Siyasət (5-01-2015, 18:23)
Siyavuş Novruzov seçkilərdən danışıb
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov partiyanın bu ilki planları və parlament seçkilərində iştirakı ilə bağlı açıqlama verib
S. Novruzov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, ötən il keçirilən bələdiyyə seçkiləri yekunlaşıb:
“Hər bir dairədə və məntəqədə müşahidəçilərimiz xüsusi vərəqə hazırlamışdı, partiya tərəfindən onlar toplanılıb. Dairələrdə seçkilərin gedişatı, nəticələri ilə bağlı hesabat hazırlayıb təqdim edəcəyik. Ötən il partiya sıralarına kifayət qədər insanlar qəbul olunub. Bunlarla bağlı hesabatın verilməsi də yanvar ayına nəzərdə tutulub. Eyni zamanda Gənclər Birliyinin konfransı keçirilməlidir. Bu prosesə start verəcəyik. Bundan əlavə, bildiyimiz kimi bu il parlament seçkiləri ilidir. Yeni Azərbaycan Partiyası mütəmadi olaraq seçkilərdə qalib gəldiyi üçün fevral ayından başlayaraq İdarə Heyətinin qərarı ilə parlament seçkilərinə hazırlıq prosesinə start verəcək. Seçkilərə səkkiz ay vaxt qalır. Bu müddət ərzində çalışacağıq ki, qarşıya qoyduğumuz vəzifələrin yerinə yetirilməsi və seçkiyə rəsmi startın verilməsinə qədər görülməli olan işləri həll edək”.
Millət vəkili qeyd edib ki, parlament seçkilərində həm partiyalararası, həm də fərdlərarası mübarizə gedir: “Hər bir Azərbaycan vətəndaşı istəyir ki, parlamentdə təmsil olunsun. Keçmişdə elə olurdu ki, hər bir dairədən 20-25 nəfər namizədliyini irəli sürürdü. Hətta elə hallar olurdu ki, partiyanın rəsmi qaydada namizəd irəli sürməsinə baxmayaraq başqa bir partiya üzvü də özünün arzusunu həyata keçirirdi. Bu partiyanın ümumi siyasətinə zidd olsa da, vətəndaş kimi hüququndan istifadə edirdi. Biz yalnız tövsiyyə verə bilirdik ki, belə halda namizədlər irəli sürülməsin. Elə olub ki partiyanın bir üzvü digərinə qarşı mübarizə aparıb. Təbii ki, partiyalar çalışacaqlar ki, bu seçkidə iştirak etsin. Dövlət büdcəsindən siyasi partiyaların maliyyələşməsinin şərtlərindən biri də onların parlament seçkilərində iştirak edib müvafiq səsləri almasıdır. Bundan sonra partiyalar dövlət büdcəsindən vəsait almaq hüququ əldə edir. Müsavat Partiyasının seçkidə iştirakla bağlı verdiyi qərarla əlaqədar isə onu deyə bilərəm ki, Müsavat Partiyası var ki, seçkidə də iştirak etsin”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024