Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (12-05-2014, 17:15)
“Biz onlarla birgə yaşaya bilmərik”

“Mayın sonunda əfv fərmanı verilsə və çoxlu sayda şəxslər, xüsusilə problemli məhbuslar azad olunsa, bundan həm ölkə, həm də hakimiyyət udacaq”.

 


Bunu hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.    
 
“Bu gün bizim Dağlıq Qarabağ problemimiz var. Mən demirəm ki, Ermənistan demokratik dövlətdir. Əksinə, biz çox adamla görüşürük və ermənilər də daima deyirlər ki, onlarda siyasi məhbuslar var, polis insanları döyür və s. Amma bu gün onların bir arqumenti var ki, Azərbaycanda insan haqları pozulur. Biz o qədər cazibədar olmalıyıq ki, Qarabağ erməniləri bizimlə birgə yaşamaq məsələsində problem görməsinlər və gələcəkdə yaşasınlar. Onlar deyirlər ki, bizdə siyasi məhbus yoxdur, insan haqları pozulmur və s. Biz elə bir dövlətə çevrilməliyik ki, bizə qarşı mənfi fikirlər səslənməsin, ermənilər deməsin ki, Azərbaycanda insan haqları pozulur, biz onlarla birgə yaşaya bilmərik”, - Cəfəroğlu deyib.    
 
 
Onun sözlərinə görə, Azərbaycanda irəliləyişlər var: “Məsələn, Asan Xidmət çoxunun xoşuna gəlmir, amma mənim xoşuma gəlir. Çünki görürəm ki, qonşum rüşvətsiz sürücülük vəsiqəsi alıb, digəri evinin şəhadətnaməsini əldə edib. Deməli, irəliləyiş var. Dünənə qədər bizim ofisə minlərlə insan gəlib şikayət edirdilər ki, uşaq pulu ala bilmirlər, sosial yardım alanda onlardan əlavə pul istəyirlər və s. Ancaq əmək və əhalisinin sosial müdafiəsi naziri Səlim Müslümov bu istiqamətdə çox iş görüb, hər şeyi internetdə yerləşdirib və fəaliyyət şəffafdır. Bütün bunların müqabilində problemli məhbuslar Azərbaycanın ən yaralı yeridir. Çünki yerindən duran bu haqda dünyaya yazır. Bu saat hüquq müdafiəçisi jurnalistlərdən çoxdur. Hamı hüquq müdafiəçisi olub, çünki məhbus məsələsi var. Yaxşı olmazmı ki, bu məsələ birdəfəlik həll edilsin? Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi qəbul edəcək. Problemli məhbus məsələsi aradan qaldırılsa, Azərbaycan Qarabağdan məcburi köçkün olan 500 min vətəndaşının, eləcə də Ermənistandan qovulan və mülklərini itirən yüz minlərlə insanımızın məsələsini ortaya çıxara bilər. Bu zaman Avropa Şurasında deyə bilməyəcək ki, sizdə məhbus var. Bu, Prezidentə imkan verəcək ki, daha güclü formada problemlərin üzərinə getsin”.  
 
Novella Cəfəroğlu ermənilərlə görüşü haqqında da danışıb: “Biz hər dəfə ermənilərlə görüşürük, qayıdanda bu haqda mətbuata informasiya veririk. Şəxsən mən özümə qarşı təzyiq hiss etmirəm. Azərbaycan QHT-lərinin çoxu ermənilərlə işləyirlər, hətta film də çəkirlər, yay düşərgələri təşkil edirlər, seminarlar keçirirlər. Biz bundan sonra da işləyəcəyik. Çünki biz şəffaf işləyirik. Azərbaycanda onsuz da bilirlər ki, kim ermənilərlə işləyir. Hesab edirəm ki, bundan sonra ermənilərlə daha çox işləmək lazımdır. Onlarda belə təəssürat yaranmamalıdır ki, Azərbaycan dövləti ictimai təşkilatları işləməyə qoymur, bu halda biz onlarla necə yaşaya bilərik. Məsələnin bu tərəfi də var”. Hüquq müdafiəçisi əlavə edib ki, yaxın aylarda ermənilərlə görüşləri planlaşdırılıb:  
 
“Çox güman ki, avqusta qədər İstanbulda görüşəcəyik. Görüşdə 8 azərbaycanlı, 8 erməni qadını, eləcə də osetinlər, gürcülər və abxazlar da olur. Burada ancaq qadınlar təmsil olunur və əsasən sülh yaratmaq məsələləri, qadın aktivliyi və s istiqamətdə müzakirə aparılır.  Mən istərdim ki, ermənilər Azərbaycana gəlsin. Bizim hökumət şərait yaratsa, 5-6 ermənini gətirib Azərbaycanın necə inkişaf etdiyini, gözəlləşdiyini göstərərdim. Özü də onların içində vaxtilə Bakıda yaşayan ermənilər də var və Bakıya gəlməkdən ötrü ölürlər. İstəyirik onları bura gətirib ölkəmizi nümayiş etdirək. Görək ondan sonra Ermənistan, orada yaşamaq haqqında nələr deyirlər. Mən özüm isə Ermənistana getməmişəm və getmək niyyətim də yoxdur”. 
шаблоны для dle 11.2

Xəbər lenti
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024