kontekstdə. Mənə deyirlər buna görə pul almısız? Nə qədər pul almısız? Halbuki bu təşkilatlar başlıca olaraq sülhməramlı, ümumbəşər dəyərlər, insan haqqlarını müdafiəsi kimi missiyası üçün bura çağrılıb. Mən onlarla yalnız ona görə görüşdüm ki, başa-baş söhbətləşib, anamın mühafizəsinə təmin etmələrini xahiş edim.
-İndi gəlin Dağlıq Qarabağ barədə danışaq. Bizim məlumata görə, orda hərbi xidmət çəkməyə həvəsiz gedir əsgərlər.
- Dağlıq Qarabağdan olan heç bir əsgər, yəni çağırışçı Dağlıq Qarabağ ərazisində xidmət çəkmir. Bu Müdafiə Nazirliyinin qeyri-rəsmi bir göstərişdir.
-Bəs ora necə düşürlər?
- Əksər hallarda ora aztəminatlı ailələrdən olan əsgərləri göndərirlər. Ona görə ki, onların valideynlərinin hərbi komissarlığa 1500 dollar verib uşaqlarını saxlatdırmağa pulu çatmayıb.
-Bura (Qarabağa) düşməmək üçün nə qədər (rüşvət) verirlər?
-Uşağı İrəvan yaxınlığındakı və ya ailənin qaldığı yerə yaxın hissələrə düzəltmək üçün 1500-2000 dollar verirlər. Həmin pulu verməklə onların övladı eyni zamanda, (evdə qalır) və deyək ki, adının qarşısına quş qoysunlar deyə ayda bir dəfə və ya iki aydan bir hərbi hissəyə gəlir. Hərbi biletin qiyməti isə bizdə 6-7 min dollardır. Təmiz hərbi bilet. Orada yazılır ki, filənkəs filan hərbi hissədə xidmət çəkib. Dağlıq Qarabağ məsələsində inkişaf edən, çiçəklənən yeganə sfera cinayətdir - bütün təzahürlərində. Silah alveri, narkotrafik, qaçaqmalçılıq, soyğunçuluq, qarət və s.
-Bəs niyə başdan-ayağa qara geyinmisən?
-Bu sadəcə mənim stilimdir. Siyasət, ictimai fəaliyyətlə məşğul olmazdan əvvəl rok ifaçısı olmuşam. Bu stil ordan gəlir. Bəli, rok qrupumuz var idi “Dakadans” mən mahnıların müəllifi və solisti idim. Şerlərini mən yazırdım. Oxuyum sizin üçün.
- Xatırında varsa, buyur.
- Bir gecə gələcək, biləcəksən ki, yaşadığın həyat özgəsinin olub, yalnız yalanlarla dolub…
- Sənin üçün həqiqət nədir?
-Məncə özünü Homosapiens hesab edən hər bir insan bunu özünün ən uca məqsədi saymalıdır. Xüsusilə zehni işlə məşğul olanlar, yazıçı, publisist, jurnalist, ictimai xadim. O, bu məqsəddən 1 santimetr belə sapsa, kim istəsə ola biləcək, adam olacaq. Ancaq insan ola bilməyəcək. O, sadəcə bir sakin olacaq.
-Mənə necə sübut edə bilərsən ki, bütün bu danışdıqların həqiqətdir. Mən buna necə inanım?
- Sözlər ağızdan çıxan hava əsintiləridir. Sözlər nə qədər gözəl olsa da, nə qədər inandırıcı səslənsə də, hərəkətə uyğun olmalıdır. Məndən istədiyinizi sizə verə bilmərəm, amma söz verirəm ki, Allahın köməkliyi ilə gözləntilərimin planlarımın heç olmasa yarısı reallaşsa - təkcə müsahibələrlə deyil, fəaliyyətimi genişləndirəcəm. 1-2 aydan sonra mənim burda olduğum vaxt ərzində öz fəaliyyətimlə Dağlı Qarabağ münaqişəsi ilə bağlı bir daşı belə yerindən tərpətmiş olsam, yer üzündə boşuna yaşamadığıma əmin olacağam.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024