Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem (24-03-2015, 10:56)
İbrahim Tatlısəsin son vəziyyəti

Bu dəfə sənətçinin xanımları danışdılar

 

Türkiyənin məşhur sənətçisi İbrahim Tatlısəsin səhhəti ilə bağlı yeni xəbər yayılıb.
"Mediatv.az" anspress-ə istinadən xəbər verir ki, martın 9-da ABŞ-ın Florida ştatının Mayami şəhərində beyin əməliyyatı keçirən məşhur türk müğənni İbrahim Tatlısəsin 6 günlük koma vəziyyətindən sonra vəziyyətinin yaxşı olduğu bildirilir.
Həyati təhlükə ilə üz-üzə qalan müğənninin keçmiş həyat yoldaşlarından Dərya Tuna və hazırkı həyat yoldaşı Ayşəgül Yıldız açıqlama veriblər.
“Şükürlər olsun, İbrahim çox yaxşıdır. Bir az əvvəl 1 saat İdoyla danışdıq. O, 24 saat atasının yanındadır. Hətta xəstəxanada gəzirlər də”, – deyə sənətçinin keçmiş xanımı bildirib.
Ayşəgül Yıldız isə Tatlısəsin əməliyyatdan sonra orqanizminə mikrob düşdüyünü, bu səbəblə də qarnının şişdiyini deyib. O, həmçinin əməliyyat nəticəsində 10 mm ölçüdə olan sümüyün çıxarıldığını da sözlərinə əlavə edib.
Onu da bildirək ki, İ.Tatlısəs 2011-ci ildə silahlı hücuma məruz qalıb. Başından silahla yaralanan müğənni illərdir ki, müalicə alsa da hələ tam sağalmayıb. O, uzun müddət davam edən müalicədən sonra qismən səhhəti yaxşılaşmışdı, lakin qırılan beyin sümüyü riskli olduğu üçün çıxarılmayıb və sol tərəfi iflic qalıb. Məşhur türküçü həmin sümüyün çıxarılması üçün Mayamidə yenidən əməliyyat olundu. O, əməliyyatın riskli olduğunu nəzərə alaraq əvvəlcədən yaxınları və dostları ilə halallaşmışdı. 6 gün komada qalan İbonun oyandırıldıqdan sonra adi otaqlardan birinə köçürüldüyü bildirilir. 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024