Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (Bu gün, 21:53)
Qubada ötən ilin yekunları ilə bağlı yığıncaq keçirildi - Fotolar

 
Bu gün Quba Rayon İcra Hakimiyyətinin akt zalında Quba rayonunda 2025-ci ildə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilib. 
Mediatv.az  xəbər verir ki, yığıncaqda Quba RİH başçısı İlqar Mahmudov, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 4-cü ərazi sektorunun müdiri Habil Əzənmədov, Milli Məclisinin deputatları Əlibala Məhərrəmzadə, Anatoliy Rafailov və Müşfiq Məmmədli, RİH başçısı yanında şura üzvləri, rayonun hüquq-mühafizə orqanlarının, regional və digər idarə, müəssisə və təşkilatların rəhbərləri, RİHB-nin inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət olunub. Yığıncağın rəsmi açılışı ilə əlaqədar Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Quba rayonunda 2025-ci ildə görülmüş işlər və əldə edilmiş nailiyyətlərə həsr olunmuş film nümayiş olunub.
Daha sonra RİH başçısı İlqar Mahmudov tərəfindən Quba rayonunda 2025-ci ildə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələr barədə hesabat məruzəsi yığıncaq iştirakçılarının diqqətinə çatdırılıb.
Məruzə ətrafında Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həsən Seyidov, Quba-Xaçmaz Regional Məşğulluq filialının müdiri Cəfər Cəfərov və Quba Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Laçın Səfərəliyev çıxışlar ediblər.
Daha sonra söz Milli Məclisinin deputatlarına və Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 4-cü ərazi sektorunun müdiri Habil Əzənmədova verilib.
Yığıncağın sonunda qərar layihəsi və Prezident İlham Əliyevə rayon ictimaiyyəti adından müraciət oxunub.
  шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
16 01 2026
15 01 2026
15 01 2026
15 01 2026
15 01 2026