Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (Bu gün, 15:11)
Valideyn gözü ilə Polis Akademiyası - Gələcəyə açılan qapı+Fotolar

 
Daxili İşlər Nazirliyinin Polis Akademiyasında kursantların valideynləri üçün növbəti tanışlıq günü - açıq qapı təşkil olunub.
Mediatv.az  xəbər verir ki, görüşün məqsədi ailələri övladlarının təhsil prosesi, təlim-tərbiyə sistemi, qidalanma və məişət şəraiti ilə əyani şəkildə tanış etmək olub.
Valideynlər Akademiyanın auditoriyalarını, praktiki təlim meydançalarını, idman zallarını və yataqxana kompleksini gəzərək yaradılan şərait barədə ətraflı məlumat alıblar. Onlara bildirilib ki, kursantların peşə hazırlığı müasir standartlara uyğun qurulub, nəzəri biliklərlə yanaşı, praktiki bacarıqların formalaşdırılmasına xüsusi diqqət yetirilir.
Görüş zamanı valideynlər övladlarının gündəlik qidalanma rejimi, tibbi təminatı və sosial-məişət imkanları ilə də maraqlanıblar. Diqqətə çatdırılıb ki, gələcəyin polis zabitlərinin sağlam mühitdə yetişməsi üçün bütün zəruri şərait yaradılıb və bu proses nəzarətdə saxlanılır.
Səmimi dialoq şəraitində keçən tədbirdə valideynləri maraqlandıran suallar cavablandırılıb, onların təklif və rəyləri dinlənilib. Ailələr övladlarının etibarlı mühitdə, peşəkar kollektivin himayəsində formalaşdığını görməkdən məmnunluq ifadə ediblər
 шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026