Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Redaktor seçimi (Dünən, 21:59)
Qanunsuzluğa göz yumanlar qanunlara meydan oxumursa, bəs nə edir?-VİDEO

 
Gəncə şəhəri Rüzgar Qasımov küçəsi 60A ünvanında inşa olunması nəzərdə tutulan 4 mərtəbəli otellə bağlı yayılan məlumatlar ciddi suallar doğurur. Məsələ təkcə bir tikinti layihəsi ilə məhdudlaşmır – burada şəhərsalma normalarının kobud şəkildə pozulması, qonşu mülkiyyət hüquqlarının tapdanması və vətəndaşların təhlükəsizliyinin risk altına atılması iddiaları var.Məlumatlara görə, sözügedən torpaq sahəsi sahibkar Məmmədov Kərəm Məcid oğluna məxsusdur və ərazi “Qərb-region” MMC-yə məxsus torpaq sahəsinin bilavasitə yaxınlığında yerləşir. Lakin problem məhz buradan başlayır.İddialara əsasən, tikinti layihəsi təhrif olunmuş formada tərtib edilib. Belə ki,Qərb-region” MMC-yə məxsus torpaq sahəsi layihədə boş ərazi kimi göstərilib.Layihədə tikinti 15 sot torpaq sahəsini əhatə edir, halbuki faktiki torpaq sahəsi cəmi 10 sotdur.Bu isə layihə sənədlərinin reallıqla uyğun gəlmədiyini açıq şəkildə göstərir.
Bu hal Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə ziddir. Qanunvericiliyə görə, layihə sənədlərində torpaq sahəsinin sərhədləri, ölçüləri və qonşu mülkiyyət obyektləri dəqiq və dəyişdirilməz şəkildə göstərilməlidir. Əks halda bu, saxta layihələndirmə kimi qiymətləndirilə bilər.Daha ciddi məsələ isə tikintinin qonşu obyektlərlə normativ ara məsafələrə əməl olunmadan aparılmasıdır. Bu,həm yanğın təhlükəsizliyi,həm də sanitariya və yaşayış təhlükəsizliyi normalarının pozulması deməkdir.Üstəlik, tikinti zamanı səkinin qanunsuz zəbt edildiyi, nəticədə piyadaların avtomobillərin intensiv hərəkət etdiyi yoldan istifadə etməyə məcbur qaldığı bildirilir. Bu isə artıq birbaşa vətəndaşların həyat və sağlamlığına təhlükədir.
Mövzu ilə bağlı 10.12.2025-ci il tarixində 10/316 nömrəli məktubla Gəncə Şəhər İcra Hakimiyyətinə,elə həmən tarixdə 10/317 nömrəli məktubla Şəhərsalma və Arxitektura Komitəsinə Mediatv.az xəbər portalı adından rəsmi sorğu ünvanladıq. Sorğuda yuxarıda sadalanan bütün iddialar, layihə uyğunsuzluğu və səki zəbtinə dair konkret suallar yer alıb.
Lakin qanunvericiliklə müəyyən edilmiş 7 iş günü, hətta maksimum 14 iş günü çoxdan keçməsinə baxmayaraq, 1 aydan artıqdır ki, heç bir cavab verilməyib.Bu isə artıq təkcə etik yox, hüquqi pozuntudur.“Media haqqında” Qanuna görə jurnalist sorğusu ən geci 7 iş günü ərzində cavablandırılmalıdır.Görəsən Gəncə şəhərində layihəsi təhrif olunmuş,torpaq ölçüləri uyğun gəlməyən,səki zəbt edən və vətəndaşların təhlükəsizliyini riskə atan tikinti kimin himayəsi ilə və hansı əsasla aparılır?
 Niyə Gəncə Şəhər İcra Hakimiyyəti və Şəhərsalma və Arxitektura Komitəsi qanuni jurnalist sorğusuna cavab verməkdən yayınır?
Bu susqunluq artıq şəffaflıq yox, ört-basdır təsiri bağışlayır, qanunu pozan özünü daha arxayın hiss edirsə, bu, “göz yumma” yox, mümkün şəriklik sualını gündəmə gətirir.
 Qarşı tərəfin cavab haqqını tanıyırıq
    Mediatv.az

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026
12 01 2026