Karusel / Redaktor seçimi (Bu gün, 11:57)
GORANBOYDA AÇIQ QANUNSUZLUQ VƏ SUSQUN MƏMURLAR-FOTOLAR
Redaksiyamıza Goranboy rayonu ərazisində, Bakı–Qazax avtomobil yolunun Dəliməmmədli körpü qovşağı hissəsində yerləşən əkinə yararlı kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz tikinti aparılması ilə bağlı ciddi məlumatlar daxil olub.
Daxil olan məlumatlara görə, sözügedən ərazidə uzun müddətdir iş adamı Xaliq Xəlilova məxsus daş və çınqıl satışı həyata keçirilən bazar fəaliyyət göstərir. Bununla kifayətlənməyən sahibkar, heç bir rəsmi icazə olmadan ərazidə beton məmulatlarının istehsalı ilə də məşğuldur. İndi isə vəziyyət daha təhlükəli mərhələyə keçib: kənd təsərrüfatı təyinatlı torpaq sahəsində açıq şəkildə iaşə obyektinin tikintisinə başlanılıb.
Mediatv.az xəbər verir ki, kənd təsərrüfatı təyinatlı torpaqlar dövlətin strateji ehtiyatı hesab olunur və onların məqsədli təyinatının dəyişdirilməsi ciddi qanun pozuntusu sayılır. Prezident İlham Əliyevin müvafiq fərmanı ilə kənd təsərrüfatı torpaqlarında yalnız müvəqqəti, yüngül konstruksiyalı, asanlıqla sökülə bilən və sırf kənd təsərrüfatına xidmət edən tikililərə icazə verildiyi açıq şəkildə təsbit olunub. Əkinə yararlı, yüksək aqronomik xüsusiyyətlərə malik torpaqlarda restoran, kafe və ya digər iaşə obyektlərinin inşası qəti qadağandır.
Lakin bütün bu hüquqi məhdudiyyətlərə baxmayaraq, sahibkar Xaliq Xəlilov aidiyyəti dövlət qurumlarından bir dənə də olsun icazəverici sənəd almadan kənd təsərrüfatı torpağını betonlaşdıra-betonlaşdıra iaşə obyektinin tikintisini rahat şəkildə davam etdirir. Ortaya çıxan sual isə budur: bu qədər açıq qanunsuzluq məmur himayəsi olmadan mümkündürmü?
Məsələ ilə bağlı redaksiyamız tərəfindən15.12.2025-ci il tarixdə 10/318 nömrəli məktubla Goranboy Rayon İcra Hakimiyyətinə və eyni tarixdə 10/317 nömrəli məktubla Əmlak Məsələləri Dövlət Xidmətinə rəsmi sorğular ünvanladıq.
Lakin sorğuların göndərilməsindən artıq bir ay keçməsinə baxmayaraq, heç bir qurumdan cavab almaq mümkün olmayıb. Bu susqunluq isə qanunsuz tikintiyə səssiz razılıq, yaxud məsuliyyətdən yayınma təəssüratı yaradır.
Görünən odur ki, kənd təsərrüfatı torpaqlarının qorunması ilə bağlı dövlət siyasəti yerli icra və nəzarət orqanlarının fəaliyyətsizliyi fonunda kağız üzərində qalır. Torpaq qanunvericiliyinə açıq meydan oxuyan bu cür hallar vaxtında dayandırılmadığı təqdirdə, sabah əkin sahələrinin yerində restoranlar, bazarlar və beton zavodları görmək adi hala çevriləcək.
Qarşı tərəfin cavab haqqını tanıyırıq.
Mediatv.az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
Plastik cərrah kimi fəliyyətinə rəsmən icazə verilməyən Nurlan Həsənli yenidən İŞ BAŞINDA – FOTOFAKT
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026
14 01 2026


























