Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (Dünən, 22:30)
Güzdəkdə dağlar yarılır, qanunsuz gil daşınır: Elşən Ələkbərovu hansı məmur himayə edir?-VİDEO

 Hansı məmur tərəfindən Elşən Ələkbərova dövlət torpaqlarında qanunsuz fəaliyyət göstərməyə icazə verilib?
Yenixeber.org: Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən və “Tır Parkı” kimi tanınan dövlətə məxsus ərazidə ciddi qanun pozuntuları qeydə alınıb.
Redaksiyamıza daxil olan məlumata görə, sözügedən ərazi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Lakin buna baxmayaraq, sahibkar Ələkbərov Elşən Abbasəli oğlu bu ərazidən təyinatı üzrə deyil, öz istədiyi kimi istifadə edir. Ərazidə restoranlar yaradılıb, kommersiya fəaliyyəti aparılır.
Məsələ bununla da bitmir.
“111 Tır Parkı” nın yerləşdiyi ərazi dağlarla əhatə olunub. Məlumatlara görə, tırların arxa hissəsində yerləşən dağ massivləri daşıyıcı texnika vasitəsilə yarılır, buradan gil çıxarılaraq satılır. Bu isə artıq təkcə torpaq qanunvericiliyinin deyil, ekoloji  pozuntu kimi bildirilir.
Qanunvericiliyinə əsasən, dağlar və yeraltı sərvətlər dövlətə məxsus təbii sərvətlər hesab olunur. Həmin sərvətlərin icazəsiz şəkildə dağıdılması, yarılması və kommersiya məqsədilə istifadəsi qanunsuzdur və cinayət məsuliyyəti yaradır.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə rəsmi sorğu göndərilib. Sözügedən ərazidə aparılan işlərin qanuniliyinin araşdırılması, ətraf mühitə və dövlətə vurulan ziyanın həcminin müəyyənləşdirilməsi artıq hüquq mühafizə orqanlarının səlahiyyətindədir.
Ortaya çıxan faktlar bir daha sual yaradır:
Kənd təsərrüfatı təyinatlı dövlət torpağında  “111 Tır Parkı”  və  restoranlar necə tikilir?
“111 Tır Parkı” sahibi Elşən Ələkbərov dağları kimlərin icazəsi ilə yarıdırr  və “Klas” MMC  kərpic zavoda gil necə daşınır?
Bu proseslərə niyə vaxtında nəzarət olunmur?
Məsələ ilə bağlı  adı keçən şəxslərin və aidiyyatı qurumlarında fikirlərini yayımlamağa yazırıq.
Qeyd edək ki, faktla bağlı araşdırmalarımız davam edir.(xalq.online)
Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026