Slayd / Təhsil (Dünən, 15:37)
Pedaqoji təhsili olmayan məmur regional təhsilə necə rəhbərlik etdi? – Qanunlar nə deyir?

Son illər təhsil sistemində müşahidə olunan əsas problemlərdən biri də ixtisas uyğunluğunun açıq şəkildə pozulmasıdır. Elm və Təhsil Nazirliyinin kadr siyasətində bu tendensiya bəzən o qədər sistemli xarakter alır ki, artıq ayrı-ayrı şəxslərin yox, bütövlükdə idarəetmə mexanizminin sual altına düşməsinə səbəb olur.Bu kontekstdə diqqət çəkən fiqurlardan biri də Arslan Hacıyevdir.
Məlumata görə Arslan Hacıyev 2012–2022-ci illər ərzində bir sıra dövlət qurumlarında müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib. 2022-ci ildə Elm və Təhsil Nazirinin müvafiq əmri ilə Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin olunub. 2024-cü ilin noyabr ayından isə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdiri postunda çalışıb. Daha sonra Eşqi Bağırovun Təqdimatı ilə MÜTDA-nın direktor müavini təyin olunub.Lakin burada əsas sual yaranır: Arslan Hacıyev hansı pedaqoji baza ilə minlərlə müəllimin, yüzlərlə məktəbin fəaliyyətinə rəhbərlik edib. Məlumata görə, Arslan Hacıyev Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb. Daha sonra 2007–2015-ci illərdə “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Hollandiyanın “Maastricht School of Management” məktəbində və ADA Universitetində Beynəlxalq Biznes ixtisası üzrə təhsilini davam etdirib.
Yəni,Pedaqogika yoxdur,Təhsilin təşkili üzrə ixtisaslaşma yoxdur,Müəllimlik, metodika, kurikulum, məktəb idarəçiliyi üzrə akademik baza yoxdur.Üstəlik, mətbuatda yayılan məlumatlara əsasən, Arslan Hacıyev vaxtilə “Azərşəkər” şirkətində satış meneceri vəzifəsində də çalışıb.Bu faktlar fonunda sual daha da sərtləşir: Satış meneceri və beynəlxalq biznes məzunu hansı peşəkar əsasla regional təhsil idarəsinin rəhbəri təyin olunur?Beynəlxalq biznes üzrə alınmış diplomların,məktəb direktorlarının fəaliyyətinə nəzarət,müəllimlərin attestasiya prosesi,tədrisin keyfiyyətinə qiymət verilməsi,regional təhsil strategiyasının qurulması ilə birbaşa əlaqəsi yoxdur.Mediatv.az xəbər verir ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29.0.1 maddəsinə görə təhsil müəssisələrinin rəhbər və pedaqoji işçiləri müvafiq ixtisas üzrə ali təhsilə və peşə hazırlığına malik olmalıdırlar,təhsil sistemində rəhbər vəzifə tutan şəxs müvafiq sahə üzrə ixtisaslaşmalıdır,pedaqoji prosesə rəhbərlik edən şəxs təhsilin məzmununu və metodikasını bilməlidir.“Ümumi təhsil haqqında” qanun 10.3 maddəsinə görə ümumi təhsil sahəsində idarəetməni pedaqoji, elmi-metodiki və idarəetmə səriştəsi olan şəxslər tərəfindən həyata keçirilir.Bu üçlükdən birinin belə olmaması vəzifəyə uyğunluq prinsipini pozur.Dövlət qulluğu haqqında” qanun 7.0.2 və 28.1 maddələrinə görə,dövlət qulluğunda fəaliyyət vəzifənin tələblərinə uyğun peşə hazırlığı və ixtisas əsasında həyata keçirilir,tutduğu vəzifəyə uyğun bilik və bacarıqlara malik olmalıdır.Bu halda sual yaranır: Pedaqoji təhsili olmayan şəxs ümumi təhsilin təşkili şöbəsinə hansı ixtisas uyğunluğu ilə rəhbərlik edib?Arslan Hacıyevin pedaqoji təhsili olmadan təhsil sistemində strateji rəhbər vəzifələrə təyin olunması təkcə etik yox, hüquqi baxımdan da ciddi suallar doğurur.Bu suala cavab verilmədikcə, təhsil sahəsində islahatlar kağız üzərində qalmağa məhkumdur.
Qarşı tərəfin cavab haqını tanıyırıq..
Mediatv.az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
10 01 2026
10 01 2026
10 01 2026
10 01 2026
10 01 2026
10 01 2026
10 01 2026
10 01 2026
10 01 2026
10 01 2026
10 01 2026
10 01 2026
10 01 2026
10 01 2026
10 01 2026
10 01 2026
10 01 2026
10 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026



























