Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 08:24)
Ölkənin təhsil işçilərinin 90%-i Araz Paşayevi tanımır - Sadalanmayan milyon səbəb...

 Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və ya yeni adı - Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı!

Bu qurumun əsas işi ölkədə təhsil sahəsində çalışan işçilərin hüquqlarının qorunması, sosial-iqtisadi maraqlarının təmin edilməsi və peşəkar inkişafının dəstəklənməsi vəzifəsi olmalıdır. Bilməyənlər üçün xatırladım ki, Komitənin rəsmi fəaliyyət istiqamətləri arasında təhsil sistemində keyfiyyətin yüksəldilməsi üçün işçi qruplarının yaradılması, məclislərin keçirilməsi, iş şəraitinin yaxşılaşdırılması və mədəni-kütləvi tədbirlərin təşkili yer almalıdır.

Bizimesr.az bildirir ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Araz Paşayevdir.

O, bu vəzifəyə 2024-cü ilin avqust ayında təyin olunub. Bundan əvvəl isə müxtəlif vəzifələrdə, həmçinin Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsində çalışıb. Və, beləliklə, Paşayevin rəhbərliyi altında Komitə artıq 15 aydır fəaliyyət göstərir. Seçildiyi zaman təhsil işçilərinə verdiyi vəədlərdən düz 15 ay keçir.

Amma və ya əmma...

Əmması odur ki, bu müddət ərzində Azərbaycanda təhsil sahəsində müəllimlər arasında narazılıqların artması, direktorların müəllimlərə qarşı haqsızlıqları və digər problemlərin sayı hesabı olmayıb. Belə olan halda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi), konkret olaraq Araz Paşayevin rəhbərliyi dövründə müəllimlərin müdafiəsi üçün hansı konkret addımlar atıb?

Müşahidələrimiz göstərir ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının fəaliyyəti daha çox özlərinə yaxın müəllimlər və direktorlarla məclislər keçirmək, müəyyən rəsmi tədbirləri təşkil etmək və alqışlarla başa çatdırmaqla məhdudlaşıb. Əslində isə ölkənin təhsil işçilərinin 90%-i hər ay əmək haqqlarından Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqını üçün pul tutulduğu qurumun rəhbərini tanımır, onların problemlərini Həmkarlar İttifaqınn həll etmədi gün kimi aydındır.Nə qədər qəribə görünsə də, bu qurumun fəaliyyəti o qədər kasad və lazımsızdır ki, təhsil işçisi problemi olanda belə bu ümvan onun yadına düşmür. Düşünmür ki, Azərbaycanda onu müdafiə edə biləcək Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı və onun rəhbəri Araz Paşayev var.

Gələk hər şeyi həll edən, pul məsələsinə. Hər üzv müəllimdən müəyyən miqdarda əmək haqqından pul tutulur. Amma bu pulların istifadəsi barədə açıqlıq, hesabat belə yoxdur: Hansı məqsədlərə xərclənir? Hara gedir? Bu suallar illərdir cavabsız qalır və Araz Paşayevin şəffaflıq məsələsində ciddi boşluqlarını göstərir.

Rəsmi bəyanatlarda, pafoslu çıxışlarda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı - Araz Paşayev təhsil sahəsində islahatlara dəstək verməli, işəgötürənlərlə əməkdaşlıq etməli, müəllimlərin hüquqlarını qorumaq və iş şəraitini yaxşılaşdırmaq vəzifəsini yerinə yetirməli olduğu gurultulu səslənir. Amma praktiki olaraq müəllimlərin çoxu bu dəstəyi hiss etmir, etməyib, etməyəcək də. Direktorların haqsızlıqları və müəllimlərə qarşı qeyri-ədalətli davranışları isə davam edir.

Bu vəziyyət göstərir ki, 15 aylıq fəaliyyət müəllimlərin gündəlik problemlərinə əhəmiyyət verməyib, əsas diqqət formal və ya yaxın çevrə üçün tədbirlərin keçirilməsinə yönəlib, ölkənin bütün təhsil işçilərinin ehtiyaclarını nəzərə alacaq, şəffaf və məsuliyyətli rəhbərlik isə hələ görülməyib.

Nəticə olaraq, Araz Paşayevin rəhbərliyi dövründə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının fəaliyyəti daha çox rəsmi görüntü xarakteri daşıyır, təhsil işçilərinin real problemlərinə həlledici yanaşma isə sıfırdır. Bu da müəllimlər arasında həm narazılıq, həm də Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqa qarşı etimadsızlıq yaradıb.
Hələ təhsil işçilərinin yay tətillərində istirahətə getmək istədiyi zaman rüsvayçılığı demirəm... Amma növbəti yazılarda mütləq deyəcəm...


шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026