Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 16:48)
"TVM-İNŞAAT” MMC Zəngilanda otel tikən fəhlələrin pulunu vermədi - Etiraz

 
Zəngilanda çalışan işçilər əməkhaqlarının ödənilməməsinə etiraz edir
Azad olunan ərazilərdə, xüsusilə Qarabağın bərpası prosesində çalışan vətəndaşların əməkhaqlarının ödənilməməsi artıq geniş yayılan problemə çevrilib. Bu səbəbdən bir çox işçi haqlarını bərpa etmək üçün aidiyyəti qurumlara müraciətlər edir, etirazlarını bildirir.
Bizimesr.az bildirir ki, oxşar hal Zəngilan rayonunda da yaşanır.
Məlumata görə, Zəngilan rayonu Beşdəli kəndində aparılan tikinti işlərinə cəlb olunan işçilər əməkhaqlarının ödənilməməsinə etiraz ediblər.
Bildirilir ki, “TVM-İNŞAAT” MMC adlı şirkət tərəfindən otel tikintisinə cəlb olunan vətəndaşlar artıq 3 aydır işləmələrinə baxmayaraq maaşlarını ala bilmirlər.
İşçilərin sözlərinə görə, onları işə dəvət edən qrup rəhbəri də əməkhaqlarının verilmədiyini təsdiqləyərək bildirib ki, şirkət rəhbərliyi 3 aydır ödənişləri həyata keçirmir. Məlumata əsasən, tikintiyə Elxan Hacıəliyev və Elman adlı şəxslər rəhbərlik ediblər, onlar işçiləri aldadaraq tikinti işlərinə cəlb ediblər.
İşçilər bildirirlər ki, üzərlərinə düşən işi vaxtında və tam şəkildə təhvil versələr də, aylardır əməkhaqlarını ala bilmirlər. Maddi vəziyyəti ağır olan vətəndaşlar ölkə rəhbərliyinə və aidiyyəti dövlət qurumlarına müraciət edərək kömək istəyirlər.
Qeyd edək ki, “TVM-İNŞAAT” MMC-nin qanuni təmsilçisi Ağayev Musa Nizaməddin oğludur. Nizamnamə kapitalı 10 manat olan “TVM İnşaat” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad ŞTQ, Müşfiqabad qəsəbəsi, ev 3D, mənzil 8 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Ağayev Musa Nizaməddin oğludur.
Məsələ ilə bağlı araşdırmalar davam edir.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026