Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (21-09-2015, 16:55)
YAP-çı deputat: `Seçkilər çox gərgin olacaq`

Azərbaycanda keçiriləcək növbəti parlament seçkiləri daha çox radikal müxalifətin seçkidən imtina etməsi ilə gündəmə gəlir. Son günlər bu məsələ diqqət mərkəzindədir.

 

Bəs nədir onların seçkidə iştirakdan yayındıran səbəblər? 

Mediatv.az xəbər verir ki, AzVision.az-ın bu və ya digər suallarına hakim Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə cavab tapmağa çalışıb.

- Aydın müəllim, bəzi radikal müxalifət partiyalarının parlament seçkilərində iştirakdan imtina etməsinin səbəblərini necə izah edərdiniz? 

- Hər bir siyasi partiyanın əsas vəzifəsi ölkədə keçirilən seçkilərdə iştirak etməkdən ibarətdir. Siyasi partiyaların QHT və ictimai təşkilatlardan fərqi onun hakimiyyət uğrunda mübarizə aparması və seçkidə öz gücünü ortaya qoymasıdır. Azərbaycanda bir qrup partiyalar var ki, onlar əsas vəzifəsini qəzetlərə müsahibə verməkdə və bəyanat yaymaqda görürlər. Onlar nə cəmiyyətlə işləyirlər, nə sosial baza yaradırlar, nə də seçkidə iştirak edirlər. 

Eyni zamanda seçki nüfuz reytinqini müəyyənləşdirən bir prosesidr. Bunların hər hansı bir nüfuzu olmadığından seçkidə iştirak edə bilmirlər. Seçkidə iştirak etmək üçün namizəd olmalıdır, onun proqramı tərtib edilməlidir, cəmiyyətə real vədlər verilməlidir. Bunların heç biri radikal müxalifət partiyalarında yoxdur. Seçki müxalifət iqtidarla deyil, seçkidə iştirak edənlər arasında keçirilir. 
Hesab edirəm ki, növbəti parlament seçkiləri çətin, rəqabətli və gərgin mübarizə şəklində keçəcək.

- Radikal müxalifətin seçkidə iştirak etməməsi sonradan seçkilərin demokratik keçirilmədiyi təəssüratını yaratmağa çalışan qüvvələrin əlində alətə çevrilə bilərmi? 

- Bu gün Azərbaycanda keçiriləcək parlament seçkilərinin demokratikliyi hansısa rdaikal, az nüfuzlu partiyaların iştirak edib-etməməsi ilə ölçülmür. Əslində bu gün cəmiyyət boykot çağırışı edən partiyalara qulaq asmır və bu çağırış onun üçün əhəmiyyətli deyil. O, özünün layiqli namizədlərinin Ali Qanunverici Orqanda təmsil olunmasında, onun probleminin səsləndirilməsində, ölkənin güclənməsində maraqlıdır. Bu baxımdan seçicinin səsini istəyən və onu layiqincə təmsil edəcək partiyalar radikal düşərgə olmadan da var.

- Bəzi partiyaların seçkidə iştirakdan imtina qərarını verməsi YAP-ın namizəd siyahısında daha güclü namizədlərin olması ilə izah oluna bilərmi? 

- YAP-ın siyahısı açıqlanmamışdan öncə də partiyanın seçkidə qalib gələcəyi aydın idi. YAP-ın güclü ərazi təşkilatları var və bütün siyasi proseslərdə iştirak edir. YAP-ın ortaya hansı namizəd siyahısını qoyub-qoymamasından asılı olmayaraq, ona rəqib partiyalar seçkidə iştirak edərək öz güclərini göstərməlidirlər. Ancaq, bəyanat verməklə məşğul olan partiya ilə cəmiyyət maraqlanmır, onların arxasınca getmək fikrində deyil. 

- YAP-ın namizəd siyahısını necə dəyərləndirirsiniz? Məlum olduğu kimi siyahıda gənclərə və qadınlara yer verilməsi müəyyən müzakirələrə səbəb olub.

- YAP cəmiyyətin bütün sosial qruplarının partiyasıdır. Bütün təbəqələrdən – gənclərdən, yaşlılardan, orta yaşlılardan, qadınlardan YAP namizəd irəli sürüb. Hansıların parlamentə düşüb-düşməyəcəyini isə seçici həll edəcək. YAP vaxtaşırı yeni simalar təqdim etməkdə maraqlıdır. Bu gün partiyaya öz arzuları ilə gələn, orada formalaşan, partiyanın sözünü deyən şəxslərə çevrilən çox sayda gənclər var. Bu baxımdan vaxtaşırı onlar partiya tərəfindən irəli çəkilir. Biz 117 nəfər namizədimizin hər birinin seçilməsində maraqlıyıq. Aydın məsələdir ki, seçilənlər içərisində yaşlıların, gənclərin, qadınların, iş adamlarının olması parlamentinin iş qabiliyyətini artırır.

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024