Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (17-08-2024, 13:47)
Naxçıvan Mədəniyyət Nazirliyində TALIBOV AB-HAVASI... - MALƏSƏF...

Naxçıvan Mədəniyyət Nazirliyində TALIBOV AB-HAVASI...
Naxçıvan MR Mədəniyyət Nazirliyinin texniki işçiləri və nazirliyin nəzdnindəki Mədəniyyət Şöbəsinin tələbə-müəllim heyəti hər gün məcburi iməciliyə çıxarıldıqlarından şikayət edirlər. Şikayətçilərin sözlərinə görə, onlar həftə içi nazirliyin içini və həyətini təmizləməyə, həftə sonları isə Duzdağ ərazisindəki çöllükdə tikan vurmağa məcbur edilirlər.
Mədəniyyət Şöbəsində drijor vəzifəsində çalışdığını deyən Rahib Qurbanovun sözlərinə görə, bu işə nazirliyin aparat rəbhəri Vəli Səfərov rəhbərlik edir:
“Naxçıvanda bütün idarələr iməciliyə çıxarılır lakin, şənbə və bazar günləri. Bizi isə, hər gün məcbur edirlər. Dərsə keçməyə gəlirik, tələbə tapılmır. Çünki, hərəsini bir yerə işləməyə göndərirlər. Onlar hər gün 4 saat nazirliyin binasının ətrafını süpürməyə məcbur edilirlər. Bizə də ya stol daşıtdırırlar, ya da aidiyyəti olmayan işlər gördürürlər. Biz müəllimik, yoxsa stol daşıyan? Vəli Səfərov bizi bezdirib. Həftə sonları da göndərir bizi Duzdağda tikan təmizləməyə, yer suvarmağa. Tələbələrə dərs keçməyə vaxt tapmırıq. Şikayət edirik, işdən qovmaqla hədələyirlər. Tələbələrə də deyirlər ki, işləməsəniz, qiymət yazılmayacaq”.
Nazirliyin adının çəkilməsini istəməyən texniki işçilərindən biri də məcburi iməcilikdən şikayət edir:
“Vəli Səfərov bizi həftə içi hər gün güllərin tozunu təmizləməyə, daşların üzərinə lak çəkməyə, ağacların üzərindəki qarışqaları öldürməyə məcbur edir. Yəni, bizə aidiyyəti olmayan, lazımsız işlər gördürür. Sanki, bizə əziyyət verməkdən həzz alır. Həftə sonları isə, tikan təmizləməyə aparır. İşimizi itirməmək üçün səsimizi çıxarmırıq”.
Naxçıvan MR Mədəniyyət Nazirliyindən qeyd olunan promlemə münasibət bildirmək istəmədilər.

Gündəlik Naxçıvan
шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024