Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (4-05-2015, 06:56)
Minsk qrupuna etibar yoxdur (VİDEO)

Türkiyənin 11-ci prezidenti, sabiq dövlət başçısı Abdullah Gül ANS-in efirində "Hesabat"ın qonağı olub. Abdullah Gül ANS-in suallarına cavab verib. 


Hesabat: Abdullah Gül bizim ölkədə barış misyaçısı tək tanınır. Yəni bizim regionda belə bir adam kimi tanınır. Siz bütün dünyada, eyni zamanda Ermənistanla aparılan danışıqlarda - elə futbol diplomatiyası deyilən bir anlayış da sizinlə əlaqədər gəlib gündəliyə. Xüsusi cəhdlər göstərmiş bir siyasətçi, dövlət xadimi kimi tanıyır. Bu yaxınlarda, bir neçə gün öncə Sarkisyanın bir müsahibəsi oldu. Amma bu müsahibədən görünür ki, o, adamın hər hansı bir dəyişikliyi nəzərdə tutulan baxışları yoxdur. Yəni o, əvvəlki Sarkisyan olaraq qalır. Siz necə bilirsiz Ermənistan kimi bir dövlətlə sülh dilində anlaşmaqla, nəyisə başa salmağ, onu yola gətirmək mümkündürmü? Yəni bu layihənin müəlifflərindən biri və başında duran adam kimi. 

Abdullah Gül: Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq vasitəçilik missiyasını üzərinə götürmüş Minsk qrupunun fəaliyyəti qənaətbəxş deyil. Eyni zamanda Minsk qrupunun Dağlıq Qarabağ probleminin həllində ikili standart nümayiş etdirməsindən də xəbərimiz var. Hazırda Minsk qrupunda yer alan Rusiya və Fransa liderləri ötən günlər Ermənistanda idi. Belə olan halda bu qrupa necə etibar edilə bilər onların bu problem həll etməsinə? Bu barış bir tərəfdən madam ki, Minsk qrupu tərəfindən işlər görülür. Zaman-zaman dövlət başçıları bir araya gələrək danışıqlar aparırlar. Amma sonda bir nəticə ortaya çıxmır. Türkiyə Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunmasına tərəfdardırlar. Eyni zamanda bu problemin həlli istiqamətində Türkiyə edilən dəvəti qarşılıqsız buraxmamaq məqsədilə dəvəti qəbul etdik və bunun sınaqdan keçirdik.

Hesabat: Son dövürdə həm Azərbaycana, həm də Türkiyəyə müxtəlif Qərb dairələrində, o cümlədən də Avropanın aparıcı dövlətlərində təzyiqlər artmaqdadır. Bunu biz hər gün hiss edirik. İstər Azərbaycanla, İstərsə də Türkiyə ilə bağlı. Bütün bu təzyiqlərdən sonra da Türkiyə Avropa Birliyinə daxil olmaqda israrlıdır yoxsa, hansısa dəyişikliklər var. Bəlkə yubanmaq, bəlkə tələsməmək, bəlkə hardasa, ümumiyyətlə qəti bir qərar verib getməmək lazımdır. 

Abdullah Gül: Avropa Birliyi müzakirələr zamanı bizə qarşı haqsızlıqlar edir. Onlar Türkiyəyə o qədər haqsızlıq etməklə, əslində özlərinə haqsızlıq etmiş olurlar.

Hesabat: Allah yaxşısını etsin! Cənab Əliyevin bir söz vardı: “Bir millət, iki dövlət”. Arzu edək ki, bir millət 6 dövlət olsun nahayyət. Sağ olun.

Abdullah Gül: Mən də çox təşəkkür edirəm bütün azərbaycanlı qardaşlarıma.

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024