Problem (11-02-2015, 10:35)
İbrahim Tatlısəslə bağlı müdhiş iddia

Türkiyənin Kanal A televiziyasının “A siyasi” proqramında məşhur müğənni İbrahim Tatlısəslə bağlı müdhiş iddia səsləndirilib
İddia sahibi Süleyman Özişığa görə, məşhur müğənni güllələnməsəydi, Zəkəriyyə Öz tərəfindən PKK-ya yardım etməkdə günahlandırılaraq həbs ediləcəkmiş.
Süleyman Özişıq canlı verilişdə İbrahim Tatlısəs haqqında indiyə qədər heç kimə məlum olmayan iddialardan danışıb:
“Bir müddət əvvəl camaatdan ayrılan, camaata arxasını çevirən bir qardaşla görüşdük. Mənə dəhşətli məlumatlar verdi”.
O sözlərinə belə davam edib: “İbrahim Tatlısəs vurulan gecə Zəkəriyyə Öz camaatdan (fətullahçılardan – red.) olan bəzi adamlarla oturubmuş və İbrahimin haqqında təhqirə bərabər sözlər deyib. Süleyman Özişığa görə, Zəkəriyyə Öz İbrahim haqqında “Vurulmsaydı, PKK-ya yardım etməkdə günahlandırıb iki gün sonra nəzarətə götürəcəkdik. Canını qurtardı”, - kimi sözlər səsləndirib”.
Xatırladaq ki, Zəkəriyyə Öz İstanbul baş prokurorunun müavini olub. O vəzifəsindən bu ilin yanvar ayında azad edilib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026


























