Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (9-02-2024, 12:41)
“Bir beçənin başını kəsməyən oğlum onun həyatına qəsd etdi”

bir-becenin-basini-kesmeyen-oglum-onun-heyatina-qesd-etdi


“Qafqazinfo”nun məlumatına görə, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

İş üzrə mühakimə edilənlər - sabiq rektor Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyev konvoy vasitəsilə məhkəməyə gətiriliblər.

İclasda şahid qismində qətlin icraçısı olduğu iddia edilən Samir Əliyevin anası Məlahət Quliyeva ifadə verib. Samir cinayət haqda ilk dəfə elə anasına etiraf edib.  Ana oğlunun günahkar olduğunu inkar etməsə də, onun tamahına qurban getdiyinə təəssüflənir. Oğlunu əziyyətlə böyüdüb-başa çatdırdığından danışan ana mərhum prorektorun ölümünə görə əzab çəkdiyini deyib: “Hər şeydən əvvəl mən anayam. Samiri min bir əziyyətlə, halal çörəklə böyütmüşəm. Kanalizasiya qazıb, daş daşıyıb evə çörək gətirirdi. Çox da sakit uşaq idi. Oğlum heç vaxt cinayətə meyilli olmayıb. Evin bir dənə beçəsinin başını kəsməyib. Dəyanət tutulandan sonra çox narahat idi, evdən çölə çıxmadı. Deyirdi ki, ürəyim sıxılır. Bir dəfə cinayəti etiraf etdi. Dedi, ana, tamahımın qurbanı oldum. Yaşlı bir insanın həyatına qəsd edilib, təəssüf ki, o da mənim oğlum tərəfindən törədilib. Bu gün mərhumu həyata qaytarmaq olsa, mən canımı qurban verərəm”.Şahid ana oğlunun cahilliyinin başına bəla olduğunu düşünür. Deyir ki, onu Dəyanətin verdiyi vədlər aldadıb: “Samir savadsız uşaqdır, hərf tanımır. Dəyanət buna söz verib ki, sənə ev tikəcəyəm, həyat şəraitini yaxşılaşdıracağam. Bu da inanıb. Amma sonra Dəyanət verdiyi vədlərə də əməl etməyib. Bir ana kimi oğlumun bağışlanmasını istəyirəm”.
Proses fevralın 21-i davam edəcək.
Xatırladaq ki, hadisə 2011-ci ildə baş verib. İttihama görə, həmin vaxt “Təfəkkür Universitetinin” rektoru işləyən Müşfiq Atakişiyev özünə rəqib hesab etdiyi prorektor Tariel Əhmədovun qətlini sifariş verib. Sifarişin təşkilatçısı bacısı oğlu Dəyanət Quliyev, icraçısı isə D.Quliyevin qonşusu Samir Quliyev olub.
Onlara qarşı Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024